Cümə günü, 13 noyabr 2026
     

Pandemiyanın Azərbaycanda ailədaxili münasibətlərə neqativ təsirləri görünməyə başlayır -zorakılıqlar artır, psixoloji gərginlik…

Image


Pandemiya özü ilə yalnız ağır xəstəlik, ağrı-acı gətirmədi, eyni zamanda, cəmiyyətlərə və ailələrə böyük psixologi, maddi və mənəvi gərginliklər gətirdi.

Gizlin deyil ki, pandemiya Azərbaycan ailələrində xeyli problem yaradıb və ailədaxili münasibətlərə neqativ təsirlər göstərib. İnsanların davranışlarında, bir-birinə münasibətində mənfi təsirlər yaranmasına səbəb olan pandemiya amili böyük bir bəla kimi özünü göstərməkdədir.

  • “Pandemiyanın doğurduğu aqressivlik, psixoloji gərginlik, sosial və iqtisadi problemlər…”

Dünənə kimi sosioloq və psixoloqlar tərəfindən tez-tez qeyd edilən bu problemin mövcudluğunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Trend” informasiya agentliyinə müsahibəsində təsdiqləyib: “…Amma bununla yanaşı, qeyd etməyi lazım bilirəm ki, bu pandemiya insanlarımızın davranışlarına, xüsusilə ailə daxilindəki münasibətlərə mənfi təsirlərini göstərməklə, psixoloji və sosial işin gücləndirilməsini, ailəyə dəstək mexanizmlərinin təkmilləşdirilməsini və yeni effektiv alətlərin yaradılmasını diktə etməkdədir.

…Digər bir işimiz isə bu dövrdə ailədaxili münaqişələrin başvermə səbəblərini araşdıraraq, sorğular keçirmək və təhlillər aparmaqdır ki, məsələnin bu tərəfini daha vacib hesab edirəm. Çünki bu sahədə vəziyyəti olduğu kimi təsəvvür etmədən onu yaxşılığa doğru dəyişmək mümkün deyil. Bu əsasda apardığımız təhlillər göstərir ki, əsrlərlə nəsildən-nəsilə ötürdüyümüz zərərli mənfi tendensiyaların üzərinə pandemiyanın doğurduğu, Sizin də qeyd etdiyiniz aqressivlik, psixoloji gərginlik, sosial və iqtisadi problemlər və sərt karantin rejiminin təsirlərinin əlavə edilməsi ilə həm cəmiyyətdə, həm də ailədaxili məsələlərdə bəzən düzəldilməsi, geriyə qayıdışı mümkün olmayan proseslərin getməsinə və ağır nəticələr verməsinə səbəb olur”.

  • “Bu amil də ailədaxili zorakılığa yol açır”

Tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlu “Bakı-Xəbər”ə bildirdi ki, müasir dünyanın ən böyük bəlası olan pandemiya Azərbaycanda bir neçə istiqamətdə özünü mənfi şəkildə göstərib. “Pandemiya dövründə Azərbaycanda ailədaxili münasibətlərin gərginləşməsi, psixologi durumun kəskinləşməsi halları yaranıb. Bunun da başlıca səbəbi indiyə qədər insanların davranışları üzərində işlənməməsidir. Hesab edirəm ki, karantin müddəti uzandıqca, ailədaxili münasibətlər də gərginləşəcək. Bunun üçün insanların davranışını düzəltmək, cəmiyyətdə ictimai qınağı gücləndirmək, ictimai nəzarəti daha da artırmaq, bütün bu işlərdən sonra karantin rejimini ləğv etmək lazımdır. Əhalinin davranışını dəyişməliyik ki, onlar cəmiyyətdə, ailədə özlərini normal şəkildə apara bilsinlər. Karantin olduğu üçün insanların bir xeyli qismi evdədir və bütün günü də ər-arvad bir yerdədir. Ailələrin heç də hamısını bir-birinə sevgi münasibətləri bağlamır. Elələri var ki, bir-birinə dözümsüzdürlər. Bu gün pandemiya o ailələrdə daha çox ailədaxili gərginlik, psixoloji anlaşılmazlıq yaradıb ki, həmin ailələrin dolanışığı zəifdir. Yəni pandemiya ilə əlaqədar olaraq bir çox ailə başçısı evə pul gətirə bilmir, ailənin maddi vəziyyəti pisləşir, bu da ailədə narazılıqlar yaradır. Bu problemlər də dərinləşdikcə, ailədaxili və psixoloji gərginliklər artır, ailə üzvləri arasında münaqişələr, zorakılıqlar baş verir, bəzi hallarda isə bu, faciə ilə nəticələnir. Kişi evə pul gətirmirsə, həyat yoldaşı ilə arasında mənəvi bağlılıq yoxdursa, qadın, istər-istəməz, qıcıqlanır və elə qadın var ki, ərini uşaqların gözü qarşısında təhqir edir, bu amil də ailədaxili zorakılığa yol açır”.

  • “Pandemiya cəmiyyətdə və ailələrdə böyük psixoloji gərginliklər yaratdı”

Ə.Qəşəmoğlu hesab edir ki, pandemiyanın gətirdiyi ailədaxili gərginliklərin, insanların psixoloji problemlərinin, ailədaxili zorakılıq hallarının artmasının qarşısının alınması üçün mexanizmlərin işlənib hazırlanmasına ehtiyac var. “Bu problem artıq var, indi biz ondan çıxış yollarını axtarmalıyıq. Bizim hazırda bir nömrəli işimiz əhalinin davranışına təsir etməkdir, əhalinin davranışının dəyişməsinə nail olmalıyıq. Bilirsiniz, pandemiya ilə əlaqədar olaraq insanlarla sosioloji-psixoloji tərəfdən xüsusi işlənməli idi. Pandemiya cəmiyyətdə və ailələrdə, ər-arvad, valideyn-övlad, gəlin-qaynana və sair arasında böyük psixoloji gərginliklər yaratdı, dözümsüz insanlarda neqativ davranışların atrmasına səbəb oldu. Əlaqədar qurumlar məsələnin bu tərəfi ilə də məşğul olmalı idilər. Koronavirus qəddar bir xəstəlikdir və o bizə normal hərəkət etməyə imkan vermir. Fikir verin, insanlar avtobuslar, mağazalar, küçələrdə bir-birinə qarşı çox dözümsüz olub, bunlar hamısı pandemiyanın gətirdiyi bəladır. Bəzən görürsən ki, avtobusda maskasız sərnişinlər də olur, bir nəfərin maskasız avtobusa minməsi insanlarda böyük narahatlıq, əndişə yaradır. Pandemiya insanların psixoloji vəziyyətini gərginləşdirdi. Bir mütəxəssis kimi əlaqədar qurumlara səslənirəm ki, mən də daxil olmaqla, ölkəmizin tanınmış mütəxəssislərini, peşəkar insanları bu prosesə cəlb etsinlər. Bu gün pandemiyanın daha da dərinləşdirdiyi, daha qabarıq formada üzə çıxardığı və günü-gündən genişlənən ailədaxili münasibətlərin gərginləşməsinin qarşısının alınması üçün ciddi və işlək mexanizm hazırlanmalıdır. Mənim özümün də xeyli təklifim var, dəstək göstərməyə hazıram” - deyə Ə.Qəşəmoğlu vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ