Seroloji testlərin vaxtı ilə bağlı azərbaycanlı və xarici mütəxəssislərin fikir ayrılığı…

Gələn həftədən ölkəmizdə pandemiya ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanacaq. Testlərin aparılmasında əsas məqsəd əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir. Seroloji testlərin aparılması COVID-19 pandemiyası ilə mübarizə strategiyasının əsas hissəsidir.
Qeyd edək ki, əksər xarici ölkədə seroloji testlərin payız aylarıda keçirilməsi planlaşdırılır. Xarici mütəxəssislərin fikrincə, payız fəslində adıçəkilən testin keçirilməsi daha məqsədəyğundur. Ancaq bizdə isə seroloji testlərin keçirilməsinə gələn həftədən başlanacaq. Maraqlıdır, seroloji testlərin hansı fəsildə keçirilməsi münasibdir? Koronavirusla mübarizədə görülən tədbirlərin effektivliyinin itirilməməsi, əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsi məqsədilə yeni seroloji testlərin keçirilməsi vacibdirmi?
- “…bu testləri hər vaxt aparmaq düzgün deyil”
Professor, tibbi ekspert Adil Qeybulla qeyd etdi ki, seroloji testlərin keçirilməsi başqa bir vaxt üçün daha məqsədəuyğundur: “Bu testlərin keçirilməsi üçün ferment analizləri təyin olunur. Payız vaxtı havaların soyuması nəticəsində soyuqdəymə də üzə çıxır. Qrip virusu ən çox payız aylarında meydana çıxır. Payızda seroloji testlərin keçirilməsi daha yaxşı olar. Əgər serolji testlər payızda aparılarsa, daha effektiv olacaq. Bəzən olur ki, COVID-19 diaqnozu qoyulur, amma başqa məsələlər də ortaya çıxmış olur. Ona görə bu testləri hər vaxt aparmaq düzgün deyil”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, testlərin aparılmasında əsas məqsəd əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir.
Günel CƏLİLOVA