Cümə günü, 13 noyabr 2026
     

“Şairə” Balın milli uşaq ədəbiyyatımıza qarşı zərərli təxribatı - uşaq ədəbiyyatçıları şokda...

Image


Bu gün uşaq ədəbiyyatına nəzarətin zəif olması nəticəsində hər yerindən duran “uşaq şeiri yazıram” deyir və uşaq ədəbiyyatının tələblərinə zidd, uşaq psixikasını pozmağa xidmət edən cızma-qaralar ortaya çıxarırlar.

Bu günlərdə sosial şəbəkələrdə Aygün Bal adlı birisinin “Qaz ilə göyərçinin əhvalatı” adlı uşaq ədəbiyyatı üçün böyük təxribat olan “kitab”ı yayılıb. Sosial səbəkə istifadəcilərinin ciddi tənqidinə tuş gələn “əsər”də uşaqların tərbiyəsinə, əxlaqına cidd olan yanaşma sərgilənib. Özünü “uşaq şairəsi” adlandıran bu adamın yazdığı əsər uşaq düşüncəsi, uşaq psixikası ilə daban-dabana ziddir.  

Hələ bu adam “kitab”ın girişində “ürək sözlər”ini də yazmaqdan çəkinmir və “uşaq ədəbiyyatı” yaratmağa iddialı olduğunu açıqlayır: “Mənim ən böyük arzularımdan biri balalarımızı ağıllı və xoşbəxt görməkdir. Bədii yaradıcılığa başladığım ilk gündən məktəbəqədər və məktən yaşlı uşaqlar üçün neçə-neçə şeir, mənzum hekayə və təmsillər yazmışam.

Yolumu tez-tez saldığım kitab mağazalarında məktəbli uşaqları görəndə çox sevinirəm. Ümidvaram ki, ailə- məişət fonunda qələmə aldığım “Qaz ilə göyərçinin əhvalatı” şeirimdən ibarət bu kitabım balalrımızın ürəyindən olacaq, onların əxlaqı və estetik tərbiyəsində mühüm rol oynayacaqdır”. A.Bal unudur ki, onun bu yazdıqları uşaqlarımızın tərbiyəsini, əxlaqını uçuruma, təhlükəyə yuvarlayır və gələcəyimiz olan uşaqları əyri yollara yönəldir.  

Qeyd edək ki, A.Balın üzdən iraq kitabı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də məlumat yayıb. “Bu gün kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə, uşaq ədəbiyyatının spesifik xüsusiyyətlərinə və ona olan tələblərə uyğun gəlməyən, lakin uşaq auditoriyası üçün nəzərdə tutulduğu qeyd edilən “Qaz ilə göyərçinin əhvalatı” adlı kitab şəbəkə istifadəciləri və izləyicilərinin haqlı tənqidinə səbəb olubdur.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğu iddia edilən şairə Aygün Bal müəllifi olduğu kitabında uşaqların yaş xüsusiyyətlərini, həmçinin seçdiyi mövzunun didaktik və tərbiyəvi əhəmiyyətini nəzərə almayıb.

Şübhəsiz ki, bədii ədəbiyyatın tərkib hissəsi olan uşaq ədəbiyyatı birbaşa təlim-tərbiyə və yeni nəslin ədəbi zövqünün formalaşması vasitələrindən biridir.

Məhz bu səbəbdən hər bir ədəbi nümunə gələcəyimiz olan övladlarımızın formalaşması işinə öz müsbət təsirini göstərməklə yanaşı, həm də uşaq psixologiyasına və marağına müvafiq məzmunda və üslubda yazılmalıdır.

Adıçəkilən çap məhsulunda istifadə olunan ifadələrin azyaşlı uşaqlara göstərə biləcəyi mənfi təsirləri nəzərə alaraq vəsaitin istifadəsinin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun gəlmədiyini qeyd etmək lazımdır.

Belə ki, ailə institutunu nüfuzdan salan infornasiyalar uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiyalar sırasına aid edilmişdir”.

Qurumdan bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 388-2.0.2-ci maddəsinə əsasən informasiya məhsulunun “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən həmin Qanunla müəyyən edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılmasına görə inzibati məsuliyyət nəzərdə tutulub.

Bu arada A.Bal mətbuta açıqlama verərək öz günahını “kitab”ın adını çəkmədiyi redaktorunun üzərinə atmağa çalışıb, bununla da bir növ öz yaxasını məsuliyyətdən kənara çəkməyə çalışıb. Qalmaqallı kitabın müəllifi A.Bal mətbuata bildirib ki, bu kitab 12 il əvvəl çap olunub:“Altı-yeddi il bundan əvvəl kitab müzakirəyə səbəb olmuşdu. Kitab 150-200 nüsxə ilə çap olunub və yaxın adamlara verilib. Heç bir satışı həyata keçirilməyib. Kitab sırf təmsil kimi hazırlanıb.

Aygün Bal kitabın girişindəki açıqlama barədə də danışıb: “Bu, sadəcə, redaktorun səhvidir. Biz kitabın satışı ilə məşğul deyilik”.

  • Xəyal Rza: “Araşdıracağıq”

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza “Bakı-Xəbər”ə bildirdi ki, uşaq ədəbiyyatının tələbləri ilə daban-dabana ziddiyyət təşkil edən bu “kitab”ı pisləyir. X.Rza həmçinin qeyd etdi ki, A.Balın AYB üzvü olması iddiası gələn həftə araşdırılacaq və ictimaiyyətə bununla bağlı dəqiq məlumat veriləcək:”Amma bildiyim qədər o, AYB üzvü deyil. Amma yenə də araşdıracağıq”.

  • Sevda Əliyeva: “Bu “kitab”ın ideyasında qorxunc mesajlar verilir”

Azərbaycan Maarifçilər Assosiasiyasının üzvü, Ucar rayonu 2 saylı orta ümumtəhsil məktəbinin Azərbaycan dili - ədəbiyyatı müəllimi Sevda Əliyeva bizimlə söhbətində bildirdi ki, bu uşaq ədəbiyyatına, uşaqlarımızın tərbiyəsinə yönəlik bir təxribatdır. S.Əliyeva qeyd etdi ki, A.Bal sanki qəsdən belə bir kitab çap edib ki, uşaqların psixologiyasını zədələsin. “Onun bu kitabı uşaqlarımızın gələcəyini korlamaq üçün edilən bir cinayətdir. Gələcəyimizi bu cür xainələrə etibar etmək olmaz. Əgər belələri uşaq ədəbiyyatı “yaradırsa” gərək onda gələcəyimizdən əlimizi üzək. Bu “kitab”ın ideyasında qorxunc mesajlar verilir. “Qaz ilə göyərçin əhvalatı” kimi kitabın dərc edilməsi bir müəllim kimi məni ciddi narahat edib. Hesab edirəm ki, uşaq ədəbiyyatınının nəşri başlı başına buraxılmamalı, burada bir senzura olmalıdır. Bu adam “təmsil”yazdığını iddia edirsə, burada təmsilə uyğun da heç nə yoxdur. Təmsil birmənalı olaraq tərbiyəvi, didaktik mahiyyət daşıyır, sonda isə nəticə verilir ki, oxuyan oradan özü üçün nəticə çıxarsın. Bu “kitab”da göyərçin əxlaqsız bir obraz kimi təqdim edilir axırda da “mən sülh quşuyam” deyir. Uşağa bu cür təhlükəli mesajın verilməsi çox dəhşətlidir. İnanın ki, biz neçə gündür bu “kitab”ı həmkarlarımızla müzakirə edirik. Bu adamın şou-biznesi uşaq ədəbiyyatına gətirməsi nə deməkdir? Bu bizim uşaq ədəbiyyatımıza, uşaq yazarlarımıza yönəlik bir təxribatdır. Bu cızma-qara uşaqların dünyagörüşünə, əxlaqına ziddir. Biz hamımız Aygün Balın “kitab”ına qarşıyıq, buna etiraz edirik”-deyə S.Əliyeva qeyd etdi.

  • Sevinc Nuruqızı: “Böyük müzakirəyə və narazılığa səbəb olan bu “kitab”ın çap edilməsində müəlliflə yanaşı redaktor, naşir, hətta korrektor belə günahkardı”

Tanınmış uşaq yazıçısı Sevinc Nuruqızı isə bildirdi ki, uşaq ədəbiyyatı olduqca ciddi sahədir və bu sahə böyüməkdə olan nəsilin mütaliə zövqünü formalaşdırmağa xidmət edir. “Bu müəllifin kitablarına mağazalarda mən də rast gəlmişəm. Böyük müzakirəyə və narazılığa səbəb olan bu “kitab”ın çap edilməsində müəlliflə yanaşı redaktor, naşir, hətta korrektor belə günahkardı. Ola bilər ki, uşaq ədəbiyyatı ilə məşğul olan şəxs sadəcə həvəskardı, hansısa psixoloji problemləri, pul qazanmaq, ədəbiyyata daxil olmaq maraqları var, bəs bunu nəşr edən naşirlər niyə buna  imkan veriblər? Bilirəm, nəşriyyatların özünü saxlamaq üçün gəlir əldə etməsi vacibdir. Amma nəyin hesabına? Bunu uşaqlarının tərbiyəsinin, mütaliə zövqünün korlanması, tərbiyəsində qüsurlara yol verilməsi bahasına etmək olmaz. Bizim qonşu ölkələrdən birində belə bir kitab nəşr edilib və onu müstəqil bir ekspert oxuduqdan sonra ona mənfi rəy verir, həmin kitabın müəllifi cərimələnib. Bundan başqa, o kitabı çap edən nəşriyyat rəhbərliyi də məsuliyyətə cəlb olunub, ona cinayət işi açılıb, kitabın nəşrinə məsul olan digər şəxslər və kitabı satan mağazalar da cavabdeh qismində cəzalandırılıb. Azərbaycanda da bununla bağlı qanunvericilikdə maddə var, uşaqların mütaliə hüququ artıq qanunla tənzimlənir. Uşaq ədəbiyyatı və uşaqların tərbiyəsi bu cür həvəskarların əlində ola bilməz. Uşaq ədəbiyyatı peşəkar, tərbiyəli, heç bir psixoloji problemi olmayan insanların əlində olmaldır. Uşaq ədəbiyyatı sahəsində çox ciddi bir senzura yaradılmalıdır. Bu senzura nəinki müasir əsərləri, hətta əvvəlki dövrlərdə yüksək tirajla nəşr edilən kitablar da yenidən araşdırmaya cəlb etməlidir”-deyə qeyd edən S.Nuruqızı hesab edir ki, A.Balın məlum “kitab”ına qadağa qoyulmalı və onun barəsində ölçü götürülməlidir.

İradə SARIYEVA 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ