19/09/2020 00:39
728 x 90

Taksi xidməti göstərən şirkətlərin nəqliyyat parkı problemi – avtomobillər xəttə necə gəldi buraxılır...

İlqar Hüseynli: “Taksi şirkəti xidmətlərinin vahid mərkəzdən idarə olunması düzgün deyil”

img

Son texnolji yeniliklər Azərbaycanda “taksi bazarı”na da təsirsiz ötüşmür. Bazara istər mobil tətbiq, istərsə də telefon zəngi ilə sərnişinin özünə taksi sifarişi etməsi artıq bir neçə ildir ki əlçatandır.

Ölkənin ən böyük şəhəri olan paytaxt Bakıda hazırda 50-dən çox taksi şirkəti fəaliyyət göstərir. Təqribi rəqəmlərə əsaslansaq 40 min Bakı şəhəri üzrə də ümumilikdə taksi sürücüsü var. Əksəriyyətinin öz avto-parkı olmasa belə bu bazarda fərdi sürücü bolluğundan yararlanaraq öz qazanclarını əldə etməkdədirlər. Sürücülər üçün asan olan tərəf isə, heç bir imtahan və ya tibbi yoxlanışdan keçmədən 5 dəqiqə ərzində belə onlayn və ya “WhatsApp”la qeydiyyatdan keçmə imkanlarının olmasıdır. Bəzi hallarda isə nə qədər qanununa zidd olsa belə qonşu Gürcüstanda qeydiyyatdan keçmiş avtomobillər belə özünü “taksi şirkəti” kimi təqdim edən bu şirkətçiklərdə qeydiyyatdan keçirirlər.

Taksi şirkəti kimi qeydiyyatdan keçənlərin nəqliyyat parkı yoxdur.

  • “Taksi şirkətlərindən çoxunun nəqliyyat parkı yoxdur, sadəcə sistem qurulub və ya elan, ya da işə düzəltmə şikətləri vasitəsilə sürücülər cəlb edilir”

Məsələ ilə bağlı fikir bildirən sosial sahə üzrə ekspert İlqar Hüseynli qeyd etdi ki, taksi xidməti göstərən avtomobillərin əksəriyyətinin diskomfort olması təəccüblü deyil: “Taksi şirkətlərindən çoxunun nəqliyyat parkı yoxdur. Sadəcə sistem qurulub və ya elan, ya da işə düzəltmə şikətləri vasitəsilə sürücülər cəlb edilir. Yəni həmin sürücülər öz şəxsi avtomobilləri ilə xidmət göstərirlər. Məlum məsələdir ki, taksi fəaliyyəti ilə məşğul olanların çoxu aztəminatlı ailə başçısıdırlar. Onların bahalı maşınları olsa, başqa işdə çalışarlar”.

İ.Hüseynli hesab edir ki, taksi şirkəti xidmətlərinin vahid mərkəzdən idarə olunması düzgün deyil: “Bu, rəqabətliliyin qarşısını alacaq. Lakin vahid mərkəzdən nəzarət olmalıdır. Həmin məqam isə BNA-nın vəzifələrinə daxildir. Gərək adı çəkilən qurum işinə məsuliyyətlə yanaşsın, vaxtaşırı monitorinq lər keçirsin. Rəqabətlilik nəticəsində bir müddətdən sonra qiymətlər tənzimlənəcək, hətta ayrı-ayrı taksi xidmətlərinin parkları yaranacaq.

Ola bilsin, şirkət sürücünün köhnə maşınını satıb, üzərinə bir az da pul qoyub, yeni avtomobil alsın. Tərəflər arasında müqavilə imzalansın ki, müəyyən müddətdən, tutalım, on ildən sonra bu maşın sürücünün mülkiyyətinə çevriləcək. Belə olan halda, əlbəttə, sürücü maşını göz bəbəyi kimi qoruyacaq, onu lazımi qədər diqqətli idarə edəcək”.

Qeyd edək ki, son illər taksi şirkətlərinin sayı artsa da, onların fəaliyyətindən narazılıqlar da artır. Taksi xidmətinin sürücüsünün ünvana deyiləndən xeyli gec çatması, avtomobili səliqəsiz idarə etməsi, müştəri ilə nəzakətsiz davranması və onlarca başqa məqamlar sərnişinlərdə diskomfort yaradır, haqlı yerə ikrah doğurur.

Günel CƏLİLOVA

Son xəbərlər