Cümə günü, 13 noyabr 2026
     

Koronavirus dünyada ənənəvi təhsil metodunu alt-üst edir... Yeni tədris ilində distant təhsil gündəmdə...

Image


Artıq ümumbəşəri bəla kimi dəyərləndirilən koronavirus pandemiyası yarım ildən çoxdur ki, dünyanı səksəkədə saxlamaqda davam edir. Yoluxanların sayında sürətli artım və bu virusa tutulanların sayının 21 milyona yaxınlaşması isə bu səksəkəni daha da artırır.

Koronavirus pandemiyası ən qüdrətli dövlətləri belə ciddi sınaq qarşısında qoyub. Hər bir dövlət bu sınaqdan layiqincə çıxmaq üçün ciddi səylər göstərsə də, hələlik heç nəyə nail olmaq mümkün deyil. Yayılma sürəti get-gedə artan və daha çox insanı öz cənginə alan pandemiya dünyanı qorxu altında saxlamaqda davam edir. İndiyədək ən çox ölüm hallarının ABŞ, Braziliya, Böyük Britaniya, İtaliya və Fransa kimi iri həcmli iqtisadiyyata malik ölkələrdə qeydə alınması da vəziyyətin ciddiliyindən xəbər verir. Bu durumda dünya üçün daha bir dilemma dərslərlə bağlıdır. Məsələ Azərbaycan üçün də aktualdır. Çünki gələn aydan ölkədə yeni tədris ili başlamalıdır. Amma virus təhdidi dərslərin ənənəvi qaydada keçirilməsini hələ də ciddi sual altına alır.

Məsələnin daha bir qorxunc tərəfi odur ki, virus uşaqlar arasında da yayılır və bu səbəbdən bir çox ölkələrdə dərslərin təxirə salınması, yaxud da onlayn keçirilməsi gündəmdədir. Məsələn, ABŞ-ın Corciya ştatında bir məktəbin ətrafındakı ərazidə yaşayan 800 uşaq yeni növ koronavirusa yoluxma ehtimalı ilə karantinə alınıb. 42 məktəb işçisi də nəzarət altındadır. Ötən həftədən etibarən birbaşa məktəbdə təhsil prosesinə başlanılan bölgədə 42 mindən çox şagirdin təhsil aldığı bildirilir. Amma artıq dərslər dayandırılıb. Koronavirusa yoluxma hallarının qəfil artması nəticəsində əyalətin digər məktəblərində də təhsil prosesi dayandırılıb. Hazırda 9 900 aktiv koronavirus daşıyıcısının olduğu Almaniyada yenidən sərtləşdirilmiş karantin rejiminə keçilməsi məsələsi müzakirə olunur və bu, təhsil sferasını da əhatə edir. Ən acınacaqlı vəziyyət isə azərbaycanlıların da kompakt yaşadığı Şimali Reyn-Vestfaliya əyalətindədir. Hazırda bu federal torpaqda aktiv koronavirus daşıyıcılarının sayı 4 mini keçib. Yeni tədris ilinin başlaması isə ən çox valideynləri narahat edir. Çünki Meklenburq-Ön Pomeraniya əyalətində keçən həftə yeni tədris ilinin başlaması ilə məktəblərin birində müəllim və şagirddə koronavirus tapılıb. Bundan sonra məktəb yenidən bağlanıb, şagirdlər evlərində karantinə alınıblar. Valideynlər hesab edir ki, Şimali Reyn-Vestfaliya əyalətində məktəblərdə şagirdlər arasında sosial məsafə, maska və gigiyenik qaydaların gözlənilməsini təmin etmək elə də asan deyil. Bu səbəbdən təhsil ocaqlarındakı Valideynlər Şurası əyalətin Təhsil Nazirliyinə rəsmi müraciət edərək məktəblərin açılmasının bir müddət də təxirə salınmasını istəyib. Onlar qeyd ediblər ki, mümkün olmasa, siniflərdə şagird sayı minimuma endirilsin, bir şagird həftədə iki dəfə məktəbə gəlsin, qalan günlərdə evdə onlayn dərslərə qatılsın.

Xatırladaq ki, Almaniyada karantin qaydaları may ayında yüngülləşdirilib. Hazırda koronavirus pandemiyası ilə bağlı 1,5 metrlik sosial məsafə, qapalı məkanlarda maska taxmaq, bir ailədən olmayan iki nəfərdən artıq şəxsin bir yerə toplanmaması kimi karantin qaydaları tətbiq edilir. Amma bu da virusun yayılmasını əngəlləyə bilmir və təhsil prosesinin virusun yayılmasına təsir göstərəcəyinə dair narahatlıqlar artır. İngiltərədə də hesab edilir ki, yeni tədris ilində virusun yayılması sürətlənə bilər. Ona görə burada da tədrisin təxirə salınması müzakirə edilir. Meksikada da koronavirus böhranı bu ölkənin təhsil sisteminə də təsir göstərib. Koronavirus pandemiyası üzündən məktəb şagirdlərinin təxminən 10 faizi və ya 2,5 milyon şagird  təhsili atıb. Orta hesabla hər 10 şagirddən biri dərsə getmir. Ümumiyyətlə, koronavirus səbəbi ilə məktəblərin və universitetlərin bağlanması 160 ölkədə təxminən 1 milyard tələbə və məktəbli üçün təhsil prosesini tam pozub. BMT-nin Baş katibi Antonio Quterreş bildirir ki, dünyada ən azı 40 milyon uşaq həyati vacib məktəbəqədər təhsildən məhrum edilib. Dərslərin onlayn, radio və televiziya ilə təmin edilməsi səyləri bütün şagirdləri əhatə etməyib. Pandemiyadan əvvəl 250 milyondan çox məktəbyaşlı uşaq məktəbdə oxumaq imkanından məhrum idi və inkişaf etməkdə olan ölkələrdə uşaqların yalnız dörddəbiri lazımi əsas bacarıqları əldə edərək məktəbi bitirib. Bu durumda dərslərin başlanmasının təxirə salınmasının gündəmə gəlməsi isə təhsillə bağlı məsələnin hələ yaxın tezlikdə çözümünü tapacağını ciddi sual altına alır. Distant təhsilə keçid bu fonda dünyada, həm də Azərbaycanda vacib sayılır. Hesab olunur ki, təhsilin pandemiyadan əvvəlki formada bərpası geriyə atılmış bir addım kimi qiymətləndirilməklə yanaşı, həm də arzuolunan deyil. Distant təhsilin bu və ya digər formada və dərəcədə tətbiq edilməsi isə vəziyyətdən əsas çıxış yoludur. Eləcə də koronavirusla bağlı vəziyyət normallaşsa belə, təhsilin qarışıq forması əksər mütəxəssislər tərəfindən daha uyğun görünür. Yəni həm distant, həm də həftənin müəyyən günlərində ənənəvi qaydada dərslərin keçrilməsi önəmli sayılır.

Tahir TAĞIYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ