Bazar ertəsi günü, 29 iyun 2026
     

Çimərliklər daha qorxulu risq mənbəyinə çevrilir - əhalini xüsusi portaldan daha səmərəli istifadəyə yönəltmək yolları... - FOTO

Image


Bildiyimiz kimi, avqustun 5-dən etibarən əhaliyə çimərliklərdən istifadəyə icazə verilib. Çimərlik mövsümü açıldıqdan sonra, demək olar ki, bütün populyar çimərliklərdə ciddi sıxlıq yaşanır.

Elə çimərliklər var ki, orada, sözün həqiqi mənasında, adam əlindən tərpənməyə imkan yoxdur. Əlbəttə, çimərliklərdə yaşanan bu sıxlıq da virusa yoluxma risqini artırır. Gizlin deyil ki, çimərlik ərazisində insanlar çox vaxt sosial məsafə gözləmək istəmirlər. Baxmayaraq ki, çimərlik ərazilərində 1000-dən çox ASAN könüllü, bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları fəaliyyət göstərirlər. Çimərlik ərazilərində eyni vaxtda xeyli sayda vətəndaşın eyni oturacaqlar, ictimai ayaqyolu və geyinmə-soyunma yerlərindən istifadə etməsinin də yoluxma ehtimalını artırdığı sirr deyil. Mütəxəssislər və rəsmi dairələr çimərliyə gedən insanlara sosial məsafə saxlamağı, tibbi maskalardan istifadə etməyi və şəxsi gigiyena qaydalarına əməl etməyi tövsiyə edirlər.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) isə insanlara çağırış edərək məlum tövsiyələrə əməl etmələri ilə yanaşı, onlara daha az adam olan çimərliklərdən istifadə etməyi tövsiyə edib.

Bildiyimiz kimi, şənbə və bazar günləri çimərliklərdə ciddi sıxlıq müşahidə olunub və bu da yoluxma təhlükəsini artırır.

Bildirilənə görə, keçən il paytaxt sakinləri, eləcə də şəhərimizin qonaqlarının istək və arzuları, onların İDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq, Birliyin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və digər çimərliklərə alternativ olaraq 6 yerdə - “Şıx” çimərliyi ərazisində, Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində hər cür şəraiti olan pulsuz ictimai çimərliklər yaradılıb.

...gəlməzdən əvvəl portala daxil olaraq sıxlığın az olduğu çimərliklərə üz tutsunlar”

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə çimərliklər xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində avqustun 5-dən vətəndaşların istifadəsinə verilib. Yay fəslində vətəndaşların ən çox üz tutduqları məkanlardan olan çimərliklərdə son iki gündür ki, sıxlıq müşahidə olunur. Bu da koronavirusa yoluxma risqini artırır”. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Elmin İmanov “Bakı-Xəbər”ə  bildirib. E.İmanov qeyd edib ki, qurum rayon icra hakimiyyətləri ilə birgə paytaxtdakı bütün çimərliklərə yerində baxış keçirib. “Çimərliklərdəki vəziyyət təhlil edilib, həmin ərazilərdə infrastrukturun yaxşılaşdırılması, mövcud vəziyyətin daha da ürəkaçan olması istiqamətində addımlar atılıb. Hər bir çimərlikdə ən ümdə məsələ mövcud epidemioloji vəziyyətə uyğun olaraq sosial məsafənin gözlənilməsi, həmin ərazinin dezinfeksiyaedici məhlullarla təmin edilməsidir. Bununla yanaşı, çimərliklərin ərazisində xüsusi maafirləndirici lövhələr qoyulub. Lövhələrdə çimərlik ərazilərində əməl edilməsi vacib olan qaydalar öz əksini tapıb. Sosial məsafənin qorunmasını təmin etmək üçün əhalinin istirahət etdiyi yerlər xüsusi nişanlarla ayrılıb. Eyni zamanda, tələb olunan qaydalara əməl edilməsi səsgücləndiricilər vasitəsilə istirahətə gələn vətəndaşların diqqətinə mütəmadi olaraq çatdırılır”.

Onun sözlərinə görə, ən həssas məsələlərdən biri buradakı təmizlik vəziyyətidir. “İcra hakimiyyətinin tabeliyindəki qurumlar bununla bağlı gücləndirilmiş iş rejimində işləyirlər. Burada təmizliyin qorunması, tullantıların daşınması üçün bütün əməkdaşlar çox ciddi fəaliyyət göstərirlər. Çimərliklər təmizlik baxımından çox yüksək səviyyədədir, bununla bağlı hər hansı bir problem yoxdur”.

BŞİH-nin şöbə müdirinin qeyd etdiyinə görə, çimərliklərə üz tutanların sayının tənzimlənməsi məqsədilə cimerlik.az portalı fəaliyyət göstərir. Burada hər çimərliyin tutumu ilə bağlı rəqəmlər əks olunur. Vətəndaşların çimərliyə gəlməzdən əvvəl portala daxil olub sıxlıqla bağlı vəziyyəti öyrənmələri və sıxlığın az olduğu çimərlikləri seçmələri tövsiyə olunur. Məqsəd odur ki, vətəndaşlar çimərliklərdə sıxlıqla qarşılaşmasın və yoluxma risqləri minimuma endirilsin: “İki gündür çimərliklərdə sıxlıq müşahidə edilir, bu da haqlı narahatlığa səbəb olur. Vətəndaşlardan xahiş olunur ki, mövcud vəziyyətin gərginləşməsinə səbəb olacaq addımlar atmaqdan çəkinsinlər və gəlməzdən əvvəl portala daxil olaraq sıxlığın az olduğu çimərliklərə üz tutsunlar. İcra Hakimiyyətinin əməkdaşları monitorinq apararaq çimərlikdə kvotanı artırmaq üçün mövcud şəraiti təhlil edirlər. Monitorinqin nəticələrinə uyğun rəqəmlər dəyişə bilər.

Çimərliklərin kvotaya uyğun fəaliyyətini təmin etmək məqsədilə hər bir çimərliyin giriş və çıxışında "ASAN xidmət" könüllüləri fəaliyyət göstərirlər.  Onlar çimərliklərə daxil olanların qeydiyyatını aparırlar. Nəticədə, çimərliklərə istirahətə gələnlərin və boş yerlərin sayı avtomatik olaraq portala yerləşdirilir. Könüllülər, həmçinin, əhalinin məlumatlandırılmasını həyata keçirir, qaydalara əməl olunmasının zəruriliyini onların diqqətinə çatdırırlar” - deyə E.İmanov qeyd etdi.

E.İmanov bildirdi ki, çimərlikdə təhlükəsizliyə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları nəzarət edirlər. “Onlar burada istirahətə gələnlərin sayının tənzimlənməsində də yaxından iştirak edirlər. Yəni ASAN könüllüləri ilə DİN əməkdaşları koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Əgər boşluq yoxdursa, yer dolubsa, onlar vətəndaşları digər çimərliklərə yönləndirirlər”. 

Qeyd edək ki, Bakıdakı çimərliklərdən birində istirahətə gələn paytaxt sakini Bəhram Abdullayev çimərliklərin istifadəsinə icazə veriləndən sonra ailə üzvləri ilə birgə buraya ilk dəfədir üz tutduqlarını deyir. O, çimərlikdə infrastrukturun, ictimai nəzarətin, xilasedicilərin fəaliyyətini qənaətbəxş hesab etdiyini və təşkilatçılıqdan razı olduğunu bildirib: “Çimərlikdə təmizlik yüksək səviyyədədir, tullantılar tez-tez daşınır. Vətəndaşlar da çimərlik ərazisini çirkləndirmirlər. Çimərliyin fəaliyyəti xüsusi karantin rejiminin tələblərinə uyğun təşkil olunub. Sosial məsafə gözlənilməklə istirahət üçün yerlər ayrılıb. Vətəndaşların əksəriyyətinin qaydalara əməl etdiyi qeyd edilir.  

"ASAN xidmət" könüllüsü Anar Əkbərov bildirib ki, ASAN könüllüləri çimərliklərdə giriş-çıxışa nəzarət edir və burada istirahətə gələnlərin sayını kvotaya uyğun tənzimləməyə çalışırlar: "Limit dolduqdan sonra giriş bağlanır və vətəndaşların daxil olmasına icazə verilmir. Bundan sonra çimərliyi tərk edənlərin sayı qədər vətəndaşların daxil olmasına şərait yaradılır. Könüllülərin fəaliyyəti bununla yekunlaşmır. Belə ki, könüllülər çimərlik ərazilərində səsgücləndiricilər vasitəsilə əhalini qaydalara riayət etməyə səsləyir, onları məlumatlandırırlar".

A.Əkbərov həftəsonları çimərliyə üz tutanların sayının digər günlərlə müqayisədə 2-3 dəfə çox olduğunu da deyib.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

29.06.2026 / 17:10
Türk Birliyinin Yeni Siyasi Mərhələsi

29.06.2026 / 17:08
Fransada istidən ölüm halları pik həddə - dəfn evləri dövlətdən yardım istədi

29.06.2026 / 17:07
ABŞ-İran danışıqları Dohada keçiriləcək

29.06.2026 / 17:04
ADY yay qrafikinə keçir

29.06.2026 / 16:54
İran Qətərlə razılaşdı – dondurulmuş 12 milyardın yarısı ölkəyə qaytarılır...

29.06.2026 / 16:47
Kılıçdaroğlu Kadir İnanırın dəfn törənində fitə basıldı

29.06.2026 / 16:27
Pivə istehsalçıları ilə görüşdən əlavə həm də mübarizə aparmaq lazımdır...

29.06.2026 / 16:20
Keçmiş İsrail naziri maraqlı detallara toxundu…

29.06.2026 / 16:08
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd etdi

29.06.2026 / 15:45
Ermənistanda 2700 illik “Argiştixinili şəhəri”? - Bu saxtakarlığa polyak alimlər də şərik oldu...

29.06.2026 / 15:32
Məktəblərdə dərs vaxtı telefondan istifadə qadağan edildi - Nazirdən qərar...

29.06.2026 / 15:08
Hunday və KİA-nın mühərrikləri "ən etibarsızlar" kimi tanındı...

29.06.2026 / 15:04
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq

29.06.2026 / 15:02
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin fəaliyyəti təkmilləşdirilir

29.06.2026 / 14:58
Azərbaycanla Ekvador arasında diplomatik pasport sahibləri vizadan azad ediliblər

29.06.2026 / 14:43
Zelenski Rusiyaya qarşı 40 günlük "təsir əməliyyatına" başladı...

29.06.2026 / 14:35
"Demokratiya TV"nin rəhbəri həbs edildi

29.06.2026 / 14:26
Putin Lukaşenkonu Ukrayna ilə müharibəyə təhrik edir...

29.06.2026 / 14:10
Ermənistan Rusiyaya qarşı "NATO-nun hücum qoçu"na çevrilir...

29.06.2026 / 14:02
Ərdoğan Trampın qəribə açıqlamasını cavabsız buraxdı - niyə?

29.06.2026 / 13:45
İllərin sanksiyalarına dözən İran çörək sınağında: inflyasiya 58 faizİ keçir...

29.06.2026 / 13:41
Belarus Rusiya-Ukrayna savaşına qoşulur…

29.06.2026 / 13:35
Türkiyə İsrailin "erməni soyqırımı" iddiasını "öz cinayətlərini ört-basdır cəhdi" adlandırdı...

29.06.2026 / 12:53
Sükan arxasında telefondan istifadə edən 11 mindən çox sürücü cərimələnib...

29.06.2026 / 12:36
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı oldu - YENİLƏNDİ

29.06.2026 / 12:20
Narkotik təsiri altında sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs həbs edildi

29.06.2026 / 11:57
Rusiyada çevriliş cəhdi... Putinə meydan oxuyan əsgər saxlandı – “ordu silahını Kremlə doğru çevirəcək”...

29.06.2026 / 11:35
Saatlıda narkotik əməliyyatı - saxlanılalar var

29.06.2026 / 11:19
Baş prokuror Xətai rayonunda vətəndaşları qəbul edəcək

29.06.2026 / 11:12
Buğdanın tədarük qiyməti ilə bağlı hökümətdən QƏRAR

29.06.2026 / 10:57
İran Körfəz öıkələrinə yeni təhlükəsizlik sxemi təklif edəcək...

29.06.2026 / 10:56
“Sosial şəbəkələrdəki dərəbəylik cinayətkar və psixoz uşaqların sayını artırır”

29.06.2026 / 10:55
Prezident: "TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır"

29.06.2026 / 10:51
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair irəli sürdüyüm təşəbbüsün reallaşması məmnunluq doğurur" - Prezident

29.06.2026 / 10:48
Prezident İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanladı

29.06.2026 / 10:37
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər - FOTO

29.06.2026 / 10:20
Zelenski "Avropa ordeni" təsis etdi - bu adda orden Avropanın özündə də yoxdur…

29.06.2026 / 10:11
XİN İsraili “erməni soyqırımı” qərarını yenidən nəzərdən keçirməyə çağırdı

29.06.2026 / 10:05
Azərbaycanda “Türk Dünyası Həftəsi” keçirilir

29.06.2026 / 09:20
ABŞ - İran danışıqları sabah Qətərdə yenidən başlanacaq

28.06.2026 / 23:16
Avropada istilərdən ölənlərin sayı 1300-ü keçdi – ÜST-dən "səssiz qatil" xəbərdarlığı...

28.06.2026 / 22:59
Ukrayna Rusiyanın neft sənayesini çökdürdü - Putin rəsmən etiraf etdi...

28.06.2026 / 22:47
Fransada temperatur tarixi rekord həddində - Ölüm statistikası dəhşət saçır…

28.06.2026 / 22:11
Kaja Kallas üçün yolun sonu göründü…

28.06.2026 / 21:44
Putinin qızının rəhbərlik etdiyi Fondun yaxınlığında zenit-raket kompleksi qurulur - İlginc…

28.06.2026 / 20:32
Zelenski Azərbaycan diasporunun rəhbərini təltif edib

28.06.2026 / 14:26
“Rusiya ilə əlaqələrin kəsilməsi ermənilər üçün ağır nəticələrə səbəb olacaq” - Medvedev

28.06.2026 / 14:01
Rusiyada yanacaq böhranı dərinləşir - Hindistan və Qazaxıstandan benzin idxalı başlayır...

28.06.2026 / 13:47
Kılıçdaroğlu özünü Atatürklə müqayisə etdi, cavab sərt oldu – “Ona millət xain demədi, amma sənə..."

28.06.2026 / 13:30
Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlanıb

28.06.2026 / 12:53
Serbiyanı şoka salan qərar... Vuçiç rəsmən elan etdi – istefa verirəm...

28.06.2026 / 12:31
UFC döyüşçüsü Rafael Fiziyev bir gündə 100 min dollar qazandı

28.06.2026 / 12:07
Polis motosikleti təhlükəli idarə edən sürücünü saxladı

28.06.2026 / 11:42
Rusiya Azərbaycan üzərindən Ermənistana 770 ton buğda göndərdi

28.06.2026 / 10:55
Tramp "Ankoric sazişlərini" ləğv edə bilər…

28.06.2026 / 10:46
Türkiyəyə 700 milyon dollarlıq təyyarə mühərrikləri satışı erməni lobbisinin yuxusunu qaçırdı - ANCA hərəkətə keçdi

28.06.2026 / 09:58
İstilər səbəbindən Parisdə 100-dən çox ölüm faktı qeydə alınıb

28.06.2026 / 09:11
Reuters: “İranın regional hücumları davam edir”

28.06.2026 / 09:06
Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür

28.06.2026 / 08:36
Kılıçdaroğlu Özəli fraksiya sədrliyindən də uzaqlaşdırır - Bacaracaqmı?..

28.06.2026 / 08:06
Hizbullah İsrail-Livan sazişinə etiraz etdi - “…rüsvayçılıqdır”…

28.06.2026 / 07:32
ABŞ yenə İranı vurdu, İran Küveyt və Bəhreynlə qarşılıq verdi - savaş yenidən başlayır?..

28.06.2026 / 07:18
Avrokomissiyanın qərargahında kondisioner söndürüldü - anomal istilər səbəbindən…

27.06.2026 / 21:08
Pentaqonda əsrin ən böyük qalmaqalı - Rusiya, Çin kəşfiyyatlarının izində olduğu Ağ Evdəki iki gizli casus ifşa edildi...

27.06.2026 / 20:35
Üzərində Trampın portreti olan yeni ABŞ pasportu təqdim edildi - Amerika tarixində bir ilk...

27.06.2026 / 19:48
Fransa Afrikada daha bir zərbə aldı - Burkina Faso Parislə diplomatik əlaqələri kəsdi...

27.06.2026 / 19:10
Azərbaycan və Türkiyə XİN rəhbərləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

27.06.2026 / 17:51
Milyarder ABŞ səfirinin 450 milyonluq superyaxtası Venesiyanı ayağa qaldırdı – onun əyləncəsini məhv edəcəyik...

27.06.2026 / 17:29
Azərbaycan milli komandası aktivinə bir qızıl və bir bürünc medal yazdırıb

27.06.2026 / 17:14
İsrail və Livan Vaşinqtonda tarixi saziş imzaladı – “Hizbullah” silahı yerə qoymaqdan imtina etdi...

27.06.2026 / 16:39
Ukraynadan Putini özündən çıxaracaq addım - Volqoqradda hərbi zavod vuruldu...

27.06.2026 / 16:10
Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşdı

27.06.2026 / 15:59
Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirib...

27.06.2026 / 15:46
Netanyahu qondarma " erməni soyqırımını" tanısa, ağır cavab zərbəsi alacaq...

27.06.2026 / 15:28
“Uğurlu gələcək” adlı sərgi təşkil olundu

27.06.2026 / 15:15
"Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrası davam edir

27.06.2026 / 11:49
Tramp NATO Zirvəsi ərəfəsində Avropa ölkələrini 100 faiz tariflə hədələdi...

27.06.2026 / 11:30
DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini açıqladı

27.06.2026 / 11:23
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib - FOTO

27.06.2026 / 11:17
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO

27.06.2026 / 11:11
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ