19/09/2020 06:17
728 x 90

Qubanın Dəvədabanı yaşayış massivində yanğına polis vaxtında müdaxilə etdi - FOTO

img

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, avqust ayının 10-da səhər saatlarında Quba Rayon Polis Şöbəsinə rayonun Dəvədabanı yaşayış massivi ətrafında olan dağlıq ərazilərdə yanğın baş verməsi barədə məlumatlar daxil olub. Daxil olan məlumatla əlaqədar polis əməkdaşları hadisənin baş verdiyi əraziyə yollanıb və yanğının qarşısının alınmasında FHN-nin əməkdaşları ilə birlikdə fəal iştirak ediblər.

Əsasən fiziki qüvvə ilə yanğınları tez bir zamanda ram etməyə müvəffəq olan RPŞ-nin və FHN-nin əməkdaşları hadisənin baş verdiyi ərazilərdə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirərək, alovun miqyasının böyüməsinin qarşısını vaxtında alıblar.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Son xəbərlər