19/09/2020 05:41
728 x 90

Müəssisələrdə işçi sayına qoyulan 50 və 30 faiz məhdudiyyətlər götürüldü – iqtisadi fəallığın daha bir bərpa şansı…

Naqif Həmzəyev: “Qaydalara əsasən, işçi sayında tətbiq edilən məhdudiyyət aradan qaldırılır, bu sevindirici xəbərdir”

img

Məlum olduğu kimi, bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilib.

Bu barədə məsələ Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketində əksini tapıb. Tədbirlər paketində bəzi sahələr üzrə işçi sayına tətbiq ediləcək məhdudiyyətin aradan qaldırılması qeyd olunub.

Karantin qaydaları yumşaldıldıqdan sonra artıq bəzi sahələrdə işçi sayına tətbiq edilən qadağa aradan götürülüb.

  • “Artıq insanlar işlərinin başına dönə bilərlər, sadəcə, təhlükəsizlik qaydalarına riayət etməklə”

Millət vəkili Naqif Həmzəyev qeyd etdi ki, qlobal böhrandan minimum itkilərlə çıxmaq üçün bütün qüvvələr COVID-19-a qarşı səfərbər edilib. Mərhələli şəkildə həyata keçirilən təsirli tədbirlər sayəsində, demək olar ki, yeni növ koronavirus ölkəmizdə nəzarət altındadır. Mütəmadi olaraq epidemioloji vəziyyət dəyərləndirilir, vəziyyətə uyğun addımlar atılır: “Məlumdur ki, koronavirusla mübarizə sahəsində görülən işlər artıq müsbət nəticəsini büruzə verir. Uzun müddətdən sonra virusa yoluxma sayı ikirəqəmli həddə düşüb. Bu sevindirici haldır. Unutmaq lazım deyil ki, müsbət dinamika ölkə Prezidenti İlham Əliyevin pandemiyaya qarşı effektiv mübarizə strategiyasının nəticəsində əldə edildi. Yoluxma sayının azalması karantin rejiminin nisbətən yumşaldılmasına səbəb olur. Qaydalara əsasən, işçi sayında tətbiq edilən məhdudiyyət aradan qaldırılır. Bu sevindirici xəbərdir. Artıq insanlar işlərinin başına dönə bilərlər, sadəcə, təhlükəsizlik qaydalarına riayət etməklə. Unutmaq lazım deyil ki, bir balaca laqeydlik, məsuliyyətsizlik çəkilən bu qədər zəhmətin hədər getməsinə, yoluxma sayının yenidən artmasına səbəb ola bilər”.

Günel CƏLİLOVA 

Son xəbərlər