Cümə günü, 13 noyabr 2026
     

Karantin yumşalmasında ifrata varan bu Amerika və Avropa ölkələri yenidən koronavirus girdabında...

Image


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələ ayyarım bundan əvvəl Avropa və Amerika ölkələrində sərt karantin rejiminin erkən yumşaldılmasının qarşıdakı aylarda ciddi fəsadlar yaradacağını, payızda gözlənən virusun ikinci və üçüncü dalğalarından o ölkələrin daha böyük itki ilə çıxacağını qeyd edib.

Həmin dövrdə ÜST həmin ölkələrə çağırış edərək yumşaldılma prosesini dayandırmalı olduqlarını deyib, lakin o ölkələr qurumun bu çağırışlarına əhəmiyyət vermədi və günü-gündən yumşaldılmanı davam etdirdilər. Bu gün həmin ölkələr yoluxmaların artması ilə üz-üzə qalıblar.

Bundan əlavə, ÜST yaxın aylarda pandemiyanın ikinci dalğasının başvermə ehtimalını daha yaxın sayır. Görünən odur ki, dünya ölkələri yaxın aylarda pandemiyanın ikinci dalğası ilə daha ciddi şəkildə üzləşəcəklər.  

Yeri gəlmişkən, artıq “University College London” və London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçıları xəbərdarlıq ediblər ki, İngiltərədə daha effektli testləşmə və qoruma sistemi qurulmadan məktəblər açılarsa, ölkə qışda indikindən iki dəfə güclü yoluxma dalğası ilə üzləşəcək. Almaniyada da vəziyyət oxşardır. Mətbuatdan oxuyuruq ki, Həkimlər Birliyi bu ölkədə pandemiyanın ikinci dalğasının başladığını elan edib və bildirib ki, gigiyena tələblərinə məhəl qoymamaq xəstə sayının artmasına bilavasitə yol açır, Fransa hökumətinin nəzdində fəaliyyət göstərən Elmi Şura bəyan edib ki, yaxın aylarda ölkə COVID-19-un ikinci dalğası ilə qarşılaşacaq. "Epidemiyanın ikinci dalğasının payızda və ya qışda olma ehtimalı yüksəkdir" - deyə “Le Figaro” qəzeti yazır. Avropanın daha bir ölkəsində - Estoniyada Səhiyyə Departamenti koronavirusun ikinci dalğasının başladığını artıq rəsmən açıqlayıb. Ötən ay 1,0 olan yoluxma səviyyəsi indi 2,6-ya çatıb və hökumət yenidən koronavirusla mübarizə tədbirlərini sərtləşdirməyə məcbur olub. Rusiyanın paytaxtı Moskvada mer Sergey Sobyanin koronavirusla bağlı məhdudiyyətlərin hələ bir neçə ay davam edəcəyini bildirib və xəbərdarlıq edib ki, paytaxt sakinləri maska, sosial məsafə, gigiyena qaydaları kimi tələblərə əməl etməlidirlər. Türkiyədə isə koronavirusla bağlı bütün  karantin dövründə ən genişmiqyaslı yoxlamalar olacaq – bütün şəhərlərdə valilər, bələdiyyə rəhbərləri və dövlət orqanları, hüquq-mühafizə orqanlarının nümayəndələri səfərbər ediləcək. Bazarlarda, ictimai nəqliyyatda, ticarət obyektlərində, restoran və kafelərdə, taksilərdə - hər yerdə insanların sosial məsafə, maska, gigiyena ilə bağlı tələblərə əməl etməsi ilə bağlı intensiv yoxlamalar nəzərdə tutulub.

Göründüyü kimi, dünyanın və Avropanın bir çox ölkəsində karantin rejiminin yumşaldılması yoluxma sayının kəskin atrmasına gətirib çıxardı. Bu isə ikinci dalğa kimi qiymətləndirilir.

Bu gün Avropa ölkələri daxil olmaqla, dünyanın bir çox ölkəsində COVID-19 pandemiyasının yenidən alovlanması və ikinci dalğanın başlaması hadisəsi özünü tam yaxında hiss etdirməkdədir.

Bilirik ki, bir müddət əvvəl sərt karantin rejimlərini ləğv edən ölkələr hazırda xəstəliyin geniş yayılması səbəbindən yenidən məhdudiyyətlər tətbiq etməyə başlayıblar. Azərbaycanda isə tətbiq olunmuş məhdudiyyətlər nəticəsində müsbət dinamika əldə olunub, xəstələnənlərin sayı gün ərzində 130-dan aşağı düşüb, sağalanların sayı xəstələnənlərin sayından dəfələrlə çoxdur.

Məlumdur ki, hazırda Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır, açılmalar tədricən tətbiq olunur. Bu, bir daha göstərir ki, xəstəliyin artması ilə bağlı hər bir ölkə məhdudiyyətləri sərtləşdirir və ya yumşaldır. Azərbaycan virusla mübarizənin ilk günündən düzgün mövqe tutdu və başqa ölkələrdən fərqli olaraq, vaxtından tez yumşaldılmalara, açılımlara getmədi. Proses tədricən reallaşdırıldığı üçün əldə olunan nəticələrimiz müsbətdir. Pandemiya tam bitmədiyinə və bu təhlükə tamamilə sovuşmadığına görə Azərbaycan ehtiyatı əldən vermir və əhalinin faciələrlə üzləşməməsi üçün ayıq-sayıqlığını qoruyur, lazımi tədbirləri qüvvədə saxlayır. Əlbəttə, ölkəmiz real olan ikinci dalğa təhlükəsini də dəf etmək üçün bütün resursları səfərbər edir.

Bu gün çox aqressiv şəkil alan virusun ikinci dalğasının gözləndiyi bir vaxtda Azərbaycanda da əsas məqsəd son aylar pandemiya ilə mübarizədə əldə olunmuş nəticələri və müsbət dinamikanı qoruyub saxlamaqdır. Bunun üçün heç kim arxayınlaşmamalı, yumşaldılmış karantin şərtləri təhlükənin artıq dəf olunması anlamına gəlməməlidir.

Bilirik ki, hər zaman Azərbaycan dövləti, eləcə də ekspertlər, mütəxəssislər virusa qalib gəlməyin yeganə yolunun məsuliyyətli davranmaq, karantin qaydalarına, şəxsi gigiyenaya riayət etmək olduğunu bildiriblər. Heç şübhəsiz ki, biz nə qədər həmrəy olub, həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər sağlamlığımızı və təhlükəsizliyimizi etibarlı təmin edə bilərik.

“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, tanınmış sosioloq Əhməd Abasbəylinin fikrincə, əldə olunan müsbət dinamikanı böyük səylə qorusaq və onu itirməsək, virusun növbəti dalğasından az itki ilə çıxa bilərik. “Avropa və Amerika ölkələrində hazırda vəziyyət çox acınacaqlıdır. Yumşaldılma prosesinə erkən başlanması, iş yerlərinin, iri müəssisə və şirkətlərin vaxtından əvvəl açılması, karantin məhdudiyyətlərinin ləğv edilməsi bu ölkələri çox böyük təhlükə, risq altında qoyub. Payızda virusun yeni və daha dəhşətli dalğası gözlənir, bununla yanaşı, havalar soyuduqdan sonra digər virus mənşəli xəstəliklər də meydana çıxacaq.

Azərbaycanda isə sərt karantin rejimi birdən-birə deyil, tədricən, mərhələli şəkildə yumşaldılır. Bu gün iri müəssisələr, mollar açılmayıb. Bu çox düzgün qərardır. Düzdür, iş yerlərinin bağlanması nəticəsində dövlət büdcəsinin üzərinə böyük yük düşdü, iqtisadiyyatımız çətinliklə üzləşdi, amma nəticədə əhalimizin sağlamlığını qorumağa nail olduq. Bizim itkilərimiz başqa ölkələrlə müqayisədə az olub. Avropa və Amerika ölkələrindən fərqli olaraq, bizim ölkədə sərt karantin rejimi davam etdiyinə görə yoluxma sayı günü-gündən aşağı düşür. Amma yenə də karantinin yumşaldılması məsələsi ortada var. Karantin yumşaldılandan sonra qaydalara əməl olunmasa, eyni vəziyyəti biz də yaşaya bilərik. Azərbaycanda məktəblərin, eləcə də iri ticarət mərkəzlərinin, restoran və şadlıq evlərinin açılması hələ tezdir. Hesab edirəm ki, 2020-nin sonuna qədər məktəblər açılmamalıdır, əks təqdirdə biz 100-200 min şagirdin yoluxması risqi ilə üzləşə bilərik. Karantin rejiminin bəzən bir qədər də sərtləşdirilməsinə ehtiyac var, karantindən tez çıxsaq, bizi də Avropa və Amerika ölkələrinin taleyi gözləyə bilər. Təbii ki, karantin qaydaları yumşaldılandan sonra insanlar gedib restoranlarda  otursalar, sosial məsafə saxlamasalar, yenidən yoluxma ehtimalı ola bilər” - deyə Ə. Abasbəyli vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ