18/09/2020 11:28
728 x 90

EPAC və EACN təşkilatlarının birgə bülletenində Azərbaycanın pandemiya ilə mübarizə tədbirlərinə yüksək qiymət...

img

Azərbaycan Raspublikasının rəhbərliyi, habelə höküməti və aidiyyəti dövlət qurumları tərəfindən pandemiya dövründə risqlərin düzgün qiymətləndirilməsi nəticəsində həyata keçirilmiş qabaqlayıcı tədbirlər yüksək qiymətləndirilir.

Belə ki, Azərbaycan Respublikası Prokurorluğunun da üzvü olduğu Avropa ölkələrinin prokurorluq və antikorrupsiya qurumlarının Korrupsiyaya qarşı mübarizə əməkdaşlığı təşkilatı tərəfindən həmin təşkilata üzv olan Avropa ölkələrinin hökümətləri və müvafiq dövlət qurumları tərəfindən pandemiya dövründə həyata keçirilən qabaqlayıcı və inzibati tədbirlər təhlil edilib və bu barədə məlumat EPAC və EACN təşkilatlarının birgə bülletenində dərc edilib.

Müsbət haldır ki, Azərbaycan Respublikasında bu sahədə vaxtında həyata keçirilmiş operativ tədbirlər nəticəsində əhalinin sosial və digər maraqlarının nəzərə alınması və onların təmin edilməsi üçün müvafiq addımların atılması barədə də məlumat Bülletendə öz əksini tapıb. O cümlədən qeyd edilib ki, əhaliyə göstərilmiş maddi yardım, həmçinin vətəndaşların sağlamlığının  qorunması üçün əlçatan və keyfiyyətli tibbi yardım göstərilib, bu məqsədlə yeni modul tipli xəstəxanalar tikilərək istifadəyə verilib.

Həmçinin, COVİD-19 pandemiyasının yaratdığı bütün çətinliklərə baxmayaraq, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən vətəndaşlardan daxil olan ərizə və şikayətlərin araşdırılaraq qanuni tədbirlərin görülməsi, habelə koronavirusa qarşı həyata keçirilmiş səmərəli inzibati tədbirlər də xüsusilə vurğulanıb. 

Son xəbərlər