19/09/2020 21:59
728 x 90

Milli Məclisdə uşaq pulu məsələsi müzakirə olunub

img

Uşaq pulu ilə bağlı məsələ hökumətdə müzakirə edilib. Bu gün vətəndaşlara 20-yə yaxın sosial müavinət verilir. Bunlardan 9-u uşaqların sosial müdafiəsi ilə bağlıdır. “Trend”in məlumatına görə, bunu Milli Məclisin avqustun 6-da keçirilən növbədənkənar iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, sovet vaxtından qalan uşaq plunun məbləği o qədər az idi ki, onun heç verilməməsi ondan yaxşı idi:"Bu gün uşaq pulu üçün ayrılan vəsaiti ünvanlı şəkildə ehtiyacı olan ailəyə vermək daha məqsədəuyğundur. Uşaq pulu müavinətinə yalnız ünvanlılıq prinsipi əsasında qayıda bilərik. Yəni yalnız ehtiyacı olan ailələrin uşaqlarına uşaq pulu verə bilərik. Komitəyə deputatlar gəlsin, işçi qrupu yaradaq, konkret təkliflər hazırlayaq. Bunun büdcəyə yükünü hesablayaq və hökumətə konkret təkliflərlə çıxaq”.

 “Bundan əvvəl uşaqpulu hamıya verilirdi. Ancaq uşaqpulunun məbləği olduqca aşağı idi”. Bunu isə Milli Məclisin növbədənkənar iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Nazir müavini bildirib ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qəbul olunduğuna görə uşaqpulu ünvanlı şəkildə aztəminatlı ailələrə verilir: "Bu gün 84 minə yaxın ailə ünvanlı yardım alır”.

Son xəbərlər