Cümə günü, 13 noyabr 2026
     

“Elmi iş” jurnalı elmi nəşrlər sırasına niyə daxil edilmir - Baş redaktorun öz izahları…

Image


Yerli və beynəlxalq elmi ictimaiyyətdə yaxşı tanınan, qəbul edilən və 2007-ci ildən Mübariz Binnətoğlunun baş redaktorluğu ilə nəşrə başlayan “Elmi iş” beynəlxalq elmi jurnalı dünyanın bir sıra nüfuzlu təşkilatlarından indekslər alsa da, dəfələrlə edilən müraciətlərə baxmayaraq, indiyə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından indeks ala bilməyib.

“Elmi iş” jurnalının baş redaktoru Mübariz Binnətoğlu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, jurnal 2007-ci ildən beynəlxalq elmi jurnal kimi Ədliyyə Nazirliyində qeydiyyata alınıb və həmin dövrün tələblərinə uyğun fəaliyyətə başlayıb, 2014-cü ilə qədər jurnalın 38 nömrəsi çap olunub: “Həmin vaxtda Ədliyyə Nazirliyinin qeydiyyatı ilə fəaliyyət göstərdik. Biz, həmçinin, dəfələrlə Ali Attestasiya Komissiyasına müraciət etdik, qurumun müvafiq əməkdaşları ilə telefon söhbətlərimiz oldu, lakin jurnalımız AAK tərəfindən qeydiyyata alınmadı. Sonra biz jurnalın fəaliyyətini müvəqqəti olaraq dayandırdıq. 2018-ci ilin dekabr ayından başlayaraq indiyə qədər fəaliyyətimizi davam etdiririk. Təkrar fəaliyyətə başlayanda yenidən AAK-a rəsmi müraciət etdik. Eyni zamanda, bununla paralel olaraq beynəlxalq elmi jurnalların qeydiyyat bazalarına, indeks mərkəzlərinə də müraciət etməli olduq. Bununla yanaşı, biz Fransada yerləşən ISSN təşkilatına müraciət etdik və “Elmi iş” jurnalını orada qeydiyyatdan keçirdik və jurnala ISSN 2663-4619 qeydiyyat nömrəsi verildi. Müraciət etdiyimiz digər beynəlxalq indeks mərkəzlərinin bir neçəsi jurnalı qeydiyyata alıb, amma bəziləri bizə müsbət cavab veriblər, amma jurnalın  qeydiyyata alınmasının təsdiqini göndərməyiblər.

2019-cu ilin aprel ayında üzv olmaq üçün Mətbuat Şurasına müraciət etdik, qısa bir müddət ərzində bizi Mətbuat Şurasının üzvlüyünə qəbul etdilər. Həmçinin, İngiltərədə yerləşən “Crossref” Beynəlxalq Müəllif Hüquqları Agentliyi jurnalın fəaliyyətinə baxış keçirib qeydiyyatdan keçirdi və bizə beynəlxalq müəllif hüquqları kodu verdi. Dünyanın 5 qitəsində “doi10.36719 müəllif hüququ kodu bizə məxsusdur.  Bunu alandan sonra biz yenidən müxtəlif beynəlxalq indeks mərkəzlərinə müraciət etməklə paralel olaraq, hər ay rəsmi olaraq poçt vasitəsilə jurnalın yeni saylarını AAK-a göndərdik, eyni zamanda, quruma yenidən məktubla müraciət etdik. 2019-cu il ərzində AAK-a üç rəsmi müraciətimiz olub. Lakin qurum tərəfindən bizə nə bir tövsiyə verildi, nə də bir münasibət göstərildi. 2019-cu ilin sonlarında biz yenidən AAK-a növbəti dəfə müraciət etdikdən sonra qurumun hüquqşünası Mübariz Məmmədli bizimlə telefon vasitəsilə əlaqə saxladı. O, məni AAK-a dəvət etdi və mən də bütün tələb olunan sənədləri götürüb ora getdim. Mübariz müəllim məni qəbul etdi və bildirdi ki, sizin jurnalınız AAK-ın bütün tələblərinə tam uyğundur. Jurnalın yer aldığı indeks bazalarına baxıb dedi ki, heç bizim daxildə olan elmi jurnallar belə indeks bazalarında yer tutmayıblar. Bir məsələni də qeyd edim ki, 2019-cu ilin iyun ayında Prezident elmi məqalələrin əsas çap ünvanının indeksləşmiş jurnallarda olmasına dair sərəncam imzaladı. Hazırda  “Elmi iş” jurnalı dünyanın 6 indeks bazasında yer tutur. Jurnalın sənədlərinin AAK tərəfindən qəbul edilməsinə baxmayaraq, 2020-ci ilin siyahısı açıqlandı, lakin həmin siyahıda yenə də “Elmi iş” jurnalının adı olmadı. Bundan əvvəl müraciət edəndə AAK-ın ümumi şöbəsindən mənimlə danışan bir nəfər bildirdi ki, sizin jurnala filologiya bölməsində baxış keçirilib və müsbət rəy yazılıb, siyahıya qəbul olunacaq. Buna baxmayaraq, “Elmi iş” jurnalının adını siyahıda görə bilmədik. Dünyada beynəlxalq elmi jurnallar haqqında bir tələb də var ki, İMPACT FACTOR-u hesablanır ( elmi jurnallardan istifadə olunan mənbələrin nəticəsi). Orada bal məsələsi var.  1200 İMPACT FACTOR-u keçirsənsə beynəlxalq aləmdə həmin jurnal İMPACT FACTOR-lu jurnal kimi fəaliyyət göstərir. Bu günlərdə rəsmi olaraq beynəlxalq indeks bazasından “Fresh Ideas for Growing your Citations”sertifikatnı da aldıq. Bizim jurnal artıq İMPACT FACTOR-lu jurnaldır”.

Yerli və beynəlxalq elmi ictimaiyyət tərəfindən jurnala kütləvi müraciətlərin olduğunu deyən M.Binnətoğlunun sözlərinə görə, buna baxmayaraq, hələ də AAK jurnalı qeydiyyata almayıb.

“Bizə müraciət edənlər deyirlər ki, AAK-ın siyahısına baxırıq, amma sizin jurnal bu qurumun siyahısında yoxdur. Dünyanın nüfuzlu təşkilatları fəaliyyətimizi yoxlayıb jurnalı qeydiyyata alsalar da, təəssüflər olsun ki, AAK “Elmi iş” jurnalını qeydiyyata almır. AAK tərəfindən jurnalın qeydiyyata alınmaması ilə bağlı səbəb açıqlanmır. Bizə hər hansı bir tövsiyələri yoxdur. Biz bilmirik ki, jurnalda hansı çatışmazlıq var və biz bunu aradan qaldıraq. Amma heç bir reaksiya yoxdur, bu da bizi ciddi narahat edir.

Dünyanı bürümüş pandemiya dövründə bizim jurnalımız fəaliyyətini dayandırmayıb, hər ay davamlı olaraq nəşr olunur” - deyə müsahibimiz bildirdi.

“Elmi iş” jurnalının redaksiya heyətində Azərbaycanla yanaşı, dünyanın bir sıra nüfuzlu alimlərinin də yer aldığını bildirən M.Binnətoğlunun sözlərinə görə, jurnal onlayn variantda 4 dildə - Azərbaycan, türk, ingilis və rus dillərində təqdim edilir.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ