18/09/2020 21:57
728 x 90

Çinli həkimlərin gəlişi azərbaycanlı həkimlərdə peşəkar qürur hissini daha da gücləndirib…

Adil Qeybulla: “Koronavirusla mübarizədə 30 həkimimiz dünyasını dəyişib, çinlilərin bura gəlməsi...”

img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha verdiyi göstərişə uyğun olaraq, yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə daha bir qrup əcnəbi tibb mütəxəssisi Azərbaycana dəvət edilib.

Azərbaycan koronavirusla mübarizə çərçivəsində beynəlxalq əməkdaşlığı davam etdirir.

Məlumat üçün bildirək ki, bu günə qədər koronavirusla mübarizə məqsədilə ölkəmizdə bir sıra ölkələrdən - Rusiya, Çin, İtaliya, Kubadan həkimlər koronavirusla mübarizə çərçivəsində Azərbaycana gəliblər.

Bu günlərdə isə Çinin Uhan şəhərində fəaliyyət göstərmiş ekspert qrupu koronavirusla mübarizə çərçivəsində Azərbaycana gəlib. Qeyd edək ki, onlar özləri ilə birgə bəzi tibbi cihaz və avadanlıqlar da gətiriblər. Avqustun 5-dən etibarən 15 gün müddətində həkimlərimizlə bərabər çalışmağa başlayacaqlar. Çinin Uhan şəhərində fəaliyyıt göstərmiş həkimlərin ölkəmizə gəlməsi yerli həkimlər tərəfindən xoş qarşılanmır.

  • “Öz həkimlərimizin lazımi səviyyədə bacarığı, səriştəsi var axı, bu qədər xəstəni kim sağaldıb?!”

Professor, həkim-ekspert Adil Qeybulla qeyd etdi ki, Çin həkimləri ilə birgə əməkdaşlığı lazımsız hesab edir: “Mən bunu ciddi qəbul etmirəm. Öz həkimlərimizin lazımi səviyyədə bacarığı, səriştəsi var axı. Amma bizim təkliflərimiz, dediklərimiz nəzərə alınmır. Bu qədər xəstəni kim sağaldıb?! Koronavirusla mübarizədə 30 həkimimiz dünyasını dəyişib. Çinlilərin bura gəlməsi onların ruhuna sayğısızlıqdır. Maraqlıdır, virusun ilk yayıldığı yerdən həkimlərin vətənimizə gətirilməsində nə məqsəd güdülür?! Bilmirəm. Bildiyim odur ki, səhiyyəsi kifayət qədər inkişaf edən ABŞ-da koronavirus tüğyan edir. İndi amerikalı həkim gəlib Azərbaycanda nə edə bilər axı?!”.

Həmsöhbətimizin dediyindən belə aydın oldu ki, virusun ilk yayıldığı yerdən həkim gətirilməsi düzgün deyil.

Günel CƏLİLOVA

Son xəbərlər