19/09/2020 23:18
728 x 90

Azərbaycanda COVİD-19 xəstələri üçün ayrılmış xəstəxanaların sayı 46-ya çatdı

img

Koronavirusun payız aylarında digər respirator virus infeksiyaları ilə birlikdə gedişatı problemlərə səbəb ola bilər. Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri bütün dünya ölkələrinə payız aylarına hazırlıqla bağlı tövsiyələr verir: “Dünya ölkələri bu hazırlıq işlərini görürülər. Çünki xəstəliyin gedişatını əvvəlcədən proqnozlaşdırmaq çox çətindir. Virusun gələcəkdə hansısa formada mutasiyaya uğrama ehtimalı, bu virusun payız aylarında digər respirator virus infeksiyaları ilə birlikdə gedişatı problemlərə səbəb ola və səhiyyə müəssisələrinin üzərinə düşən yükü artıra bilər”

R.Bayramlı qeyd edib ki, hazırda İtaliya və Çindən gələn nümyəndələrlə birlikdə gələcək planlar üzrərində iş aparılır.

10 modul tipli xəstəxananın hamısının istifadəyə verilməsinə baxmayaraq, onun ancaq 5-nin istifadə edildiyini deyən Ramin Bayramlının sözlərinə görə, iyun-iyul aylarında bəzi günlərdə Bakıdakı COVİD xəstəxanalarında doluluq səviyyəsi 80-85 faizə çatdı, amma regionlarda doluluq səviyyəsi 30 faiz olub. Əlavə çarpayıların ayrılması hesabına biz ehtiyatlarımızın hamısını istifadə etməmişik”.

TƏBİB sədri əlavə edib ki, Abşeron və Hövsan Olimpiya İdman Komplekslərinin nəzdində koronavirus xəstələrinin müalicəsi üçün müvəqqəti olaraq, tibb müəssisələri yaradılıb. Bu tibb müəssisələri əvvəlcədən hazırlanmış layihə çərçivəsində yaradılıb.

Qeyd edək ki, bu gün həmin tibb müəssisələrinin açılışı keçirilib.

Koronavirus xəstələrinin müalicəsi üçün xəstəxanalarda əlavə çarpayıların ayrılması hesabına yerlərlə bağlı ehtiyatların hamısının istifadə edilmədiyini bildirən Ramin Bayramlı Azərbaycanda koronavirusla mübarizə istiqamətində görülən işlərin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüsək qiymətləndirildiyini xatırladarq, COVİD-19 xəstələri üçün ayrılmış xəstəxanaların sayının 46-ya çatdırıldığını deyib. Onların arasında hər biri 200 çarpayı olmaqla, 10 modul tipli xəstəxana var.

Son xəbərlər