19/09/2020 22:47
728 x 90

Salyanda özəl pandemik durum - rayon xüsusi sərtləşdirilmiş rejimə nələrə görə qayıtdı...

İlqar Hüseynli: “Hələ də bəzi insanlar prosesin ciddiliyini tam anlamırlar”

img

Məlum olduğu kimi, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonların siyahısı genişləndirilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, siyahıya Salyan rayonu yenidən daxil edilib.

Beləliklə, COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla, 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq: Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları.

Qeyd etdiyimiz kimi, sərt karantin rejiminə yeni  əlavə olunan bölgələrdən biri də Salyandır. Salyanın nə səbəbdən sərt karantin rejimi siyahısına daxil olduğunu öyrənmək üçün mütəxəssislərə müraciət etdik.

  • “Rayonun sərt  karantin rejimi siyahısına daxil edilməsinin səbəbi virusa yoluxanlar arasında...

Sosial sahə üzrə ekspert İlqar Hüseynli qeyd etdi ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, avqustun 5-dən etibarən Salyan rayonuna da sərt karantin rejimi tətbiq edildi: “Rayonun sərt  karantin rejimi siyahısına daxil edilməsinin səbəbi virusa yoluxanlar arasında qeyd olunan bölgədən olan vətəndaşların üstünlük təşkil etməsidir. Təəssüf hissi ilə qeyd edim ki, hələ də bəzi insanlar prosesin ciddiliyini tam anlamırlar. Hələ də küçədə çoxlu sayda gəzən insan var. Elə buna görə Salyan rayonunda da sərt karantin rejimi tətbiq edildi”.

Həmsöhbətimiz hesab edir ki,Salyan və digər bölgələrin vətəndaşları  karantin qaydalarına əməl edərlərsə, həmin ərazidə virusa yoluxma sayı azalar. Virusa yoluxanların sayının azalması karantin rejiminin ləğv olunmasına səbəb olacaq. Bu səbəbdən hər kəs sadə qaydalara əməl edərsə, karantin rejimi qısa müddətdə ləğv olunar.

Günel CƏLİLOVA

Son xəbərlər