19/09/2020 22:26
728 x 90

Azərbaycanın daha iki rayonu koronavirusdan tam azad - Şəki və…

Leyla Bayramlı: “Bu da onu göstərir ki, həmin rayonların əhalisi dövlətin müfaviq qurumlarının qəbul etdiyi qərarlara daha məsuliyyətlə riayət edib”

img

Azərbaycan dövləti tərəfindən həyata keçirilən koronavirus pandemiyası ilə mübarizə tədbirləri müsbət nəticələr verməkdədir. Artıq sərt karantin rejimi elan edilən şəhər və rayonların bir neçəsi siyahıdan çıxarılıb. Samux və Lənkəran şəhərlərindən sonra indi də Şəki və Siyəzən siyahıdan çıxarılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan mətbuata verilən məlumata görə, 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında davam edəcək.

Qeyd edilənə görə, avqustun 5-dən etibarən Şəki və Siyəzən rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmur.

  • “Sərt karantin rejimi tətbiq edilən rayon və şəhərlərin siyahısından çıxarılan rayonların əhalisində arxayınçılıq yaranmamalı, onlar...”

Tanınmış həkim-terapevt Leyla Bayramlının sözlərinə görə, bütün bunlara Azərbaycanda koronavirusla olduqca mütəşəkkil mübarizə aparılması nəticəsində nail olunub. L.Bayramlının sözlərinə görə, son bir-iki həftə ərzində ölkəmizdə virusa yoluxan xəstələrin azalması onu göstərir ki, mübarizə artıq effekt verir. “Bilirik ki, bundan bir neçə ay əvvəl koronavirusun daha geniş yayıldığı Lənkəran və Samuxda sərt karantin rejimi aradan qaldırıldı. Bu ona görə baş verdi ki, həmin rayonlarda artıq koronavirus yoxdur. İndi isə Şəki və Siyəzən rayonlarında sərt karantin rejimi tətbiq edilmir. Bu da onu göstərir ki, həmin rayonların əhalisi dövlətin müfaviq qurumlarının qəbul etdiyi qərarlara daha məsuliyyətlə riayət edib. Koronavirusun tamamilə məhv edilməsinin əsas prinsiplərindən biri vətəndaş məsuliyyəti ilə bağlıdır. Hansı rayonda ki, əhali maska taxır, sosial məsafə gözləyir, sanitar-gigiyena qaydalarına ciddi əməl edir, həmin rayonlarda virusa yoluxma halları aradan çıxır. Hesab edirəm ki, sərt karantin rejimi tətbiq edilən rayon və şəhərlərin siyahısından çıxarılan rayonların əhalisində arxayınçılıq yaranmamalı, onlar, bir qayda olaraq, yenə də maska taxmalı, sosial məsafə saxlamalı və gigiyena qaydalarına əməl etməlidirlər. Çünki hələ koronavirusun kökü kəsilməyib. Dövlət bu istiqamətdə lazımi tədbirləri davam etdirir”.

L.Bayramlının sözlərinə görə, bu gün Azərbaycan dövləti bütün səylərini koronavirusla mübarizəyə yönəldib və görülən tədbirlər və əhalinin məsuliyyətli davranışı nəticəsində iki rayonumuz da virusla vidalaşıb.

İradə SARIYEVA 

Son xəbərlər