19/09/2020 22:58
728 x 90

Koronavirusla əlaqəli Azərbaycanda başlanmış “seroloji tədqiqatların” əhəmiyyəti...

Adil Qeybulla: “Bu daha dəqiq müayinə üsulu sayılır”

img

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilən COVID-19 bütün dünyada böyük faciələr törətdi.

Qeyd edilənə görə, koronavirusun araşdırılması üçün üç əsas metod mövcuddur. Onlardan biri 2020-ci ilin yanvar ayında Almaniyada hazırlanan polimeraza zəncirvari reaksiya (PCR) metodu, ikincisi, koronavirus ilə ağciyərlərdə tez-tez meydana gələn "yer şüşəsinin" buludluğunu aşkar etmək üçün sinənin kompyuter tomoqrafiyası, üçüncüsü isə seroloji tədqiqatlardır.

Biz Azərbaycanda da həyata keçirilməyə başlanan seroloji tədqiqatların əhəmiyyətini araşdırmaq istədik.

Beynəlxalq təlimatlarda qeyd edilir ki, seroloji test koronavirusun müalicəsi üçün vacibdir. Müalicə üsullarından biri artıq xəstə olan şəxslərin qan plazması transfüzyonu ola bilər.

Koronavirusla mübarizədə seroloji tədqiqatların əhəmiyyəti nədir?

  • “Bu, xəstəliyin kəskin xroniki dövrdə olmasını müəyyən etmək üçün istifadə olunur”

Tanınmış tibb mütəxəssisi, professor Adil Qeybulla bizimlə söhbətində bildirdi ki, hazırda ayrı-ayrı infeksiyaların müayinəsində müxtəlif metodlar həyata keçirilir. “Onlardan biri ekspress kart testlərdir. Bu kartlar həm ekspress, həm də qeyri-ekspress olur. Seroloji müayinələr immunafermetn analizlərdir. Seroloji müayinə qanda titrlərin təyin edilməsidir. Yəni qan seronunda olan müayinə üsulları demədir. Bu, koronavirus premenində imunavloberlərin təyinidir. Bu, xəstəliyin kəskin xroniki dövrdə olmasını müəyyən etmək üçün istifadə olunur. Təbii ki, bu daha dəqiq müayinə üsulu sayılır və virusun tapılaraq invendikasiya olunmasına şərait yaradır. İnsanlarda virus olub-olmaması barədə bunun əsasında konkret məlumat əldə etmək olur. Çünki başqa analizlərdə daha çox səhvlərə yol verilə bilir. Yəni bunların dəqiqlik, spesifik göstəriciləri 50 faiz civarındadırsa, onun dəqiqlik göstəriciləri təxminən 95 faiz civarındadır” - deyə bildirən A.Qeybulla hesab edir ki, seroloji tədqiqatların aparılmasının əhəmiyyəti böyükdür.

İradə SARIYEVA  

Son xəbərlər