Azərbaycanda heç bir sosial layihənin icrası təxirə salınmayıb. “Trend”in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin avqustun 4-də keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, məşğulluq tədbirləri uğurla həyata keçirilir. Ehtiyacı olan şəxslərin mənzillərlə və avtomobillərlə təmin olunması da tam həyata keçiriləcək: “Bu sahədə olan proqramlar tam həcmdə həyata keçiriləcək. Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq”.