Cümə günü, 13 noyabr 2026
     

SMS icazə ləğv edildi, çimərliklərin fəaliyyətinə icazə verildi… Toy mərasimləri, metro, ticarət və əyləncə mərkəzləri ilə bağlı qərar dəyişmədi - YENİLƏNDİ

Image


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirib.

Trend-in məlumatına görə, brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev jurnalistləri maraqlandıran suallara cavab verir.

  • Hikmət Hacıyev: “Cənub-Şərqi Asiya ölkələrində artıq 3-cü dalğa müşahidə olunur”

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, dünya ölkələrinin təcrübəsi göstərir ki, yumşaldılmalara getdikcə alovlanmalar baş verir. Cənub-Şərqi Asiya ölkələrində artıq 3-cü dalğa müşahidə olunur. Bəzi ölkələrdə yenidən sərhədlər bağlanır.

Onun sözlərinə görə, ölkədə vəziyyət nəzarətdə saxlanılır və müsbət dinamika müşahidə olunur: "Ölkəmizdə olan müsbət dinamikanın saxlanılması üçün fərdi və ictimai məsuliyyətin saxlanılması vacibdir.

Virusa yoluxanların sayının azaldılması, özünüzü və yaxınlarınızı virusa yoluxmadan maksimum qorumaq üçün mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə, tibbi-profilaktik qaydalara riayət etməyə, ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməyə, sosial məsafəni saxlamağa, qoruyucu maskalardan istifadəyə çağırırıq".

  • Regionlara gediş-gəlişin açılması müzakirə olunur

H.Hacıyev bildirib ki, Azərbaycanda epidemioloji vəziyyət nəzərə alınaraq regionlara gediş-gəlişin açılması məsələsi müzakirə olunur.

O qeyd edib ki, Bakıda koronavirusa yoluxma tendensiyasi var: “Hazırda regionlara gediş-gəlişin açılması regionlarda virusun yayılmasına səbəb ola bilər. Bu baxımdan, epidemioloji vəziyyət nəzərə alınaraq regionlara gediş-gəlişin açılması məsələsinə baxılacaq”.

  • İtaliyalı mütəxəssislər Azərbaycanda...

İtaliyalı mütəxəssislərin koronavirusla mübarizə çərçivəsində Azərbaycana gəldiyini deyən H.Hacıyev qeyd edib ki, italiyalı mütəxəssislər pandemiya ilə mübarizədə öz təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşəcəklər: “Azərbaycan mütəxəssisləri də bu sahədə qazandıqları təcrübələrini bölüşəcəklər”.

Prezidentin köməkçisi əlavə edib ki, Çinin Uhan şəhərində fəaliyyət göstərmiş ekspert qrupunun da bu günlərdə Azərbaycana gəlməsi nəzərdə tutulur.

  • Dünyada vaksinlərin tapılması məsələsi diqqət mərkəzində saxlanılır

Prezidentin köməkçisi deyib ki, dünyada vaksinlərin tapılması məsələsi Azərbaycan tərəfindən diqqət mərkəzində saxlanılır. H.Hacıyev bildirib ki, vaksin istehsal edən şirkətlərlə işgüzar əlaqələr saxlanılır.

O qeyd edib ki, özünü tam doğrultmuş və alt nəticələrə yol verməyən vaksinlərin istehsalı diqqətdə saxlanılır və bununla bağlı araşdırmalar aparılır.

  • Çinin Uhan şəhərindən olan həkimlər Azərbaycana gəlir

Çinin Uhan şəhərində fəaliyyət göstərmiş ekspert qrupunun koronavirusla mübarizə çərçivəsində bu günlərdə Azərbaycana gəlməsinin nəzərdə tutulduğunu deyən H.Hacıyev bildirib ki, Azərbaycan koronavirusla mübarizə çərçivəsində beynəlxalq əməkdaşlığı davam etdirir.

O qeyd edib ki, artıq Rusiyadan, Çindən, İtaliyadan, Kubadan həkimlər koronavirusla mübarizə çərçivəsində Azərbaycana gəliblər.

  • Hikmət Hacıyev vətəndaşları xaricə səfər etməkdən çəkinməyə çağırdı

H.Hacıyev deyib ki, Azərbaycanla xarici ölkələr arasında aviareyslərin artırılması nəzərdə tutulur. H.Hacıyev bildirib ki, burada məqsəd xaricdə olan vətəndaşlarımızın ölkəyə gəlməsini asanlaşdırmaqdır.

Dövlət rəsmisi eyni zamanda vətəndaşları xarici ölkələrə getməkdən çəkinməyə çağırıb: “Zəruri hallar istisna olmaqla xarici ölkələrə səfərlərdən çəkinmək lazımdır”.

  • Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən BMT-nin xüsusi sessiyası 5-6 ay, hətta bir il davam edə bilər

“Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT-nin koronavirusla mübarizəyə həsr olunmuş xüsusi sessiyası artıq başlayıb” - deyən H.Hacıyev bildirib ki, bu istiqamətdə BMT Baş Assambleyası tərəfindən müfaviq addımlar atılır.

O qeyd edib ki, sessiyanın gündəliyi müəyyən olunub. BMT-nin xüsusi sessiyası 5-6 ay, hətta bir il davam edə bilər.

  • Metro və “Mall”ların açılması koronavirusun artmasına səbəb ola bilər

H.Hacıyev deyib ki, Bakı Metropoliteninin fəaliyyətə başlaması koronavirusun geniş yayılmasına səbəb ola bilər. H.Hacıyev bildirib ki, metronun açılması məsələsi ekspertlər tərəfindən müzakirə olunur: “Ekspertlərin rəyinə görə, metronun havalandırma sistemi ümumi olduğu üçün virus daha sürətlə yayıla bilər. Bu səbəbdən metropolitenin açılması hələ ki, məqsədəuyğun hesab edilmir”.

Dövlət rəsmisi qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi qarşısında tapşırıq qoyulub ki, günün pik saatlarında avtobusların sayı artırılsın.

H.Hacıyev əlavə edib ki, "Mall"ların və ticarət mərkəzlərinin də açılması virusun yayılmasına səbəb ola bilər: "Mall"larda və iri ticarət mərkəzlərində qapalı məkanda çoxlu sayda insanlar toplaşdığı üçün virusun yayılma sürəti arta bilər".

  • Koronavirusa görə iqtisadi və sosial dəstəklə bağlı yeni təkliflər müzakirə edilir

Prezidentin köməkçisi qeyd edib ki, koronavirusa görə iqtisadi və sosial dəstəklə bağlı yeni təkliflər müzakirə edilir.

H.Hacıyev bildirib ki, iqtisadi paketlə əlaqədar Nazirlər Kabinetinə yeni təkliflər verilib.

Onun sözlərinə görə, sosial paketlərlə bağlı da müzakirələr davam etdirilir.

  • Orta məktəblərin açılması məsələsinə baxılır

H.Hacıyev qeyd edib ki, Təhsil Nazirliyi qarşısında tapşırıq qoyulub. Müvafiq qurumlarla birgə orta məktəblərin yeni tədris ilində açılması məsələsi müzakirə olunur.

H.Hacıyev bildirib ki, burada digər ölkələrin də təcrübəsi nəzərə alınacaq. O qeyd edib ki, bununla bağlı hazırlanacaq təkliflərə baxılacaq.

  • Toy mərasimlərinin bərpası koronavirusun artmasına səbəb ola bilər

“Azərbaycanda toy mərasimlərinin bərpa edilməsi koronavirus infeksiyasının artmasına səbəb ola bilər” – deyən H.Hacıyev bildirib ki, toy Azərbaycan mədəniyyətinin bir tərkib hissəsidir və Azərbaycan xalqının ənənəsidir: “Lakin nəzərə almaq lazımdır ki, toy mərasimləri zamanı 100-200 və daha çox insanın qapalı məkanda bir araya gəlməsi və yaxın təmasda olması virusun yayılmasına səbəb ola bilər. Digər ölkələrdə yumşalmalardan sonra virusun yenidən alovlanması baş verir. Ona görə də biz təmkinli olmalı və əldə olunmuş nailiyyətləri davam etdirməliyik”.

  • Bu günədək 30 milyon SMS icazə yoxlanılıb

Avqustun 5-dən etibarən SMS icazə ləğv olunur. 21 iyun tarixindən bu günədək 700 minədək SMS icazə alınıb. Ümumilikdə isə bu günədək 30 milyon SMS yoxlanılıb. Bunu isə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, mövcud vəziyyət çimərliklərdən istifadəyə imkan verir: "Montiqorinq qrupları müəyyən edilib və pandemiya şəraitinə uyğun gələn çimərliklər vahid reysterə salınıb. "Cimerlik.az" saytı vasitəsilə insanlar istədikləri çimərliklərə gedə biləcəklər. Çimərliyə getmək üçün xüsusi icazə yoxdur. İstənilən şəxs çimərliyə gedə bilər. Bu portal hər hansı icazə almaq üçün nəzərdə tutulmayıb. Bu sayt sadəcə sizə çimərliklərin tutumu və digər özəllikləri ilə bağlı məlumat verəcək".

  • Çimərliklərə getmək üçün xüsusi icazəyə ehtiyac olmayacaq

Ü.Mehdiyev deyib ki, çimərliyə getmək üçün xüsusi icazəyə ehtiyac yoxdur, "Cimerlik.az" portalı sadəcə çimərliklərdəki mövcud vəziyyəti öyrənmək üçün yaradılıb. Onun sözlərinə görə, doluluq səviyyəsinə əsasən, çimərliklər yaşıl, sarı, qırmızı rənglərdə olacaq. Əgər çimərlik dolu olarsa, vətəndaş bunu əvvəlcədən biləcək. Bu çimərliklər pandemiya tələblərinə uyğun olaraq fəaliyyət göstərirlər: "Əgər bir çimərliyin tutumu 500 nəfərlikdirsə, 501-ci adam çimərliyə buraxılmayacaq və digər çimərliyə getməsi xahiş olunacaq".

  • Çimərliklərin iş qrafiki...

Ü.Mehdiyev bildirib ki, "Cimerlik.az" portalına 100-dən çox çimərliyin məlumatları əlavə olunub. Onun sözlərinə görə, həmin çimərliklərin hər biri barəsində vətəndaşlar məlumat ala biləcəklər. Çimərliklər səhər saat 09.00-dan axşam 20.00-dək fəaliyyət göstərəcək: "Çimərliklərdə könüllü qruplar fəaliyyət göstərəcək. Vətəndaşlardan xahiş olunur ki, çimərliklərdə hər hansı qayda pozuntusu aşkar edərlərsə, könüllülərə məlumat versinlər".

  • Çimərliklərin pandemiya tələblərinə uyğun maksimum tutum sayı müəyyən edilib

“Çimərliklərin pandemiya tələblərinə uyğun maksimum tutum sayı müəyyən edilib” – deyən Ü.Mehdiyevin sözlərinə görə, "cimerlik.az" saytın yaradılmasında məqsəd odur ki, insanlar çimərliyə getməzdən əvvəl daha az adamın olduğu çimərliklər barədə məlumat ala bilsinlər: "Fövqəladə Hallar Nazirliyi tərəfindən qadağan olunmuş yerlər var ki, orada çimmək qadağandır, bu, hər il belə olub. Çimərlik kimi istifadə oluna biləcək yerlərin məlumatları sayta daxil edilib. Vətəndaş çimərliyə getməzdən əvvəl oranın dolu olub-olmadığını əvvəlcədən biləcək".

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev da bildirib ki, bu proqram imkan verəcək ki, hansı çimərlik doludur, hansı boş: "Düzdür, ola bilər ki, vətəndaş istədiyi çimərliyə gedə bilməsin, amma yaxınlıqda boş yer olan digər çimərliyi bu saytdan görə biləcək".

  • Hansı halda rayonalara getmək olar...

Ü.Mehdiyev deyib ki, bu vaxta qədər icazə sistemində şirkət tərəfindən icazə alınırdı, şəxsi məlumatlar daxil edilirdi və ezamiyyət vərəqəsi olanlara müvafiq rayona getmək üçün icazə verilirdi. Bundan sonra isə icazə sənədləri yerində təqdim ediləcək.

Onun sözlərinə görə, indi sadəcə olaraq, vətəndaş göstərəcək ki, ezamiyyə vərəqəsi var və rayona gedə bilər: "Bu günə qədər də belə idi, sadəcə avtomat rejimdə idi, bundan sonra isə rayonlara getmək üçün icazəsi olan şəxslər həmin icazə sənədlərini yerində təqdim etməldirilər".

  • Eyni anda 100 minə yaxın şəxs çimərliklərdə istirahət edə biləcək

Ü.Mehdiyev qeyd edib ki, Bakı və Sumqayıtda eyni anda 100 minə yaxın şəxsin çimərlikdə istirahət etmək imkanı olacaq. Onun sözlərinə görə, bu rəqəm ötən illərlə müqayisədə aşağı deyil: "Düşünmürük ki, çimərliklərdə növbə yaransın, cidi problemlər olsun. Bu, montiroinq aparılan çimərliklərə aiddir. Bundan əlavə, digər çimərliklər də açıqdır, vətəndaşalrımız bu çimərliklərdən də istifadə edə bilərlər".

  • İctimai iaşə obyektləri çimərliklərə onlayn çatdırma edə bilər

Ü.Mehdiyev bildirib ki, çimərlik daxilində fəaliyyəti qadağan edilən obyektlər və ərazilər var. Onun sözlərinə görə, çimərliklərdə hovuz və su atraksionlarının fəaliyyəti qadağandır. Eyni zamanda, çimərlikdə idman ləvazimatlarının tam şəkildə yığışdırılması əsas tələblərdən biridir: "Çimərliklərdə ictimai iaşə obyektlərinin yerində xidməti də qadağandır, yalnız onlayn çatdırma mümkündür. Müxtəlif musiqili proqlamların təşkili də çimərliklərdə karantin rejimi dövründə qadağandır".

  • Karantin tədbirləri sayəsində xəstəxanalarda aktiv xəstələrin sayı azalıb

Ölkədə sərtləşdirilmiş karantin tədbirləri sayəsində xəstəxanalarda aktiv xəstələrin sayı azalıb. Bunu isə Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, yeni modul tipli xəstəxanaların açılması nəticəsində çarpayı fondu artıb: "Hər il olduğu kimi, bu il də kəskin respirator virus infeksiyasına yoluxma hallarında artım gözlənilir: "Biz buna hazır olmalıyıq. Yumşaldılmaya getməyimizə baxmayaraq, maskalardan istifadəyə, əl gigiyenasına əməl edilməlidir".

  • Açıq havada kiçik kafelərin işləməsi məsələsi müzakirə ediləcək

Y.Qarayeva deyib ki, açıq havada kiçik kafelərin işləməsi məsələsi müzakirə ediləcək. Onun sözlərinə görə, karantin qaydalarının birdən-birə yumşaldılmasına getmək olmaz: "Bunun ağır fəsadları ola bilər. Ona görə də nəticələr təhlil edilərək yumşaldılma üçün qərar verilir".

  • Peyvəndlərlə bağlı hökumətə təkliflər veriləcək

Y.Qarayeva bildirib ki, COVİD-19-a qarşı peyvəndin istehsal olunması diqqət mərkəzindədir. Onun sözlərinə görə, bir peyvəndin hazırlanması uzun müddət tələb edir: "Bütün dünyada bu istiqamətdə aparılan işlər araşdırılır. Bununla bağlı TƏBİB-in rəhbərliyi tərəfindən tapşırılıb ki, araşdırmalar nəticəsində təkliflər hazırlansın və hökumətə təqdim edilsin".

Şöbə müdiri bildirib ki, koronavirusdan sağalmış xəstələrin donor kimi qan verməsi könüllü bir prosesdir. Onun sözlərinə görə, koronavirusdan sağalan xəstələrin qanından plazma kimi istifadə edilir: "Ancaq hər sağalmış xəstənin qanından hər xəstə üçün istifadə etmək mümkün deyil. Kimsə gözləməsin ki, hansısa xəstənin vəziyyəti ağırlaşsın, sonra qan verək. Bu gün xəstələrin sağalması üçün plazmaya çox ehtiyac var".

  • Çimərliklərdə səsgücləndirici vasitələrlə məlumatlar səsləndiriləcək

Bütün çimərliklərə məsul şəxslər təhkim olunublar. Bunu deyən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayevin sözlərinə görə, çimərliklərdə bildiriş lövhələri quraşdırılıb və səsgücləndirici vasitələrlə məlumatlar səsləndiriləcək: “Bütün çimərliklər artıq açılışa tam hazırdır. Səsgücləndirici ilə verilən məlumatlar sosial məsafənin qorunması və virusa yolumanın qarşısını almaq üçün lazım olan informasiyaları əhatə edəcək”.

E.Həbibullayev əlavə edib ki, bəzi çimərliklədə nişanlanma işləri də aparılıb: “Elə çimərliklər var ki, orada sosal məsafəni qorumaüq üçün iplərdən istifadə olnaraq bölgülər yaradılıb”.

  • Çimərliklərin məişət tullantılarından təmizlənməsi üçün xüsusi adamlar ayrılacaq

E.Həbibullayev qeyd edib ki, çimərliklərdə əsas məsələlərdən biri də dezinfeksiya işləri və məişət tullantıların vaxtı vaxtında atılması məsələsidir ki, buna görə də xüsusi insanlar ayrılacaq. Onun sözlərinə görə, bununla əlaqədar şəhər komunal strukturları gücləndirilmiş iş rejimində fəaliyyət gösətərəcək:

“Artıq çimərliklərdə məişət tullantılarının atılması və dezinfeksiya işlərinin aparılması üçün xüsusi qruplar ayrılıb və onlar müvafiq təlimatlar alıblar. Bütün çimərliklərdə konteynerlər yerləşdirilib, ancaq tibbi maskaların atılması üçün başqa bir konteynerlər nəzərdə tutulub ki, ora yalnız istifadə olunmuş maska atılacaq. Bu işlər tərəfimizdən ciddi nəzarətdə saxlanılacaq”.

Elgin Həbibullayev qeyd edib ki, müvafiq qurumlar bütün bu işləri yerinə yetirəcək, ancaq əsas məsələ vətəndaşların üzərinə düşən vəzifədir, onlar qoyulmuş qaydalara düzgün riayət etməlidirlər".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ