19/09/2020 05:58
728 x 90

Azərbaycanda onlayn kazino? - Sosial şəbəkələrdə reklam genişlənir...

Aynur Əliyeva: “Bu tip reklamlarda aldadıcı elementlər varsa, buna müvafiq dövlət orqanları müdaxilə etməlidirlər”

img

Son zamanlar sosial şəbəkələrdə kazino tipli mərc oyunlarının reklamları genişlənib. Bura insanları bonus vədləri ilə cəlb edir, hətta məşhurların da adından istifadə edirlər. Sosial şəbəkələrdə tanınmış şəxslərin adından istifadə edilməklə onlayn mərc oyunlarının keçirilməsi haqqında məlumat yayılır.

Məlumat üçün bildirək ki, ölkədə kazinoların fəaliyyəti qadağan olunub. Maraqlıdır, kazinoların fəaliyyəti qadağan olunduğu halda, onlayn kazinoların fəaliyyəti hansı yolla tənzimlənir?

  • “Kazino fəaliyyətilə bağlı qanunvericilikdə normalar olmadığına görə belə bir normaların pozulması da Cinayət Məcəlləsində nəzərdə tutulmayıb”

Məsələ ilə bağlı fikir bildirən vəkil Aynur Əliyeva bildirdi ki, kazino fəaliyyətilə bağlı qanunvericilikdə normalar olmadığına görə belə bir normaların pozulması da Cinayət Məcəlləsində nəzərdə tutulmayıb. “Cinayət qanunvericiliyinə görə, məhz həmin məcəllədə göstərilən ictimai təhlükəli əməl cinayət məsuliyyətinə səbəb olur. Odur ki, ümumi qanunvericilik sisteminə kazino oyunları ilə bağlı cinayət pozuntusu ictimai təhlükəli əməl kimi daxil edilməlidir ki, belə hallara yol verildiyi təqdirdə onların cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olsun”. Həmsöhbətimiz hesab edir ki, bu tip reklamlarda aldadıcı elementlər varsa, buna müvafiq dövlət orqanları müdaxilə etməlidirlər: “Hər şeydən öncə bu sahədə qanunvericilik bazası hökmən yaradılmalı və bütün fəaliyyətlərin qanunauyğun tənzimlənməsi nəzərdə tutulmalıdır”.

Günel CƏLİLOVA

Son xəbərlər