14/08/2020 21:25
728 x 90

Abituriyentlər xarici dil imtahanından niyə narazı qalıblar...

Kamran Əsədov: “Qəbul və buraxılış imtahanında testlərə salınan sualların ağırlıq səviyyəsi yüksək idi”

img

Ali məktəbə hazırlaşanlar üçün ölkə ərazisində qəbul imtahanı keçirildi. Qəbul imtahanında iştirak edən abituriyentlərin bir qismi imtahan suallarının çətin olduğunu, xüsusilə də xarici dil fənni üçün istifadə olunan cihazın düzgün işləmədiyini bildirirlər.

Ekspertlər qəbul imtahanında iştirak edən abituriyentlərin nəticəsinin zəif olacağını öncədən bəyan etmişdilər. Səbəb kimi isə pandemiya dövründə şagirdlərin onlayn dərslərdən yetərincə bilik əldə edə bilməməsidir.

  • ...qəbul imtahanındakı nəticələrinin aşağı düşməsinə səbəb olacaq”

Təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, qəbul və buraxılış imtahanında iştirak edən abituriyentlərin imtahan prosesi ilə bağlı  narazılıqları başadüşüləndir.

Ekspertin sözlərinə görə, tətbiq edilən tele və virtual dərslərin effektivliyi ənənəvi dərslərlə eyni deyil. Məhz şagirdlər bu müddət ərzində zəruri bilik və bacarıqlara yiyələnə bilmədilər. Ona görə də keçirilən imtahanlarda bu meyarlar nəzərə alınmalı idi.

Həmsöhbətimiz onu da əlavə etdi ki, qəbul və buraxılış imtahanında testlərə salınan sualların ağırlıq səviyyəsi yüksək idi: “23-24 iyun və 29-30 iyun tarixlərində keçirilən imtahanlarda iştirak edən abituriyentlər üçün xarici dil fənni üzrə lazım olan dinləmə cihazı düzgün quraşdırılmamışdı”.

Ekspertin fikrincə, texniki imkanlar tətbiq edilməklə təşkil olunan dərslər şagirdlərin qəbul imtahanındakı nəticələrinin aşağı düşməsinə səbəb olacaq.

Müsahibimizin dediyindən belə aydın oldu ki, abituriyentlərin qəbul imtahanına salınan sualları çətin hesab etməsinin səbəbi pandemiya ilə bağlı olaraq keçirilən onlayn dərslərin istənilən nəticəni verməməsidir.

Günel CƏLİLOVA

Son xəbərlər