14/08/2020 20:14
728 x 90

“ASAN xidmət”i bəyənməyən 0,6 faiz əhali - bunlar kimlər ola bilər...

İlqar Hüseynli: “ASAN xidmət”i bəyənməyənlər ölkənin inkişaf etməsini istəməyənlərdir”

img

“ASAN xidmət” artıq bir neçə ildir ki, fəaliyyət göstərir, ancaq göstərilən xidmətlərin səviyyəsi düşmür. Mən bunu nə üçün deyirəm? Çünki bəzən hansısa yeni müəssisə, yaxud da yeni xidmət sahəsi açılanda, əlbəttə ki, ilkin mərhələdə bütün məsələlər yüksək səviyyədə həll olunur. Amma sonra vaxt keçdikcə və əgər müştərilərin sayı kifayətdirsə, onda bəzi hallarda xidmətin keyfiyyəti aşağı düşür. “ASAN xidmət” isə yüksək səviyyəni saxlayır”.

Bu sözləri Prezident İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında çıxış edərkən deyib.

Prezident qeyd edib ki, bu gün xidmətin əhali tərəfindən bəyənilmə əmsalı 99,4 faizdir: “Mən bilmirəm 0,6 faiz kimlərdir? Kim “ASAN xidmət”i bəyənməyə bilər? Yəqin ki, elələri də var. Ancaq mən hesab edirəm ki, burada bütün ən mütərəqqi texnologiyalar, eyni zamanda, insan kapitalına qoyulan investisiyalar özünü büruzə verir. Çünki bizim inkişafımızı, gücümüzü, ölkəmizin qüdrətini insan kapitalı müəyyənləşdirir. Təbii resurslar, sadəcə olaraq, bir vasitə kimi bizə kömək göstərir. Ancaq inkişaf etmiş hər bir ölkənin tarixinə baxsaq görərik ki, harada elmdə, təhsildə inkişaf var, o ölkələr problemləri uğurla həll edir”.

Maraqlıdır, “ASAN xidmət”in fəaliyyətindən kimlər narazıdır və hansı səbəbə görə?

  • “Bu elə bir xidmət sahəsidir ki, kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq, hər kəs onun fəaliyyətini təqdir edir və bəyənir”

Sosial sahə üzrə ekspert İlqar Hüseynli qeyd etdi ki, “ASAN xidmət”in yaradılmasında məqsəd əhalinin istəklərini qısa müddətdə həll etmək və onların işini asanlaşdırmaqdır: “ASAN xidmət” artıq bir brendə çevrilib. Bu xidmətdən istifadə edənlər razı olduqlarını dəfələrlə bildirirlər. İstənilən sənədi əldə etmək artıq asandır. Əvvəllər insanlar adi bir sənədi əldə etmək üçün günlərini sərf edirdilər və üstəlik, bunun üçün “şirinlik” də verməli olurdular. Ancaq indi vəziyyət müsbətə doğru dəyişib.

“ASAN xidmət”i bəyənməyənlər ölkənin inkişaf etməsini istəməyənlərdir. Çünki bu elə bir xidmət sahəsidir ki, kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq, hər kəs onun fəaliyyətini təqdir edir və bəyənir”.

Günel CƏLİLOVA

Son xəbərlər