14/08/2020 20:59
728 x 90

"Sweet drop" konfetlərinin içindən dəmir parçaları çıxdı – Bakıdakı “Sərham” market rəhbərliyinin reaksiyası...

img

Bakıda marketdən alınan konfetin içindən dəmir parçası çıxıb. Bu barədə müştəri Pərviz Şükürov sosial şəbəkədə məlumat yayıb. P.Şükürov qeyd edib ki, paytaxtın Bakıxanov qəsəbəsində yerləşən "Sərham" marketdən çəki ilə "Sweet drop" adlı konfet alıb.

Konfeti yeyən zaman onun içində dəmir parçası olduğu məlum olub: “Yəni, necə deyərlər, üstü bəzək, altı isə...”.

Baş vermiş hadisə ilə bağlı "Sərham" marketlə əlaqə saxladıq.

  • "Sərham" market – Fatimə xanım: "Sweet drop" adlı konfeti marketə “Roshen” şirkəti gətirir, biz, sadəcə, şirkətlərin gətirdiyi məhsulu marketdə satırıq”

Marketin təmsilçisi Fatimə adlı xanım bildirdi ki, "Sweet drop" adlı konfeti marketə “Roshen” şirkəti gətirir: “Biz, sadəcə, şirkətlərin gətirdiyi məhsulu marketdə satırıq”.

  • Eyyub Hüseynov: “Müştərinin aldığı məhsulun içindən dəmir çıxıbsa...

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, adıçəkilən konfetin istehsalında standartlar gözlənilməyib: “Məhsulun içindən kənar bir cisim çıxırsa, onun antisanitar şəraitdə istehsal olunduğuna heç bir şübhə qalmır. Mən keçən il bir çörək sexinə getdim və qadınların qulaqlarında sırğa, əllərində üzük ola-ola işlədiklərini gördüm. Əlbəttə, belə hallara yol vermək olmaz - nə çörək, nə də başqa bir məhsulun istehsalında. Konfet mexanikləşdirilmiş şəraitdə istehsal olunur.

Bu prosesdə həm də kənar cisimlər çıxdaş edilir. Müştərinin aldığı məhsulun içindən dəmir çıxıbsa, deməli, onun istehsalı adi bir sexdə, qanunazidd formada həyata keçirilib. Alıcılar bu cür hallarda, gərək, Qida Təhlükəsizliyi Agentliyinə müraciət etsinlər”.

Günel CƏLİLOVA

Son xəbərlər