Son günlər Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları üstələyib. Virusdan sağalananların sayı azalsa da, ölənlərin sayı artıb. Məlumat üçün bildirək ki, dünyada koronavirusdan ölənlərin sayı 170 mini keçib. Azərbaycanda da koronavirusdan həyatını itirənlərin sayı artır.
Belə ki, iyulun 21-də Azərbaycanda daha 449 nəfər koronavirusdan sağalıb, 13 nəfər isə vəfat edib. İyulun 22-də isə 391 sağalıb, 9 nəfər isə həyatını itirib.
Son günlərin statistikası göstərir ki, koronavirusdan həyatını itirənlərin sayı artır. Vəfat edənlərin sayının artması narahatedici bir durumdur.
“Ağır xəstələr əsasən reanimasiyada olanlar içərisindən hesablanır, onların arasında təbii ki, ölüm olur”
Vəfat edənənlərin sayının nə səbəbdən artması barədə fikir bildirən Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirdi ki, ölüm sayı indiki dövrlə hesablanmır: “Son günlər virusdan ölənlər əvvəlki xəstələrimiz bugünkü yoluxanlarla uyğun gəlməyə bilər. Yoluxanların hamısı aktiv xəstələrin olması demək deyil. Ola bilsin ki, yoluxanların arasında virusu çox yüngül və klinik keçirənlər də var. Ağır xəstələr əsasən reanimasiyada olanlar içərisindən hesablanır. Onların arasında təbii ki, ölüm olur. Kimin yanaşı xəstəliyi varsa, əsasən ölüm belə hallarda baş verir. Xüsusən, şəkər xəstəliyi, ürək-damar sistemində və tənəffüs sistemində patalogiyası olan insanlarda bu mümkündür. Ona görə də ölüm sayı müxtəlif - bir gün 5, bir gün 10 nəfər olur. Əvvəlcədən reanimasiya düşmüş insanlarda yanaşı getmiş xəstəliklər bəzən onları xilas etməyə imkan vermir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, yalnız ağırlaşmalar olduqda, xəstəlik ağciyərlərə daxil olduqda intensiv müalicə aparılır. Qalan halda xəstələr karantin və stasionar xidmətə götürülür.
Ekspertin dediyindən belə aydın ki, virusdan vəfat edənlərin sayının artmasının səbəbi şəkər xəstəliyi, ürək-damar sistemində və tənəffüs sistemində patalogiyası olan insanlarda bu hal yaşana bilər.
Günel CƏLİLOVA