Cümə günü, 13 noyabr 2026
     

Bu ilin Qurban bayramı başqa illərlə eyni olmayacaq – pandemiya ilə bağlı ən son yeniliklər və qərarları Şahmar Mövsümov, Xanlar Xanlarzadə və Nadir Zeynalov açıqladı

Image


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirib. “Trend”in məlumatına görə, brifinqdə Operativ Qərargahın nümayəndələri - Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov və Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə jurnalistləri maraqlandıran suallara cavab verib.

Qeyd edək ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.

  • Növbəti mərhələlərdə daha çox sahələrdə fəaliyyət bərpa oluna bilər

Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib ki, koronavirusla bağlı müsbət tendensiya davam etsə, daha çox sahələrdə fəaliyyət bərpa edilə bilər.

Ş.Mövsümov bildirib ki, isti havada evdə oturmaq çətindir, ancaq bunun müsbət nəticələrini görürük:“Son günlərin statistikasına nəzər yetirdikdə sağalanların sayının artmasını və yoluxanların sayının azalmasını görürük. Ümid edirik ki, yoluxma sayında azalma tendensiyası davam edəcək. Bu, hamımızım, bütün cəmiyyətimizin əziyyətinin nəticəsidir. Nə qədər müsbət tendensiya olsa, biz növbəti mərhələlərdə daha çox sahələrdə açılışlara gedə bilərik. Bu dəfə bərbərxanalar və digər bir sıra sahələrdə fəaliyyət bərpa edildi”.

Ş.Mövsümov bildirib ki, hər kəs qaydalara əməl etməlidir:“Ancaq biz başa düşməliyik ki, koronavirus hələ bizimlədir, əgər biz qaydalara əməl etməsək, virus yenidən artacaq və hökumət yenidən sərtləşməyə getmək məcburiyyətində qalacaq. Bu da heç kimin xoşuna gələn ssenari deyil”.

  • Bu gün Azərbaycan bir neçə cəbhədə mübarizə aparır

Prezidentinin köməkçisi bildirib ki, bu günə qədər 212 mindən çox muzdlu işçinin əməkhaqqı üçün 95 milyon 636 min manat dəstək verilib. Ş.Mövsümov vurğulayıb ki, mikrosahibkarlara dəstək məqsədilə 63 milyon manat vəsait yönəldilib.

Onun sözlərinə görə, 689 min insana sosial istiqamətdə 254 milyon manat vəsait ödənilib.

Prezidentin köməkçisi qeyd edib ki, bu gün Azərbaycan bir neçə cəbhədə mübarizə aparır:“Bu gün biz Tovuz istiqamətdində ermənilərlə mübarizə aparırıq, digər istiqamət isə koronavirusla mübarizədir. Biz birlikdə bütün cəbhələrdə qalib gələcəyik”.

  • Bu il Qurban bayramı fərqli olacaq

Ş.Mövsümov qeyd edib ki, Qurban bayramının keçirilməsi ilə bağl müvafiq tədbirlər planı hazırlanır. O qeyd edib ki, bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək:“Biz anlamalıyıq ki, bu ilin Qurban bayramı digər illərin Qurban bayramı ilə eyni olmayacaq. Biz pandemiya şəraitində yaşayırıq və müəyyən kompromisə getmək məcburiyyətindəyik”.

  • Çimərliklərə bağlı məsələyə də aydınlıq gətirildi

Prezidentinin köməkçisi bildirib ki, bu gün çimərliklərin açılması yüksək risq daşıyır və virusun yayılma surətini artıra bilər. Ş.Mövsümov bildirib ki, çimərliklərin açılması ilə son günlər əldə etdiyimiz nailiyyətləri itirə bilərik:“Koronavirus bir mühribədir və biz müharibə şəraitindəyik. Biz bu gün çimərliklərin açılışına hazır deyilik. Əgər çimərlikləri açsaq, əldə etdiyimiz nailiyyətləri itirə bilərik. 1-ci risq odur ki, çimərlikdə məsafə saxlamaq çətindir. 2-si isə insanlar çimərliyə gəldikdə eyni yerdən yemək, su alırlar və orada da yoluxma risqi artır. 3-cü risq də odur ki, hər hansı çimərliyə yalnız bir rayondan olan insanlar gəlmir, hər yerdən gəlirlər ki, bu da yoluxmanı bütün rayonlara yaya bilər”.

Ş.Mövsümov əlavə edib ki, çirmərliklərdən istifadə ilə bağlı qaydalar hazırlanır:“Avqustun 5-nə qədər biz bunu edə bilməyəcəyik. Əgər əmin olsaq ki, biz bunu həyata keçirməyə qadirik, növbəti mərhələdə bu barədə düşünüləcək”.

  • Növbəti mərhələlərdə yumşalmalar tədricən olacaq

“Növbəti mərhələlərdə yumşalmalara gedəcəyik, ancaq bu yumşalmalar tədricən olacaq” – deyən

Ş.Mövsümov bildirib ki, sərt karantin rejimi avqustun 5-nə qədər uzadılıb: “Digər yumşalmalar avqustun 5-dən sonra ola bilər. Bütün sahələrin açılmasına tədricən gedəcəyik, ancaq biz elə etməliyik ki, yenidən sərt karantin rejiminə getməyək”.

  • Rayonlara yollar nə vaxt açılacaq?

Ş.Mövsümov qeyd edib ki, rayonlara yolların açılması koronavirusun geniş yayılmasına səbəb ola bilər. O bildirib ki, rayona yollar açılan kimi yoluxmaların sayı artır:“Biz indiki mərhələdə rayonlara yolları açmaqla əldə etdiyimiz nailiyyəti itirə bilərik. Biz yoluxmaların tam idarəsinə nail olmağa çalışırıq. Buna nail olduqdan sonra rayonlara da yollar açılacaq. Mənim ailəm də deyir ki, gedək İsmayıllıya, Şamaxıya, Qəbələyə, ancaq bu gün bunu edə bilmirik”.

  • Pandemiyaya görə dövlət büdcəsinə təcili dəyişiklik etməyə ehtiyac yoxdur

Prezidentinin köməkçisi bildirib ki, dövlət büdcəsinə dəyişikliklərlə bağlı müzakirələr gedir, ancaq təcili dəyişikliklərə ehtiyac yoxdur. Ş.Mövsümov bildirib ki, bu gün büdcənin icrasında çətinlik yoxdur. Onun sözlərinə görə, büdcənin gəlir hissəsi profisitlə icra edilib: “Ona görə də bu gün büdcəyə təcili dəyilşiklik etməyə ehtiyac yoxdur, ancaq biz bu məsələyə yenidən baxacağıq”.

  • Yoluxmalar artsa, sərtləşdirmələr yenidən qayıdacaq

"Karantin rejimində yumşalmalara gedəndən sonra yoluxma sayında yenidən artım olarsa, güman ki, təkrar sərtləşdirməyə getmək məcburiyyətində qalacağıq" - deyən Ş.Mövsümov bildirib ki, burada insanların davranışından çox şey asılıdır:“Biz elə etməliyik ki, karantin rejimini yenidən sərtləşdirmək məcburiyyətində qalmayaq. Buna görə də insanlar diqqətli olmalı, qaydalara riayət etməlidir. Hökumət də karantin istəmir. Hökumət istəyir ki, hər yer açıq olsun, insanlar işləsinlər, iqtisadiyyat inkişaf etsin. Ancaq biz hazırda karantin rejiminə getməyə məcburuq”.

  • İndiyədək keçirilən imtahanlarda hər hansı mənfi hal və virusa yoluxma qeydə alınmayıb

“İndiyədək keçirilən imtahanlarda hər hansı mənfi hal və virusa yoluxma qeydə alınmayıb” deyən DİM mətbuat katibi Xanlar Xanlarzadənin sözlərinə görə, pandemiya şəraitində imtahanların keçirilməsi ilə bağlı təlimatlar hazırlanıb:“İndiyədək keçirilən imtahanlar da həmin təlimatlara uyğun keçirilib. Bu imtahanlarda 143 minə yaxın şəxs iştirak edib”.

X.Xanlarzadə qeyd edib ki, bu il imtahanlar lokallaşdırılmış qaydada keçirilib: “Əvvəl imtahanlar əsasən şəhər mərkəzlərində keçirilirdi. İndi isə imtahanlar kütləviliyin azaldılması üçün bütün rayon və şəhərlərdə keçirilib. Bu da 220-250 nəfərin imtahanda iştirak etməsinə imkan verib”.

  • Artıq 124 mindən çox şagird və abituriyentin imtahan nəticəsi bəllidir

X.Xanlarzadə bildirib ki, artıq 124 mindən çox şagird və abituriyentin imtahan nəticəsi bəllidir. Onun sözlərinə görə, yaxın iki həftə ərzində sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonların abituriyentləri üçün imtahan keçiriləcək. Təxminən 58 minə yaxın abituriyent bu imtahanda iştirak edəcək: “Artıq epidemioloji vəziyyət imtahanların keçirilməsi üçün uyğundur”.

  • Koronavirusdan sağalmış şəxslər imtahanda iştirak edə bilər

“İmtahanda hər bir iştirakçıdan bəyannamə tələb edirik. O bəyannamədə göstərilir ki, son 15 gündə onun özündə, ailə üzvlərində, təmasda olduğu şəxslərdə virusa yoluxma faktı aşkarlanmayıb” - X.Xanlarzadənin sözlərinə görə, koronavirusa yoluxmuş və artıq sağalmış şəxslər imtahanda iştirak edə bilərlər:“Ola bilsin ki, kimdəsə bu yoluxma faktı olub və artıq onun sağalma dövrü başa çatıb. Belə şəxslərin gələcək imtahanlarda iştirakı ilə bağlı problem yoxdur və onlar imtahanlarda iştirak edə bilərlər”.

  • Qəbul imtahanlarının ikinci mərhələsinin keçiriləcəyi vaxt açıqlandı

DİM mətbuat katibi bildirib ki, qəbul imtahanlarının ikinci mərhələsinin keçirilməsinə avqustun ikinci yarısından başlanılacaq. Onun sözlərinə görə, bu həftə və gələn həftə əvvəlki və bu ilin məzunları üçün qəbul imtahanlarının I mərhələsi keçiriləcək. Sonra 10-15 gün imtahanların nəticələri emal ediləcək: “Bundan sonra isə imtahanların ikinci mərhələsi olacaq. Avqustun ikinci yarısından etibarən bu imtahanların keçirilməsinə başlayacağıq. Bu imtahanların keçirilməsinə 4 gün vaxt ayrılacaq. Biz hər hansı təhlükənin olmadığına əmin olduqdan sonra imtahanların keçirilməsini elan edirik”.

  • Azərbaycanda koronavirusa təkrar yoluxma qeydə alınmayıb

Azərbaycanda koronavirusa təkrar yoluxma faktı qeydə alınmadığını deyən Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov isə bildirib ki, hələ ki, COVİD-19-a təkrar yoluxmanın rəsmi şəkildə mövcudluğu ilə bağlı məlumat yoxdur.

  • COVİD-19 xəstələrinin əksəriyyətində ağ ciyər xəsarət almır

N.Zeynalov deyib ki, COVİD-19 xəstələrinin əksəriyyətində ağ ciyər xəsarət almır. Onun sözlərinə görə, xəstəliyi yüngül keçirən şəxalərin yuxarı tənəffüs yollarında bu aşkarlanmır:"Ağ ciyər tomoqrafiyasında bu göstərici aşkarlanmır. Cavabı müsbət çıxan şəxsin ağ ciyərində xəsarət yoxdursa, bu o demək deyil ki yoluxmayıb. Əgər yaxma cavabı pozitiv olubsa biz onu nəzarətə götürməliyik. O sağalandan sonra onu nəzarətdən buraxa bilərik".

  • Ev şəraitində müalicə olunanların sayı açıqlandı

Nazirliyin Aparat rəhbəri qeyd edib ki, ev şəraitində COVİD-19-a yoluxan və ambulator şəraitdə müalicə olunan 12 862 nəfər qeydə alınıb. Onun sözlərinə görə, 8 mindən artıq şəxsin müayinə cavabı mənfidir. Mənfi olsa da əlamətləri şübhəlidir. Digərləri isə əlaməti olanlardır. Hər gün onların bir qismi sağalır. Dünən 557 nəfər, bu gün 252 nəfər sağalıb. Poliklinikalara hər gün 400-500 nəfər müraciət edir. Hazırda 6 000 nəfərdən yaxma götürülüb".

N.Zeynalov bildirib ki, ev şəraitində müalicə olunan şəxslərə hazırda dərman preparatları çatdırılır: "Bu prosesdə ləngimələr yoxdur. Əvvəllər bu prosesdə ləngimələr olurdu. Hazırda bu problem aradan qaldırılıb və ehtiyacı olan şəxslərə vaxtında derman preparatları çatdırılır".

  • Azərbaycan Ordusuna dəstək yürüşündən sonra ciddi yoluxma sayı artmayıb

N.Zeynalov deyib ki, hər hansı bir toplaşmanın yoluxma sayının artmasına səbəb ola bilər. Onun sözlərinə görə, amma son günlər ölkə əhalisinin Azərbaycan Ordusuna dəstəklə bağlı toplaşmadan sonra ciddi yoluxma sayı aşkarlanmayıb:"Son günlərin statistikasını gördük və bu statistikada artım yoxdur, azalma var. Amma buna baxmayaraq, hər kəs özünü qorumalı, tibbi maska və digər qoruyuculardan istifadə etməlidir. Çünki virusun yoluxma inkubasiyası var".

  • Virus əleyhinə bəzi dərmanların evdə istifadəsi məsləhət görülmür

Virus əleyhinə antibakterial dərmanların ev şəraitində istifadəsinin məsləhət görülmədiyini deyən N.Zeynalovun sözlərinə görə, bu müalicə xəstəxanada aparılmalıdır: "Vətəndaşlardan xahiş olunr ki, ev şəraitində özbaşına müalicə olunmasınlar. Bu təhlükəli ola bilər".

Apteklərdə dərman preparatlarının bahalaşması və qıtlığına Səhiyyə Nazirliyi cavabdeh deyil: "Apteklər biznes obyektdir və Səhiyyə Nazirliyi apteklərə yalnız tövsiyələr edə bilər. Bu tövsiyələr də edilir. Mən özüm bəzi apteklərdə araşdırmalar aparmışam və virus əleyhinə dərman preparatları və vitaminlərin qıtlığına rast gəlməmişəm".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ