Azərbaycanın bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi yenidən iki həftə uzadılması nəzərdə tutulub.
Baki-xeber.com xəbər verir ki, bunu AzTV-də qonaq olan Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
"Təəssüf hissi ilə deməliyəm ki, Operativ Qərargahda bir çox müzakirələrdən sonra karantin rejiminin uzadılması haqqında və onun uzadılmasının qaçılmaz olduğu haqqında müəyyən qərarlar qəbul edilib. Karantin rejiminin əlavə 2 həftə - 15 gün uzadılması nəzərdə tutulub. Buna məcburuq", - deyən Ş.Mövsümov, yoluxanların sayının azalması tendensiyasının davam edəcəyinə ümidvar olduğunu bildirib.
O, bildirib ki, heç kəs hazırda pandemiya şəraitində olduğumuzu və karantin rejiminin davam etdiyini unutmamalıdır.
Ş.Mövsümov qeyd edib ki, Azərbaycan səhiyyə sistemi pandemiya şəraitinə uyğunlaşdırılıb.