05/08/2020 18:11
728 x 90

Ünvanlı sosial yardım alanlar üçün Prezidentin daha bir asanlaşdırıcı qərarı - kredit də ala biləcəksiniz…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: “Əvvəllər ailə yardım almaq üçün yalnız qeydiyyatda olduğu yerdə müraciət edə bilərdi, indi bu tələb aradan qaldırılıb”

img

Prezident İlham Əliyev "Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib. Qanuna dəyişiklik edilməsində məqsəd dövlət başçısının sosial sahə ilə bağlı əsas tapşırıqlarından biri ünvanlı dövlət sosial yardımı proqramının icra mexanizmini sadələşdirilmək, bu yardımın təyin olunması meyarlarının yumşaltmaq və aztəminatlı ailələrin proqrama əlçatanlığının artırmaq və bu proqramı genişləndirilməkdir.

Bununla bağlı müvafiq işlər aparılıb, son aylarda əlavə olaraq 15 minədək ailə bu proqramdan faydalanmağa başlayıb və indi 85 minə yaxın ailə (350 mindən çox şəxs) bu yardımı alır. Hər ailəyə orta hesabla ayda 225 manat verilir.

Əsas yeniliklərdən biri ünvanlı sosial yardımla bağlı ailənin müraciətlərinə faktiki yaşayış yeri üzrə baxılmasını nəzərdə tutur. Ailə tərkibində əmək qabiliyyətli olub güzəştli səbəbdən işləməyən şəxslərin sırası da dəqiqləşdirilməklə genişləndirilib.

Yeni Qanuna uyğun olaraq, hazırlanmış qaydanın layihəsində ünvanlı sosial yardım hüququna baxılan zaman ailənin götürdüyü kreditin gəlir kimi nəzərə alınmaması və yardım təyinatına mane olmaması əksini tapır. Sosial yardım üçün müraciət edən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizdən çox olmamalıdır, lakin həmin nisbətin 15 faizə çatdırılması nəzərdə tutulub.

  • “Əsas yeniliklərdən biri ünvanlı sosial yardımla bağlı ailənin müraciətlərinə faktiki yaşayış yeri üzrə baxılmasını nəzərdə tutur”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bizə verilən məlumata görə, əsas yeniliklərdən biri ünvanlı sosial yardımla bağlı ailənin müraciətlərinə faktiki yaşayış yeri üzrə baxılmasını nəzərdə tutur: “Belə ki, əvvəllər ailə yardım almaq üçün yalnız qeydiyyatda olduğu yerdə müraciət edə bilərdi, indi bu tələb aradan qaldırılıb.  Ailə tərkibində əmək qabiliyyətli olub güzəştli səbəbdən işləməyən şəxslərin sırası da dəqiqləşdirilməklə, genişləndirilib. Bu sıraya birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edən, 23 yaşınadək əyani təhsil alan  əmək qabiliyyətli ailə üzvləri də aid edilib.  Habelə ailə tərkibində deyil, ailənin yalnız gəlirlərində baş verən dəyişiklik nəzərə alınacaq, bu  dəyişiklik barədə  məlumat verilməsi üçün müddət də artıq 5 iş günündən 15 iş gününə qədər uzadılıb. Yəni əvvəllər gəlirlərin dəyişməsi ilə bağlı məlumat 7 gün ərzində verilməli idisə, indi bu müddət 15 gün olub”.

Sonda bildirək ki, yeni təsdiqlənən qanun isə ünvanlı sosial yardımın təyinatı meyarlarının yumşaldılmasında, aztəminatlı ailələrin proqrama əlçatanlığının artırılmasında, proqramın daha da genişləndirilməsində mühüm addımlar atılmasına imkan verir.

Günel CƏLİLOVA

Son xəbərlər