14/08/2020 11:31
728 x 90

Gəncənin Gənclər…İdarəsi növbəti qanvermə aksiyası keçirdi - FOTO

img

13 iyul 2020-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşularaq və Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili" elan edilməsinin icrasını təmin etmək məqsədilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi və kollektivi, o cümlədən Gəncə şəhərinin idman ictimaiyyəti növbəti könüllü qanvermə aksiyasında iştirak edib.

Qanvermə aksiyasında 50-yə yaxın gənc və idmançı könüllü şəkildə qan verib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilib.

Sərəncamın əsas məqsədi gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etməkdir.

Hazırladı: Zümrüd VƏLİYEVA

Son xəbərlər