Azərbaycanda koronavirusun mənfi saldosu – virusa yoluxanlardla sağalanların fərqi getdikcə azalmaqdadır. Koronavirusun mənfi saldosu virusu qarşı tədbirlərin idarə olunması baxımınldan mühüm göstəricidir. Bu rəqəmlər həm virusdan qorunmaq üçün görülən ehtiyat tədbirlərinin, həm də xəstələrin müalicəsinin və ümumilikdə prosesin nə nəqədər effektli olduğunu izləməyə imkan verir.
Qeyd edək ki, ilk sərt karantdən sonrakı dövr üzrə araşdırması göstərir ki, may ayının sonunadək yoluxan/sağalan fərqi əsasən 100 nəfərdən az olub. Ancaq may ayının bəzi günlərində sağalanların sayı yeni yoluxmaları üstələyirdi. May ayının 20-dən sonra mənfi saldo yenidən bərqərar olub. Ümumilikdə may ayında gündəlik aktiv xəstə sayı artımı orta hesabla 51 olub.
İyun ayının əvvəllərində isə aktiv xəstə sayı daha sürətlə artaraq gündə 200-300-ü keçib. Ən böyük yoluxma/sağalma fərqi iyunun 3-də qeydə alınıb – 441. Həmin 598 yeni yoluxma və cəmi 157 sağalma qeydə alınmışdı. Ən az fərq isə 86 nəfər olmaqla iyunun 9-da qeydə alınıb. Bütün iyun ayında mənfi saldo orta hesabla 200 ətrafında dəyişib.
Yoluxan/sağalan fərqi iyulun ilk günlərində də böyük olsa da, sonradan fərq kəskin azalmağa başlayıb. Və son bir həftə ərzində 100-dən aşağı düşüb.
TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva da virusa yoluxanlarla sağaların sayının eyniləşdiyini bildirib. O ötən həftə keçirilən brifinqdə bildirib ki, sağalanlarla yoluxanlar arasında kəskin fərq azalmağa doğru gedir. Ehtiyatla da olsa deyə bilərəm ki, bəlli sabitləşməyə nail olmuşuq. Buna vətəndaşların qaydalara əməl etməsi nəticəsində nail olmuşuq. İnsanlar ciddi şəkildə qaydalara riayət edirlər.
“Ölkə səhiyyəsinin inkişaf etməsi virusdan sağalanların sayının artmasına səbəb olur”
Professor, tibbi ekspert Adil Qeybulla qeyd etdi ki, son zamanlar virusa yoluxanlarla, sağalanların sayı bərabərləşib. Sağalanların sayının artması sevindiricidir: “Sağalanların sayının artmasının səbəbi ölkə səhiyyəsinin inkişaf etməsi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan dünya miqyasında koronavirus xəstələrinin müalicəsi ilə bağlı fərqli və daha effektiv praktika tətbiq edən nadir ölkələrdəndir. Burada koronavirusa yoluxan bütün xəstələr məhz tibbi müəssisələrdə, xüsusi şəraitdə, peşəkar tibbi personalın əhatəsində müalicə alırlar”.
Yoluxanların sayının sabit qalmasına gəlincə, həmsöhbətimiz bildirdi ki, buna səbəb vətəndaşların qaydalara riayət etməsi ilə bağlıdır: “Cəmiyyətimizdə xəstəliyə qarşı mübarizə özünü daha yaxşı göstərir. Vətəndaşlar daha ciddi şəkildə qaydalara riayət edirlər. Bunu marketlərdə, ictimai nəqliyyatda da müşahidə etmək olar. Xəstəliyin ağırlaşmasına inanan vətəndaşların sayı daha çoxdur. Hər birimiz qaydalara riayət edərək xəstəliyə qalib gələ bilərik”.
Qeyd edək ki, koronavirusdan sağalanların sayının artmasının səbəbi fədakar həkimlərin peşəkarlığı ilə bağlıdır. Yoluxma sayının stabil qalması isə insanların karantin rejiinə əməl etməsi, eyni zamanda dövlət orqanlarının, o cümlədən polis nəzarətinin gücləndirilməsi ilə əlaqədardır.
Günel CƏLİLOVA