02/12/2020 06:57
728 x 90

Bağlanan 3 bankdakı əmanətlərin qorunan əmanət hesab edilib-edilməməsi məsələsi Konstitusiya Məhkəməsinə çıxarıldı

img

Əmanətlərin Sığortalanması Fondunun “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də sığorta hadisəsinin baş verməsi ilə əlaqədar həmin banklarda olan müvafiq əmanətlərin qorunan əmanət hesab edilib-edilməməsi məsələsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən şərh verilməsi üçün Nazirlər Kabinetinə göndərdiyi müraciət öyrənilmiş və Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi qərar alınmışdır.

Nazirlər Kabinetindən baki-xeber.com-a verilən məlumata görə, Nazirlər Kabinetinin Konstitusiya Məhkəməsinə ünvanladığı sorğuda həmin banklarda əmanətçilərin mənafelərinin qorunması məqsədilə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2.6-cı maddəsinə şərh verilməsinin zəruriliyi əsaslandırılır.

Son xəbərlər