08/08/2020 12:39
728 x 90

Azərbaycanda “Maskasız ticarət obyektlərinə giriş qadağandır” rejimi nəhayət başladı...

Eyyub Hüseynov:“Tibbi maska taxmayan şəxslər ticarət obyektlərinə buraxılmamalıdır”

img

İnzibati Xətalar Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, Məcəllənin 211-ci maddəsində (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyinə, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyinə həvalə edilib.

Dövlət Vergi Xidmətinin yaydığı məlumatda qeyd olunur ki, İqtisadiyyat Nazirliyi tərəfindən fəaliyyətinə icazə verilən şirkətlərə zəruri sosial davranış və sanitar-epidemioloji tələblərə tam riayət edilməsi məqsədilə əməkdaşlar və müştərilər üçün lazımi şərait yaradılması, iş və xidmət sahələrinin qoruyucu vasitələrlə (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s.) təmin olunması, obyekt daxilində müştərilər arasında iki metrlik məsafənin qorunmasına ciddi nəzarət edilməsi tövsiyə olunub. Bundan sonra maskasız alıcıların obyektə daxil olmasına icazə verilməyəcək.

  • “Bir sıra obyektlərdə satıcılar maska, əlcək və digər qoruyucu vasitələrdən istifadə etmirlər, bu da epidemiyanın sürətlənməsinə təkan verir”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, ölkənin əksər iri və kiçik marketlərində, ərzaq satışı mağazalarında, ət kəsimi dükanlarında karantin qaydaları kobud şəkildə pozulur.

Birlik sədri bilriddi ki, pandemiya dövrünün tələblərinə görə, iriliyindən və ya kiçikliyindən asılı olmayaraq, hər bir ərzaq satışı ilə məşğul olan mağazada təhlükəsizlik gözlənilməlidir:“Bir sıra obyektlərdə satıcılar maska, əlcək və digər qoruyucu vasitələrdən istifadə etmirlər, bu da epidemiyanın sürətlənməsinə təkan verir. Bir sıra marketlərdə satıcılar maska, əlcək və digər qoruyucu vasitələr taxmadan xidmət göstərirlər, həmin marketlər cərimələnəcək, cərimələnməlidir də.  Deyim ki, Azad İstehlakçılar Birliyi bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyinin qadağan etdiyi qənd növlərinin marketdə satılmasını aşkarladı. Onlar qeyd etdilər ki, biz o məhsulları qadağan etmişik. Təəssüf ki, AQTA-nın qadağan etdiyi bəzi ərzaq məhsulları, o cümlədən də tərkibində çoxlu kimyəvi maddə olan qəndlər yenə də satılır. Hər bir marketə tövsiyə edərdim ki, istehlakçıların təhlükəsizliyini qorusun və virusun yayılmasında iştirak etməsin. Tibbi maska taxmayan şəxslər ticarət obyektlərinə buraxılmamalıdır”.

Koronavirusla mübarizədə vətəndaşlar da yeni davranış qaydası nümayiş etdirməlidirlər. Bakıda super və hipermarketlər olsa da, koronavirus pandemiyası dövründə müştərilərin içəri daxil olmasında hansısa qaydalar tətbiq edilməlidir. Tibbi maska və əlcək taxmayan şəxslər ticarət obyektlərinə buraxılmamalıdır.

Günel CƏLİLOVA

Son xəbərlər