Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanda ikinci uğur dalğası – “COVİD”ə yoluxanlarla sağalanların sayı yaxınlaşır...

Image


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirib.

“Trend”-in məlumatına görə, brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva və Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov jurnalistləri maraqlandıran suallara cavab verib.

  • Kubadan Azərbaycana həkim heyəti gəlir…

“Dünyada epidemioloji vəziyyət heç də qənaətbəxş deyil. Azərbaycan milli və regional səviyyədə olduğu kimi, qlobal səviyyədə də koronavirus epidemiyasına qarşı ardıcıl səylərini davam etdirir”. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyası işə başlayır. O qeyd edib ki, BMT tarixində cəmi 30 xüsusi sessiya keçirilib və bu xüsusi sessiya Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilir.

Onun sözlərinə görə, Azərbaycanın epidemiya ilə mübarizə istiqamətində gördüyü tədbirlər xaricdən olan həmkarları tərəfindən yüksək qiymətləndirilir.

H.Hacıyev bildirib ki, pandemiyaya qarşı mübarizəyə dəstək olmaq üçün Kubadan Azərbaycana həkim heyətinin gəlməsi nəzərdə tutulur. O qeyd edib ki, Kubanın epidemiyaya qarşı zəngin təcrübəsi var, ebola virusu ilə mübarizədə Kubanın təcrübəsi dünyada yüksək qiymətləndirilir.

  • Xarici ölkələrə səfərlərdən çəkinin…

 “Azərbaycan vətəndaşlarına xarici ölkələrə səfərlərdən çəkinməyi tövsiyə edirik. Əgər xüsusi tibbi və digər ehtiyaclar yoxdursa, xarici ölkələrə səfər etmək tövsiyə olunmur” - deyən H.Hacıyev bildirib ki, koronavirusla bağlı epidemioloji vəziyyət hər an dəyişə və ölkələrin qoyduğu sərt karantin qaydaları vətəndaşlarımızı çətin vəziyyətdə qoya bilər:“Belə halda vətəndaşlarımızın ölkəyə geri qayıtmasında çətinliklər yarana bilər. Ona görə də yaxşı olar ki, tibbi və ya digər xüsusi zərurət olmadığı halda vətəndaşlarımız xarici ölkələrə səfərlərdən çəkinsinlər”.

  • Hikmət Hacıyev:“İctimai nəqliyyatdan istifadə edirəm”

“Mən özüm də ictimai nəqliyyatdan istifadə edirəm” - deyən H.Hacıyev bildirib ki, istəsəniz sizə metro kartımı göstərə bilərəm:"Avtobuslarda sıxlıq vizual görünürdü. Nəqliyyat agentliyinə bildirildi ki, avtobusların sayı çoxaldılsın. Metronun fəaliyyəti epidemioloji vəziyyət nəzərə alınaraq bağlanıb. İş saatlarında fərqli vaxtlar tətbiq olunub”.

  • Əfqanstanda xidmət aparan hərbçimiz koronavirusa yoluxdu

H.Hacıyev qeyd edib ki, Azərbaycanın Əfqanstanda sülhməramlı qüvvələr tərkibində xidmət aparan bir hərbçisinin koronavirusa yoluxması qeydə alınıb. H.Hacıyev bildirib ki, həmin hərbçi nəzarətə götürülüb və digər hərbçilər xidmətlərini davam etdirir.

PA rəsmisi, həmçinin, Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarında da yoluxmanın qeydə alındığının müşahidə edildiyini deyib.

Onun sözlərinə görə, Azərbaycanın Meksika və Moldovada olan səfirliklərinin əməkdaşları arasında yoluxma halları var. H.Hacıyev bildirib ki, buna baxmayaraq, səfirlikər öz fəaliyyətlərini davam etdirir.

  • Pandemiya dövründə də Azərbaycanda beynəlxalq daşımalar dayanmadı

PA rəsmisi bildirib ki, koronavirus pandemiyası dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb. H.Hacıyev deyib ki, “Şimal-Cənub”, “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin aktiv fəaliyyəti təmin olunub.

Onun sözlərinə görə, xaricdən idxal olunan hər hansı məhsulda qıtlıq olmayıb. PA rəsmisi vurğulayıb ki, Qərb sərhəd-keçid məntəqəsində yerli və əcnəbi sürücülər testdən keçirilir: “Pandemiya başlayan dövrdən də şimal istiqamətindən polisin müşayiəti ilə keçid təmin olunur. Bu sahədə hər hansı problem varsa, birgə araşdıraraq həll yollarını tapmalıyıq”.

  • Yaya görə karantinlə bağlı şikayətlər daxil olur

Y.Qarayeva deyib ki, yay vaxtlarına görə karantinlə bağlı şikayətlər daxil olur. Onun sözlərinə görə, əsasən insanlar yay aylarında rayonlara getmək istəyir:"Bildirim ki, bütün epidemiyalarda ən birinci silah həmişə karantin olub. Əgər vəziyyət normallaşarsa, bu barədə hansısa qərar qəbul oluna bilər. Karantinin yumşaldılması vəziyyətin normallaşmasından asılıdır. Vətəndaşlar qaydalara əməl etsələr, bu sahədə nailiyyət əldə edə bilərik".

  • Yoluxma ilə sağalma sayı eyniləşir

Y.Qarayeva bildirib ki, yoluxma ilə sağalma sayı eyniləşir. Onun sözlərinə görə, artıq sabitləşmə müşahidə olunur:"Yoluxanlarla sağalanlar arasında eyniləşmə baş verir. Artıq vətəndaşların qaydalara əməl etməsinə görə biz sabitləşməyə nail olmuşuq. İnsanlar daha ciddi şəkildə qaydalara əməl edir. Vətəndaşlar xəstəliyin ciddiliyinə inanır. Nə qədər qaydalar sərtləşsə də, biz birləşməsək, xəstəliyə qalib gələ bilmərik".

  • Xəstələrin müalicəsi üçün xaricdən mütəxəssislər gətirilib

Y.Qarayeva qeyd edib ki, Azərbaycandakı xəstələrin müalicəsi üçün xaricdən mütəxəssislər cəlb olunub. Onun sözlərinə görə, "Gilan holdinq", "Pasha holdinq", "Azərbaycan Beynəlxalq Bankı" Azərbaycana xaricdən həkimlərin gətirilməsində dəstək göstəriblər.

Y.Qarayeva bildirib ki, iş yerlərinin sayının azaldılması barədə qərar veriləndən sonra metro bağlandı. Onun sözlərinə görə, bu barədə qərar veriləndən sonra vəziyyət araşdırılaraq bu nəticəyə gəlinib:"Əvvəlcə icazələrin sayı azaldılıb, iş yerlərində işçilərin məhdud sayda icazəsi verilib. Bu qərar bir şəxs tərəfindən verilmir. Məsələ araşdırılır, vəziyyət qiymətləndirilir və sonda qərar verilir".

“TƏBİB-ə müxtəlif idarə və təşkilatlardan tez-tez müraciətlər olunur ki, ofislərdə əməkdaşları test edilsin” – deyən Y.Qarayevanın sözlərinə görə, PSR testi əsasən yoluxma simptomu olan şəxslərdə aparılır:"Yoluxma nətcələri də tez-tez dəyişə bilər. Bu, insanlarda rahatlıq yarada bilər ki, test olundusa, daha yoluxma olmayacaq. Vətəndaşlar sadəcə qaydalara və təmizliyə diqqət yetirməlidir".

Y.Qarayeva deyib ki, dializ xəstələrinin sərt karantin şəraitində xəstəxanaya çatdırılmasında problem olmayıb. Onun sözlərinə görə, sərt karantin günlərində ictimai nəqliyyat işləməsə də, Bakı Nəqliyyat Agentliyi bunun üçün xüsusi nəqliyyat vasitəsi ayırıb:"Bu həftə sonu sərt karantin elan olunan ərazilərdə dializ xəstələrinin xəstəxanalara çatdırılması təmin ediləcək. Bu sahədə hansısa problem yaranacağı gözlənilmir. Bu məsələ diqqətdə saxlanır".

  • Yoluxma sayında eyniləşmə, sabitlik…

TƏBİB-in şöbə müdiri qeyd edib ki, hər bir infeksion xəstəlik insandan-insana yoluxur və bunun qarşısını almaq üçün məsafə lazımdır. Onun sözlərinə görə, ailə içərisində yoluxma varsa, kiçik ocaqlar kimi nəzarətdə saxlanılır:"Biz karantini yoluxmanın sayını azaltmaq üçün deyil, yoluxanlarla sağalanlar arasında stabilləşmə üçün etdik. Bu bizə çarpayı sayını nizamlamağa imkan verdi. Hazırda biz yoluxma sayında eyniləşmə, sabitlik əldə etmişik".

  • Sərt karantin rayonlarının bəziləri siyahıdan çıxarıla bilər

Y.Qarayeva bildirib ki, epidemioloji vəziyyətin dəyişməsindən asılı olaraq sərt karantin rejiminin tətbiq edildiyi rayonların bəziləri siyahıdan çıxarıla bilər. Onun sözlərinə görə, vəziyyətdən asılı olaraq bu siyahıya başqa rayonlar da əlavə edilə bilər:"Bu, rayonlardakı vəziyyətdən asılıdır. Karantin elan olunmayan ərazilərdə epdemioloji vəziyyət nəzarət altındadır. Digər rayonlarda da vəziyyət idarəolunan olsa, karantin siyahısından çıxarıla bilər".

  • Bakıdakı COVİD məntəqələrinə gün ərzində nə qədər müraciət daxil olur…

Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov isə deyib ki, Bakıda yaradılan COVİD məntəqələrinə gün ərzində 700-800 müraciət edilir. Onun sözlərinə görə, təcili yardım xidmətinin üzərinə düşən yükün azaldılması üçün təqribən 2 həftə əvvəl COVİD xəstələrinin ev şəraitində müalicəsi məsələsinə baxılııb.

Nazirlik rəsmisi əlavə edib ki, hazırda Bakıda 89 poliklinika əsasında 39 COVİD məntəqəsi yaradilib: “Bu məntəqələrə gün ərzində 700-800 müraciət edilir. Əvvəl bu çağırışların əksəriyyəti təcili yardımın üzərinə düşürdü, indi isə bu yük bir qədər azaldılıb. Düşünürəm ki, müəyyən müddətdən sonra təcili yardımla bağlı çağırışlarda gecikmələrlə üzləməyəcəyik”.

  • Bakıda koronavirusdan evdə müalicə olunanların sayı... 

N.Zeynalov bildirib ki, Bakı üzrə ambulator şəraitdə 10 202 koronavirusdan müalicə olunan var. N.Zeynalov qeyd edib ki, bunlar simptomsuz, az simptomlu şəxslərdir:"Bunların arasında uşaqlar da var, yaşlılar da. Həmin şəxslər mütəmadi nəzarətdə saxlanır. Regionlarda evdə izolyasiya tədbirlərinə hələ ki, ehtiyac yoxdur".

  • Səhiyyə nazirinin səhhətində heç bir problem yoxdur

N.Zeynalov Səhiyyə nazirinin səhhətində heç bir problem olmadığını da deyib. Onun sözlərinə görə, nazir hazırda iş başındadır:"Səhiyyə nazuri bir neçə dəfə pandemiya dövründə müsahibə də verib: "Səhiyyə Nazirliyinin nümayəndələri ilə media arasında da görüşlər olur. Nazirlik əməkdaşları da media ilə mütəmadi əlaqə saxlayır".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ