10/08/2020 20:16
728 x 90

ATƏT-in korrupsiya ilə mübarizə konfransında Azərbaycanı Nazim Rəcəbov təmsil etdi

img

Cari ilin iyul ayının 6-dan 7-dək Albaniya Respublikasının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyi çərçivəsində “Zoom” proqramı vasitəsilə “Rəqəmsal erada yaxşı idarəçilik və korrupsiyaya qarşı mübarizə: şəffaflıq, dürüstlük və cavabdehlik prinsiplərinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli konfrans keçirilib.

Albaniyanın Baş naziri və xarici işlər naziri cənab Edi Ramanın təşəbbüsü ilə keçirilən tədbirdə 100-dən artıq iştirakçı - müxtəlif dövlətlərin prokurorluq və digər hüquq mühafizə orqanlarının, habelə beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak edib.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini -Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun rəhbərliyi ilə Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Səbuhi Alıyev və Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru Pirayə Səmədzadə-Əliyevadan ibarət nümayəndə heyəti tərəfindən təmsil edilib.

Hazırladı: Namiq QULİYEV

Son xəbərlər