Kliniki Tibbi Mərkəzin daha bir həkimi koronavirusa yoluxdu - Kərəm Yaqubov…

1 saylı Kliniki Tibbi Mərkəzin daha bir həkimi koronavirusa yoluxub. Mərkəzdən “Trend”ə verilən məlumata görə, həkim-reanimatoloq Kərəm Yaqubov COVİD-19 virusuna yoluxub.
Vəziyyəti ağır qiymətləndirilən həkim-reanimatoloq Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. K.Yaqubov hazırda süni nəfəs aparatına qoşulub.
Hazırladı: Zümrüd VƏLİYEVA