14/08/2020 12:48
728 x 90

Balansını artır, “Azercell”dən “Umico”ya ikiqat keşbək qazan!

img

İndi “Azercell” abunəçiləri nömrələrinin balansını artırdıqda ikiqat keşbək əldə edirlər. Ölkənin rəqəmsal həllərtəqdim edən lider mobil operatoru “Azercell Telekom” MMC “Umico” ilə əməkdaşlığı çərçivəsində müştərilərini yeni kampaniya ilə sevindirir. Mobil operator iyul ayının 15-nə kimi balanslarını onlayn ödəmə (kredit və ya debet kartları ilə) və ya xüsusi ödəniş terminalları vasitəsilə artıran Fakturasız xətt abunəçilərinə 1,4% civarında keşbək hədiyyəedir.

Kampaniyadan faydalanmaq çox asandır: Android və IOS əməliyyat sistemlərini dəstəkləyən “Umico” mobil tətbiqini AppStore və ya PlayStore-dan yüklədikdən sonra müvafiq “Azercell” nömrəsi  ilə qeydiyyatdan keçərək hər balans artırılmasından sonra 3131 qısa nömrəsindən daxil olan  SMS-ə 24 saat ərzində təsdiq cavabı vermək kifayətdir.

Xatırladaq ki, “Azercell” müştəriləri “Umico”dan istifadə edərək çox saylı üstünlüklərdən yararlana bilərlər. Həm Fakturasız, həm də Fakturalı Xətt  istifadəçiləri tətbiqdə “Daha çox – Onlayn Xidmətlər” bölümündən istifadə edərək, topladıqları bonuslarıöz və ya digər “Azercell” abunəçisinin balansına yükləmək imkanına malikdirlər.

Kampaniya çərçivəsində ödəmə üsulları ilə https://www.azercell.com/az/personal/services/payment_balance/umico/ keçidə daxil olaraq tanış ola bilərsiniz.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Son xəbərlər