10/08/2020 20:03
728 x 90

Pandemiyaya görə birdəfəlik 190 manat yardım verilən rayonların sayı 8-dən 17-yə çatdırıldı - əhaliyə dövlət dəstəyi genişlənir...

Rəsul Cahangirli: “Bunun sayəsində xeyli sayda insanın sosial durumu yaxşılaşacaq”

img

Məlum olduğu kimi, Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, daha 6 rayon və 3 şəhərdə koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmə veriləcək. Bu siyahıya Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən və Xaçmaz rayonları, o cümlədən Mingəçevir və Şəki şəhərləri daxil edilib. Yevlax rayonu siyahıdan çıxarılıb, siyahıya yalnız Yevlax şəhəri salınıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” 23 iyun tarixli qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi nəzərdə tutulurdu. Yeni qərarla 190 manat məbləğində birdəfəlik ödəmə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonlarına şamil ediləcək.

Bütün bunlar dövlətin vətəndaşların sosial vəziyyətinə göstərdiyiyi xüsusi diqqətin növbəti göstəricisidir.

  • “İş yerlərini qorumaq, əhalinin sosial müdafiəsini təmin etmək, həmçinin postpandemiya...”

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, pandemiyaya görə birdəfəlik 190 manat yardım verilən rayonların sayının artırılması dövlətin əhalinin aztəminatlı hissəsinə göstərdiyi qayğını özündə ehtiva edir: “Belə bir addımın atılması çox humanist bir qərardır. Çünki indiki dövrdə buna zərurət var idi. Belə qayğıya ehtiyacı olan insanlar var. Bunun sayəsində xeyli sayda insanın sosial durumu yaxşılaşacaq. Azərbaycan hökuməti əhalinin sağlamlığının qorunması və pandemiyanın daha geniş yayılmasının qarşısının alınması istiqamətində bir sıra addımlar atır. Xüsusilə xəstəliyin mənfi proseslərinin milli iqtisadiyyatımıza təsirlərini azaltmaq, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan sahibkarlara və muzdlu işçilərə dəstək vermək məqsədi ilə sistemli işlər görülür. İş yerlərini qorumaq, əhalinin sosial müdafiəsini təmin etmək, həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin hazırlamaq məqsədilə operativ addımlar atılır. Bütün bunlar isə əhalinin xeyrinədir. Onu da qeyd edim ki, hazırda ödənişli ictimai iş yerlərinin sayı da artırılır. Bu il üçün sözügedən iş yerləri 38 mindən 90 minə çatdırılacaq. Artıq DOST Məşğulluq Mərkəzi vasitəsilə əlavə 23 min şəxs bu işlərə cəlb edilib. Hazırda 61 min şəxs əmək müqaviləsi ilə ödənişli ictimai iş yerlərində çalışır. Bu iş üçün ayda 250 manat ödənilir. Hesab edirəm ki, bütün bunlar əhalinin sosial vəziyyətinin yaxşılaşmasına müsbət təsir edəcək”.

Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti bu istiqamətdə nə mümkündürsə onu edir.

Vidadi ORDAHALLI

Son xəbərlər