Azərbaycanda 542 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə baki-xeber.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər isə vəfat edib.
İndiyədək Azərbaycanda ümumilikdə 21916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib, 8 542 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7355, ötən müddət ərzində isə ümumilikdə 537 230 test aparılıb.