Cümə günü, 13 noyabr 2026
     

Vətəndaşın 57 dəfə polisin 102 xidmətinə zəng vurması nə deməkdir, belə bir jurnalist tanıyırsınızmı…

Image


Təəssüf ki, hələ də aramızda öz məsuliyyətini dərk etməyən, vacib dövlət qurumlarının “qaynar xətt”lərini lazımsız zənglərlə məşğul edən, onlara yalan məlumatlar verən şəxslərə rast gəlinir.

Əlbəttə, dövlət qurumlarının “qaynar xətt” sistemi vətəndaş-dövlət münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, vətəndaşları narahat edən qayğı və problemlərin həll edilməsi baxımından yaradılıb. “Qaynar xətt”lərə əsaslı zəng edən vətəndaşların da şikayətlərinin, onları narahat edən məsələlərin operativ şəkildə həll edilməsinin şahidi oluruq.

Ancaq təəssüf ki, bəzi vətəndaşların da “qaynar xətt”ləri əsassız şəkildə məşğul etməsini də müşahidə edirik.

Adı çəkilməyən bir vətəndaşın Daxili İşlər Nazirliyinin 102 xidmətinə əsassız olaraq 57 dəfə zəng etməsi ilə bağlı internetdə və sosial şəbəkələrdə səsyazısı yayılıb. Tural adlı polis əməkdaşının həmin vətəndaşla telefon əlaqəsi saxlayaraq ona 102 xidmətinə mənasız yerə 57 dəfə zəng etdiyini və buna görə həmin vətəndaşa qarşı İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsilə tədbir görüldüyünü bildirib. Səs yazısından açıq görsənir ki, polisin mədəni, qanun çərçivəsində etdiyi müraciətə həmin şəxs normal, mədəni şəkildə cavab vermək əvəzinə, müxtəlif fikirlərlə təxribat törətməyə cəhdlər edir, kobudluq nümayiş etdirtir. Məsələ burasındadır ki, həmin vətəndaş 102-yə həm Bakıdan, həm Lənkərandan, həm də digər yerlərdən zəng vurub. Özünü iki ali təhsilli, xaricdə oxumuş “jurnalist” kimi təqdim edən həmin şəxsin kimliyini təəssüf ki, aydınlaşdıra bilmədik. Polislə söhbətində Lerikdə bağ evində olduğunu bildirən, 57 dəfə 102-yə əsassız zəng edən “şikayətçinin” şikayət obyektlərinin gülünclüyü diqqəti çəkir. O, 102-yə “heyvanların vəkili” kimi zəng etdiyini dolayısı ilə bildirir. 102-yə gah itə, gah pişiyə, gah meymuna, gah da digər bu kimi məsələlərə görə zəng edib.  

Polis əməkdaşı isə ona bildirdi ki, ixtisaslaşmış xidmətlərə bilə-bilə yalandan zəng vurub onları çağırdığına və bu quruma heç bir mənası olmayan məlumatlar verdiyinə görə vətəndaş haqqında tədbir görülür. Polislə həddən artıq kobud danışan vətəndaş özünü “haqlı çıxarmaq” üçün müxtəlif bəhanələr sərgiləsə də, polis onun şikayətlərinin yalan üzərində qurulduğunu, məzmunsuz olduğunu vətəndaşın diqqətinə çatdırdı: “Siz yeganə vətəndaşsınız ki, sizdən 102 şikayət edib. Şikayətinizdə də heç bir məntiq yoxdur”. Polis ona bildirdi ki, o, şikayətə meylli insandır.

  • “Bu adamın jurnalist olduğu qətiyyən inandırıcı deyil, sadəcə, o, jurnalist adından istifadə edir”

“Polisə Dəstək” İctimai Birliyinin sədri, tanınmış hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, sözügedən vətəndaşın bütün hərəkətləri yaxından izlənməli və onun bu davranışlarına inzibati metodlarla yanaşı, hüquqi qiymət də verilməlidir. Cəmiyyətimizdə belə şəxslərin olduğunu təəssüflə qeyd edən Ş.Əliyev hesab edir ki, belələrinin əsas məqsədi Azərbaycan polisinin həyata keçirdiyi işlərə kölgə salmaqdır. “Əslinə baxanda həmin vətəndaşın hərəkətlərində özünü idarə etməyi bilmək, hərəkətlərinə cavab verib-verməmək iqtidarında olub-olmadığına diqqət yetirmək lazımdır. Mütəxəssislər rəy verməlidirlər ki, bu adam kifayət qədər öz hərəkətlərini ölçüb-biçmək iqtiradında deyil, yaxud iqtidarındadır. Bunun əsasında da həmin şəxsi inzibati məsuliyyətlə yanaşı, cinayət məsuliyyətinə də cəlb etmək mümkündür. Faktiki olaraq, o, cinayətkarlıqla mübarizə aparan bir qurumu əsas təyinatından yalan məlumatlar ötürməklə yayındırır, davamlı olaraq 102 “qaynar xətt”ini yükləməklə məşğul olur. Burada da onun məqsədi çaşqınlıq yaratmaqdır, guya onun zənglərində “ciddi əsaslar” var və sair. Ehtimal edirəm ki, bu şəxsin psixoloji durumunda çox ciddi affekt vəziyyəti var, özünü idarə etmək qabiliyyəti yoxdur. Buna da artıq mütəxəssislər rəy verməlidirlər. Belə insanlar çoxdur. Belələri Sovet dövründə də vardı. Telefon butkalarına daxil olub aparata 2 qəpik atmaqla Dövlət Təhlükəsizliyi Xidmətinə, Daxili İşlər orqanlarına müxtəlif yalan məlumatlar verirdilər. O dövrdə bəzən onları müəyyən etmək üçün uzun zaman tələb olunurdu. Amma sonra nail olunurdu. Bu gün isə yalan məlumatları verən adamların şəxsiyyətini müəyyən etmək çox asandır. Onların əsas məqsədi hüquq-mühafizə orqanlarının fəaliyyətinə kölgə salmaq, onları əsas təyinatından kənara çəkmək və boş yerə məşğul etməkdir. Bu da bir təxribatdır. Bir şəxsin 57 dəfə 102 xidmətinə əsassız zəng vurması, yalan məlumatlar verməsi nəticəsində 102 həmin şəxsdən şikayət verib. Bu gün elə insanları aşkarlayıb üzə çıxarmaq və onlara elə cəza vermək lazımdır ki, başqalarına görk olsun”.

Ş.Əliyev hesab edir ki, həmin şəxslərin adları, soyadları açıq şəkildə göstərilməklə sosial şəbəkələrdə, internet resurslarında onları ifşa etmək lazımdır. Bu şəxsin özünü “jurnalist” kimi təqdim etməsində də şübhəli məqamlar olduğunu deyən Ş.Əliyev qeyd etdi ki, bu gün jurnalist adından istifadə edən şəxslər çoxdur və onların da işi bu ad altında təxribat törətməkdir: “Bu necə jurnalistdir ki, imzasını təqdim etmir. Normal jurnalist qarşılaşdığı problem, ən azından, çalışdığı KİV-də ictimailəşdirə bilər, yazar, yaxud sosial şəbəkədə paylaşar. Bu adamın jurnalist olduğu qətiyyən inandırıcı deyil, sadəcə, o, jurnalist adından istifadə edir. Hesab edirəm ki, aidiyyəti qurumlar onun kimliyini, fəaliyyətini, məqsədini tamamilə araşdıracaqlar”.

İradə SARIYEVA 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ