09/08/2020 12:19
728 x 90

Binəqədidə boya fabrikində güclü yanğın... Nazir hadisə yerinə gəldi - FOTO/VİDEO

img

Bakıda boya fabrikində güclü yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin bununla bağlı yaydığı məlumatda deyilir ki, 4 iyul 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə Nazirliyin müvafiq qüvvələri cəlb olunub. Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Nazirliyin digər aidiyyəti rəhbər şəxsləri hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.

Qeyd edilir ki, yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların Nazirliyin müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

Hazırda Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir.

Son xəbərlər