09/08/2020 12:52
728 x 90

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər vəfat etdi

img

Azərbaycanda 534 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan baki-xeber.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 19801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11291 nəfər müalicə olunaraq sağalıb, 241 nəfər vəfat edib, 8269 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində 509 min 811 test aparılıb. Bugünkü test sayı isə 6846-dir.

Son xəbərlər