çərşənbə axşamı günü, 30 iyun 2026
     

Sərt karantin qaydaları iki həftə uzadıldı, sərt qaydalar altındakı rayonlar artırıldı, metro işləməyəcək...

Image


Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan baki-xeber.com-a bildirilib ki, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

  • 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.
  • Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:

4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

  • Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək həmçinin aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir:

  • nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;
  • ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;
  • muzey və sərgi zallarının fəaliyyəti;
  • bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
  • təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);
  • açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

  • təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;(SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə)
  • ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə)
  • yaxın qohumunun dəfnində iştirakla əlaqədar. (102 Xidməti – Zəng Mərkəzi vasitəsilə)

Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS - məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS - məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

Fəaliyyətinə icazə verilən qurum və sahələrin işləyən əməkdaşları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarı üzrə müəyyən edilmiş qaydalara uyğun olaraq xidməti vəsiqələr və ya “icaze.e-gov.az” portalı vasitəsi ilə hərəkət edə bilər.

Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir. Nəzərdə tutulan qaydalarla şəxslərin hərəkəti zamanı onların üzərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, özünü və yaxınlarını virusa yoluxmaqdan maksimum qorumaq üçün preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Bu müddətdə yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmaq zəruridir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

30.06.2026 / 18:16
Ankaraya yeni nəzər

30.06.2026 / 18:10
“Birinci Türkoloji Qurultay: yüz ilin elmi vǝ mǝdǝni irsi” mövzusunda beynǝlxalq konqres tarixi İsmailiyyə binasında davam edib

30.06.2026 / 18:09
Türk tarixinə baxış və ideoloji yanaşmalar müzakirə olunub

30.06.2026 / 18:01
Bakıda qanunsuz mərc oyunları təşkil edən cinayətkar dəstə ifşa edildi - VİDEO

30.06.2026 / 17:46
Türkiyədə təhsil islahatlarına Tacikistan etiraz edir - Türküstan, ya İranzəmin...?

30.06.2026 / 17:32
Dəhşətli istilər Avropada nəqliyyat infrastrukturunu çökdürür - dəmir yolu relsləri əyilir, asfalt əriyir, svetoforlar sıradan çıxır...

30.06.2026 / 17:12
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verdi

30.06.2026 / 16:57
İmtahan nəticələri açıqlandı

30.06.2026 / 16:47
Bodrumda Kılıçdaroğluna qarşı imza kampaniyası - “Səni şəhərimizdə istəmirik”…

30.06.2026 / 16:36
Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu bəyanat yaydı

30.06.2026 / 16:15
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

30.06.2026 / 16:12
Avrokomossiya rusiyalıların xaricə çıxışını yasaqlayır…

30.06.2026 / 16:08
NATO Zirvəsi öncəsi gizli hərbi planlar sızdı - Türkiyə F-35 qarşılığında S-400-ü Seula satır...

30.06.2026 / 15:32
Daha 6 itkin-şəhid dəfn ediləcək

30.06.2026 / 15:26
Avropa Birliyindən Ukraynaya 4 milyardlıq növbəti tranş - hərbi ehtiyaclar üçün…

30.06.2026 / 15:16
Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirildi... - YENİLƏNDİ

30.06.2026 / 15:11
Azərbaycan XİN İsrailə real strateji mesajlar verdi...

30.06.2026 / 14:42
Kinonatoqrafçılar yeni sədr seçkisini "0"-dan başlayacaqlar...

30.06.2026 / 13:55
Avropada istidən evində ölənlər Bakıda mənzil tikintisinin böyük qüsurunu yada saldı...

30.06.2026 / 13:42
Azərbaycan və Qazaxıstan XİN başçıları arasında telefon danışığı olub

30.06.2026 / 13:36
İbrahim Nəbioğlunun yeni çıxmış “Oxumaq və unutmaq paradoksu” kitabı haqqında

30.06.2026 / 13:18
Əli Əsədovun fermerlərə 100 bu başdan, 400 manat o başdan "dəstək qərarı" ...

30.06.2026 / 13:06
Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək

30.06.2026 / 12:56
Müasir türk dünyasında “ortaq humanitar məkan” Türkoloji Qurultaydan başladı - Əliyev nəyi nəzərdə tutur?...

30.06.2026 / 12:50
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici tədbir keçirilib

30.06.2026 / 12:48
Qarabağ reallıqları fonunda ikili standartlar

30.06.2026 / 12:46
Zərgərlər Trampa 321 brilyantla bəzədilmiş üzük hədiyyə etdi...

30.06.2026 / 12:39
“Azərbaycan Mədəniyyət Səfirləri” Assosiasiyası təsis olundu

30.06.2026 / 12:30
İlk Türkoloji Qurultayın Bakıda keçirilməsi Demokratik Respublika ilə bağlı idi - Əliyev tarixi xatırlatdı...

30.06.2026 / 12:18
Nazir repetitorluğun qadağan edilməsinin mümkün olmadığını deyir...

30.06.2026 / 12:09
MDU-dan Azərbaycanda ilk: Süni intellekt müəllim seçiminə cəlb olunur

30.06.2026 / 12:02
David Seliverstov “Caspian Capital Holding”in vitse-prezidenti vəzifəsinə təyin edilib

30.06.2026 / 11:56
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin dördüncü təlimi

30.06.2026 / 11:53
Putinin vətəndaşlıq rüsumunu 12 dəfə artırmasının hədəfləri arasında biz də varıq...

30.06.2026 / 11:51
Türk dillərinin inkişaf dinamikası ilə bağlı müzakirə aparılıb

30.06.2026 / 11:32
"Azərbaycan 2 mindən artıq erməni hərbçisinin qalıqlarını qarşı tərəfə təhvil verib" - Nazir müavini

30.06.2026 / 11:30
Rusiyada yanacağın daha da bahalaşacağı anons edildi – "artıq limitsiz və ucuz benzin gözləməyin”...

30.06.2026 / 11:22
"Prezident İlham Əliyevlə görüşdən sonra bir daha əmin oldum ki..." - ABŞ konqresmeni

30.06.2026 / 11:10
"Yaxşı müəllim olmaq hələ o demək deyil ki, həmin şəxs yaxşı direktor olacaq" - Emin Əmrullayev

30.06.2026 / 10:52
İtkin düşmüş şəxslərin sayı ilə bağlı son statistika açıqlandı

30.06.2026 / 10:24
Azərbaycanda heyvanlar da birjada satılacaq...

30.06.2026 / 10:03
Monakoda ukraynalı oliqarxa sui-qəsd cəhdi - 2-si ağır, 3 yaralı var...

30.06.2026 / 09:50
Azərbaycan nefti bahalaşdı...

30.06.2026 / 09:27
Ermənistandakı Rusiya bazası bağlanır? - Rusiya XİN-dən açıqlama...

30.06.2026 / 09:26
Sinan Oğan suala sualla cavab verdi - gündəm oldu

30.06.2026 / 09:12
Rusiyada yanacaq böhranı dərinləşir - Moskvada satış məhdudiyyətləri sərtləşdirildi...

30.06.2026 / 08:50
İraqda korrupsiya əməliyyatı - nazir müavininin 14 milyonuna əl qoyuldu...

29.06.2026 / 23:07
Rusiyadan Qərb ölkələrinə gözdağı - hücumlara qarşı tankerlərə ağır silahlar yerləşdirilir...

29.06.2026 / 22:51
Naxçıvanda sabiq xidmət rəisi məhkəmə qarşısına çıxarıldı - 3,6 milyonluq yeyinti...

29.06.2026 / 22:34
“Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək" - Vüqar Rəhimzadə

29.06.2026 / 22:28
Şəki Xan Sarayının tarixi yenidən yazılır

29.06.2026 / 21:55
Medvedev seçki siyahısına başçılıq edə bilmədi - Lavrov spiker olacaq?...

29.06.2026 / 21:28
Qarabağdan köçmüş ermənilər Ukraynada Rusiya üçün vuruşur - sirr açıldı...

29.06.2026 / 21:05
Paşinyan erməni cəmiyyətinə dərs verir - “Qarabağı almaq yox, vermək üçün bu sözləri dedim”...

29.06.2026 / 20:43
Trampla Putin Ukraynadan xəbərsiz razılaşma imzaladılar - dava düşüb...

29.06.2026 / 20:29
Azərbaycan parlamentindən Korsika ilə bağlı qanun layihəsinə tam dəstək...

29.06.2026 / 20:07
İsrail məhkəməsindən Netanyahu ilə bağlı şok qərar – vəkil üsyan etdi...

29.06.2026 / 19:49
Ata-oğul Qarabağ şəhidləri Orucovlar - Digər oğul isə polkovnik rütbəsində vuruşdu...

29.06.2026 / 19:32
"Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir" - Mehriban Əliyeva

29.06.2026 / 19:30
Avroittifaqda yəhudi və alman lobbiçiləri eston qızı Kaya Kallası məhv edir...

29.06.2026 / 19:16
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi - FOTO

29.06.2026 / 18:53
Problemli bank kreditləri yenidən böyüyür...

29.06.2026 / 18:39
ABŞ İsraili hədələdi - sizi xüsusi imtiyazlı müttəfiq statusundan məhrum edərik...

29.06.2026 / 18:25
Putindən sərt mesaj - Rusiya ya güclü olacaq, ya da yox olacaq...

29.06.2026 / 18:08
Almaniyada silahlı insident - beş nəfər öldürüldü...

29.06.2026 / 17:10
Türk Birliyinin Yeni Siyasi Mərhələsi

29.06.2026 / 17:08
Fransada istidən ölüm halları pik həddə - dəfn evləri dövlətdən yardım istədi

29.06.2026 / 17:07
ABŞ-İran danışıqları Dohada keçiriləcək

29.06.2026 / 17:04
ADY yay qrafikinə keçir

29.06.2026 / 16:54
İran Qətərlə razılaşdı – dondurulmuş 12 milyardın yarısı ölkəyə qaytarılır...

29.06.2026 / 16:47
Kılıçdaroğlu Kadir İnanırın dəfn törənində fitə basıldı

29.06.2026 / 16:31
Şahin Mustafayev: Türk əməkdaşlıq təşkilatlarının mexanizmləri yenilənməlidir

29.06.2026 / 16:27
Pivə istehsalçıları ilə görüşdən əlavə həm də mübarizə aparmaq lazımdır...

29.06.2026 / 16:20
Keçmiş İsrail naziri maraqlı detallara toxundu…

29.06.2026 / 16:08
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd etdi

29.06.2026 / 15:45
Ermənistanda 2700 illik “Argiştixinili şəhəri”? - Bu saxtakarlığa polyak alimlər də şərik oldu...

29.06.2026 / 15:32
Məktəblərdə dərs vaxtı telefondan istifadə qadağan edildi - Nazirdən qərar...

29.06.2026 / 15:08
Hunday və KİA-nın mühərrikləri "ən etibarsızlar" kimi tanındı...

29.06.2026 / 15:04
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq

29.06.2026 / 15:02
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin fəaliyyəti təkmilləşdirilir

29.06.2026 / 14:58
Azərbaycanla Ekvador arasında diplomatik pasport sahibləri vizadan azad ediliblər

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ