Cümə günü, 13 noyabr 2026
     

Xüsusi karantin rejimi daha 2 həftə uzadıla bilər

Image


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirib. “Trend”in məlumatına görə, brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva və Səhiyyə Nazirliyinin aparat rəhbəri Eldar Zeynalov jurnalistləri maraqlandıran suallara cavab verib.

  • Daha 556 nəfər koronavirusa yoluxdu, 346 nəfər sağaldı, 7 nəfər vəfat etdi

Y.Qarayeva deyib ki, Azərbaycanda 556 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Onun sözlərinə görə, daha 7 nəfər bu virusdan dünyasını dəyişib.

İndiyədək ölkədə, ümumilikdə, 17 524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 715 nəfər müalicə olunaraq sağalıb, 213 nəfər vəfat edib, 7 596 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 645, ötən müddət ərzində isə, ümumilikdə, 482 170 test aparılıb.

  • Xüsusi karantin rejimi uzadıla bilər

“Xüsusi karantin rejiminin daha iki həftə uzadılması ilə bağlı fikirlər var”. Bunu isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda koronavirusla bağlı məsələlər 24 saat ərzində nəzarətdə saxlanır, zəruri tapşırıqlar verilir və tədbirlər görülür.

H.Hacıyev qeyd edib ki, ev şəraitində müalicə olunan şəxslərə də dəstək göstərilməsi nəzərdən keçirilir. PA rəsmisi əlavə edib ki, koronavirus dünya miqyasında çox böyük sosial, iqtisadi və digər problemlərə yol açır: "Koronavirus dünyada problemləri daha da ağırlaşdırır, çətinləşdirir. Dünya miqyasında kornavirus müharibə kimi qəbul olunmalıdır. Koronavirus tam aradan qalxmayınca, bu təhlükəni hiss edəcəyik”.

H.Hacıyev bildirib ki, Azərbaycan koronavirusla bağlı beynəlxalq əməkdaşlığı davam etdirir. O bildirib ki, Azərbaycan bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq edir. H.Hacıyev vurğulayıb ki, Azərbaycanın beynəlxalq aləmdə gördüyü ən mühüm işlərdən biri də dövlət başçısının BMT Baş Assamleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü idi.

Təşəbbüsün dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəklənməsini vurğulayan H.Hacıyev bildirib ki, bu, Azərbaycan dövlətinə olan etimadın və hörmətin bariz nünuməsidir.

  • Pandemiya dövründə də Ermənistan təcavüzü davam etdirir

PA rəsmisi deyib ki, BMT Baş katibi tərəfindən COVID-19-la bağlı qlobal atəşkəs təşəbbüsü irəli sürülüb. H.Hacıyev bildirib ki, Azərbaycan beynəlxalq sülh təşəbbüslərini dəstəkləyir: “Ancaq yalnız atəşkəs kifayət deyil. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs əldə olunsa da, sülhə nail olunmayıb. Təəssüflər olsun ki, Ermənistan atəşkəs arxasında gizlənərək təcavüzü davam etdirir. Atəşkəsə olan çağırışlarla bərabər, BMT Nizamnaməsindəki tələb və prinsiplərin həyata keçirilməsi, işğala son qoyulması təmin olunmalıdır. Koronavirus pandemiyası dövründə bu, daha aktualdır”.

  • Azərbaycanla digər ölkələr arasında uçuşlar bərpa edilə bilər

H.Hacıyev bildirib ki, Azərbaycanla digər ölkələr arasında hava reyslərinin açılmasına baxıla bilər. Onun sözlərinə görə, Bakı-İstanbul pilot layihəsinin davamı olaraq digər ölkələrlə də reyslərin açılmasına baxıla bilər.

H.Hacıyev vurğulayıb ki, ölkələrin qarşılıqlı razılığı olduğu təqdirdə belə addımlar atıla bilər.

PA rəsmisi əlavə edib ki, İstanbuldan təşkil olunan reyslərdə tələbələrə AZAL tərəfindən 30 faiz güzəşt tətbiq olunur.

  • Ermənistan hakimiyyəti rəqəmlərin əksəriyyətini gizlədir

Ermənistan hakimiyyətinin yarıtmaz siyasəti nəticəsində ölkədə koronavirusla bağlı acınacaqlı vəziyyətin hökm sürdüyünü deyən H.Hacıyev bildirib ki, Ermənistan hakimiyyəti rəqəmlərin əksəriyyətini gizlədir, düzgün məlumat vermir.

PA rəsmisi vurğulayıb ki, Ermənistan dünyadan yardım diləndiyi halda, Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı qlobal təşəbbüsünə qarşı çıxır: “Bu, bir daha Ermənistanın əsl mahiyyətini ortaya qoymuş oldu. Bütün dünya ölkələri koronavirusla bağlı həmrəylik nümayiş etdirir. Dünya ölkələri bəyan edir ki, bu təşəbbüs çox vacib və yerində irəli sürülən bir təşəbbüsdür. Lakin Ermənistan tərəfi bu təşəbbüsə qarşı çıxmaqla əsl mahiyyətini ortaya qoymuş oldu”.

  • Evdə müalicə olunan xəstələr dərmanlarla təmin olunacaq

Səhiyyə Nazirliyinin Aparat rəhbəri Eldar Zeynalov isə deyib bildirib ki, evdə müalicə olunan COVID-19 xəstələrinə dərmanların poliklinikalar vasitəsilə çatdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, bu dərmanlar qeydiyyatda olan xəstələrə veriləcək.

E.Zeynalov bildirib ki, ev şəraitində müalicə edilən xəstələrin dərman təminatı məsələsi həll olunacaq. Ev şəraitində müalicə edilənlər COVID-19-a yoluxan, ancaq simptomsuz olan və yüngül əlamətləri, toksik dərmanlarla müalicəyə ehtiyacı olmayan xəstələrdir.

Nazirlik rəsmisi əlavə edib ki, evdə müşahidə altında saxlanılan şəxslərin immun sistemini gücləndirən yüngül dərmanlarla, əsasən vitaminlərlə müalicəsi nəzərdə tutulur.

O, virusa yoluxmuş şəxslərin apteklərə getməsinin yolverilməz olduğunu söyləyib.

  • Ev şəraitində müalicə işi poliklinikaların üzərinə qoyuldu, təcili yardımın işi yüngülləşəcək

N.Zeynalov deyib ki, poliklinikalar yükün bir hissəsini öz üzərinə götürdükdən sonra təcili yardım xidmətlərinin işinin daha səmərəli olacağını gözləyə bilərik. COVID-19-a yoluxmuş şəxslərin evdə müalicəsi və müşahidəsinin aparılması xəstəxanaların, tibb işçilərinin üzərinə düşən yükün azaldılması məqsədi daşıyır.

Onun sözlərinə görə, ev şəraitində müalicə işi poliklinikaların üzərinə qoyulub: “Təcili tibbi yardımın gec gəlməsi, testlərin gec bilinməsi ilə bağlı faktlar varsa da, poliklinikalar yükün bir hissəsini öz üzərinə götürdükdən sonra xəstəxanaların və təcili yardım xidmətlərinin işinin daha səmərəli olacağını gözləyə bilərik”.

  • Evdə müalicə edilən koronavirus xəstələri evi tərk edə bilməz

E.Zeynalov qeyd edib ki, ev şəraitində müalicə olunan COVID-19 xəstələrinin nəzarətdə saxlanması Nazirlər Kabinetinin 12 iyun tarixli qərarına edilən dəyişikliklə tənzimlənir. Onun sözlərinə görə, bu xəstələrin evi tərk etməməsi məqsədilə akt imzalanır və belə xəstələr iltizamnaməyə qol çəkirlər.

E.Zeylanov əlavə edib ki, belə xəstələrin vəziyyətinə sahə həkimləri telefonla nəzarət edirlər. Ehtiyac olarsa, həkimlər evə gələrək xəstəyə baxış keçirəcək və vəziyyəti qiymətləndirəcəklər.

  • Koronavirus əlamətlərini gizlədən vətəndaşlarımız var…

“Bunu etiraf edək ki, bir çox vətəndaş COVID-19-un əlamətlərini hiss edənə qədər onu başqalarına bildirməkdən çəkinir” – deyən N.Zeynalovun sözlərinə görə, belə şəxslər xəstəxanaya yerləşdiriləcəklərindən, planlaşdırdıqları işi görə bilməyəcəklərindən ehtiyat edirlər. Buna görə də bu xəstəliyi müəyyən müddət gizli saxlayırlar: “Onlar özbaşına müalicə tədbirləri görür və müəyyən nəticə gözləyirlər. Nəzərə almalıyıq ki, koronavirusa yoluxma zamanı xəstənin vəziyyətinin dəyişməsi qısa zaman ərzində baş verə bilər. Bu əlamətləri görən kimi həkimə müraciət etməyi tövsiyə edirəm”.

  • Koronavirus əlamətləri olan şəxslər hara müraciət etməlidir...

N.Zeynalov qeyd edib ki, indiyədək simptomu olan xəstələr COVID-19 testi vermək və ya xəstəxanaya çatdırılmaq üçün təcili tibbi yardıma müraciət ediblər. İndi isə bunun tətbiq ediləcəyi ardıcıllıq dəyişdirilib.

Onun sözlərinə görə, özündə COVID-19 xəstəliyinin əlamətlərini görən insanların poliklinikaya gəlməsinə ehtiyac yoxdur. Çünki bu zaman onlar digər şəxsləri də yoluxdura bilərlər: “Belə şəxslər poliklinika ilə əlaqə saxlayacaqlar. Bir çoxları sahə həkiminin də telefon nömrəsini bilir, onunla da əlaqə saxlamaq olar”.

N.Zeynalov qeyd edib ki, Bakıda və ətraf ərazilərdəki poliklinkaların əsasında 39 COVID məntəqəsi yaradılıb: “Özündə COVID əlamətlərini hiss edən şəxslər barədə məlumatlar bu məntəqələrə çatdırılacaq. Ondan sonra təcili yardım deyil, ilkin səhiyyə xidməti çərçivəsində briqadalar həmin şəxsin evinə gələrək analizlər götürəcəklər. Testin nəticəsi çıxana qədər ona təlimat veriləcək.

Testin nəticəsi müsbət çıxarsa, sahə həkiminin nəzarəti altında onun müalicəsi aparılacaq. Əgər vəziyyətdə dəyişiklik olacaqsa, bu barədə müvafiq qurumlara məlumat verildikdən sonra xəstə pandemik xəstəxanaların birinə çatdırılacaq”.

  • Evdə müalicə alan COVID-19 xəstələrinin sayı hələ ki, bəlli deyil

N.Zeynalov deyib ki, evdə müalicə alan COVID-19 xəstələrinin sayı hələ ki, bəlli deyil. Lakin artıq statistika yeni yanaşma ilə aparılmağa başlanır. Onun sözlərinə görə, COVID-19 xəstəliyindən əziyyət çəkmiş və xəstəxanada müalicə olunan xəstələr evə yazılarkən onlara ambulator müalicə təyin edilir. Bu xəstələr sahə həkiminin nəzarəti altında aparılır: “Beləliklə, həmin xəstələr yaşadığı ünvan üzrə poliklinikada qeydiyyatda olurlar. Hazırda Bakı və ətraf qəsəbələrdə 2000-ə yaxın şəxs poliklinika nəzarətindədir. Amma bundan sonra poliklinika tərəfindən qeydiyyata alınan, aktiv nəzarətə götürülən, yüngül əlamətləri olan xəstələrin statistikası yenidən formalaşdırılacaq”.

Y.Qarayeva isə bildirib ki, TƏBİB testlərlə bağlı işləri davam etdirir və bu prosesdə gecikmə olmur. Onun sözlərinə görə, hazırda qurum pozitiv şəxslərin təmaslarını və xaricdən gələnləri test edir: "Bizim laborator imkanların artırılması planlaşdırılır. Yaxın vaxtlarda ölkəyə xaricdən yeni avadanlıqların gətirilməsi gözlənir. Ümumi olaraq test saylarının artması müşahidə olunur".

  • Ramin Bayramlının istefa verməsi xəbərləri təkzib edildi

Y.Qarayeva deyib ki, TƏBİB-in sədri Ramin Bayramlı istefa verməyib və hazırda iş başındadır. Onun sözlərinə görə, TƏBİB-də COVID-19-la mübarizə ilə bağlı hazırda layihələr həyata keçirilir və Ramin Bayramlı həmin layihələrə rəhbərlik edir: "Bu gün Türkiyədən həkimlər dəvət olunub və Ramin Bayramlı onlarla birlikdə COVID-19-la mübarizə istiqamətində çalışır. Hazırda Ramin Bayramlı xəstəxanalarda xəstələrin vəziyyətini şəxsən nəzarətdə saxlayır".

  • Apteklərdə satılan dərmanların qiymətinə nəzarət kimin səlahiyyətindədir…

Y.Qarayeva bildirib ki, TƏBİB apteklərdə satılan dərmanların qiymətinə nəzarət etmək səlahiyyətində deyil. Onun sözlərinə görə, qurum yalnız xəstəxanalara nəzarət edir: "Bizim vəzifəmiz xəstəxanalarda dərman çatışmazlığının aradan qaldırılması və xəstələrin vəziyyətini nəzarətdə saxlamaqdır. Biz bu prosesə ciddi nəzarət edirik. Amma apteklərdə qiymət tənzimləmək bizlik deyil".

  • Artıq gənc yaşda insanlar da yoluxur

Y.Qarayeva deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah yaranandan COVID-lə mübarizə üçün planlar hazırlayıb.

Onun sözlərinə görə, TƏBİB çalışır ki, itkilər minimal olsun: "Bunun üçün planlar həyata keçiririk. Bu xəstəlik çox ciddidir. Artıq gənc yaşda insanların yoluxmalarına şahid oluruq. Biz bu prosesi nəzarətdə saxlayırıq. Gözləmirik ki, xəstəlik pik həddə çatsın".

  • Karantin rejiminin müsbət nəticəsi…

TƏBİB-in şöbə müdiri qeyd edib ki, Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi öz müsbət nəticəsini verir. Onun sözlərinə görə, tətbiq edilən xüsusi karantin nəticəsində yoluxma sabitləşib. Karantin bizim xəstəxanalarda palata sayımızı nizamlamağa imkan verir, xəstələrin yerləşdirilməsinə şərait yaradır. Karantin rejimi, həmçinin, xəstəliyin yoluxma səviyyəsinin iki dəfə artmasının qarşısını alır".

Y.Qarayeva deyib ki, dünya mətbuatında koronavirusun mutasiya etməsi haqqında məlumatlar yer alıb. Azərbaycanda bununla bağlı araşdırma aparılmır. Onun sözlərinə görə, bu məsələ ilə əlaqəli məlumatlar aparılacaq tədqiqatların mövzusudur: "Bu, yeni bir virusdur. Azərbaycanda da bununla bağlı araşdırma aparılacaq".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ