Cümə günü, 13 noyabr 2026
     

Karantin qaydalarını yumşaldan ölkələrdən Azərbaycanın böyük fərqi - Azərbaycan yumşalmaya vaxtsız gedə bilməz…

Image


Bildiyimiz kimi, dünyanı cənginə alan koronavirus pandemiyası bir çox dövlətin iqtisadiyyatına mənfi təsir göstərib, onların iqtisadi-maliyyə resurslarının tükənməsinə səbəb olub. Hətta öz iqtisadiyyatı ilə öyünən böyük dövlətlər belə bu ağır şəraitdə iqtisadi və maliyyə resurslarını qoruya, tənzimləyə bilmədilər.

Bu səbəbdən də həmin ölkələr karantin rejimini yumşaltmağa qərar verdilər. Öz iqtisadiyyatlarını, maliyyə resurslarını əhalinin sağlamlığından üstün tutan bəzi ölkələrdə bununla da pandemiya daha sürətlə yayılmağa başladı. Bəzi ölkələrdə məhdudiyyətlərin aradan qaldırılmasının başlıca səbəbinin iqtisadiyyat faktoru olduğu açıq şəkildə ortaya çıxıb. Məhdudiyyətlər zamanı həmin ölkələrin iqtisadi fəallığı dayandı və dövlətlər iqtisadiyyatın çökməsindən ciddi zərər gördülər, gəlirləri azaldı və heç cür əhalinin tələbatını, sosial rifahını təmin edə bilmədilər. Bu halda da, təbii ki, sosial narazılıqlar artmasın, əhali etiraz etməsin deyə, onlar yumşaldılmaya getdilər. Qeyd etdiyimiz kimi, bu ölkələr əhalinin sağlamlığından, təhlükəsizliyindən çox öz gəlirlərini düşündülər və yumşalmanı həyata keçirməklə vətəndaşların həyatını təhlükəyə atdılar.

Bildiyimiz kimi, Azərbaycanda isə məsələyə tamamilə başqa cür yanaşıldı və dövlətimiz üçün əsas məsələ əhalinin sağlamlığı və təhlükəsizliyi olduğundan, karantin qaydalarının yumşaldılmasına getmədi. Azərbaycan iqtisadi və siyasi cəhətdən güclü dövlətdir və bütün çətinliklərə baxmayaraq, əhalinin  sağlamlığını qorumaqla yanaşı, sosial təminatın, iqtisadi dayanıqlığın təmin edilməsi üçün bir sıra tədbirlər həyata keçirdi, sosial paketlər qəbul etdi, əhaliyə maliyyə yardımları verdi. Bu gün də dövlət bu prosesi davam etdirir. Azərbaycan dövləti üçün heç bir səbəb  əhalinin sağlamlığından öndə ola bilməz və bu səbəbdən də əhalini qorumağı öz iqtisadi maraqlarından üstün tutdu.

Ekspertlər hesab edirlər ki, bu gün Azərbaycan böyük iqtisadi gücə, maliyyə resurslarına, valyuta ehtiyatlarına malik olan bir ölkə kimi əhalisini tam olaraq təmin etməyə qadirdir. Karantin qaydalarını yumşaldan ölkələrin çoxunun iqtisadi dayanıqlığının tam təmin edilməməsi nəticəsində orada iş yerləri, zavod və fabriklər işləmədikdə dövlətlər ciddi maliyyə çətinliyi ilə üzləşirlər, bu səbəbdən də onlar qaydaları yumşaldaraq əhalinin işləməsinə imkan yaradırlar. Azərbaycanda isə yumşaldılmaya ehtiyac olmadığını və əhalinin dövlət tərəfindən tam təmin edildiyini deyən ekspertlər hesab edirlər ki, Azərbaycan dövləti qədər öz vətəndaşına sahib çıxan dövlət azdır.

  • “Azərbaycanda ağıllı, planlı, idarəolunan karantin rejimi tətbiq olunur”

 “Resurs” Analitik İnformasiya Mərkəzinin sədri Rasim Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan dövlətinin həyata keçirdiyi bütün tədbirlərin əsasında vətəndaş amili əsasdır. R.Quliyev qeyd etdi ki, bu gün dünyanın müxtəlif qitələrində yerləşən böyük dövlətlərin əksəriyyəti, Azərbaycandan fərqli olaraq, öz resurslarını pandemiya ilə mübarizəyə səfərbər etməyib. “Resurs” Analitik İnformasiya mərkəzində bu məsələ ilə bağlı müəyyən araşdırmalar aparmışıq, başqa ölkələrdə tətbiq edilən rejimlə Azərbaycanda tətbiq edilən qaydaları müqayisə etmişik, ona təhlil vermişik. Biz də bundan müəyyən nəticələrə gəlmişik. Əsas qənaətlərimiz belədir ki, Azərbaycanda ağıllı, planlı, idarəolunan karantin rejimi tətbiq olunur. Ölkəmizdə epidemioloji vəziyyət və tətbiq olunan karantin rejimi planlı şəkildə, ağıllı idarəolunan bir prosesdir. Yəni burada təkcə insanların epidemiyadan qorunması nəzərə alınmır, həmçinin də ölkənin iqtisadi inkişafı da, insanların psixoloji-mənəvi vəziyyəti də nəzərə alınır və insanların sağlamlığının qorunması başlıca şərt olaraq götürülür və ümumilikdə, kompleks tədbirlər görülür, ciddi karantin rejimi tətbiq edilir. Epidemioloji vəziyyətin ocaqlarına uyğun olaraq,  müxtəlif lokalizasiya üsulları ilə, epidemiya əleyhinə tədbirlər görülərək tətbiq olunur. Biz bu müddətdə özümüz də gördük ki, ölkənin həyatı nisbətən normal qaydada davam edir. Cənab Prezidentin göstərişi və rəhbərliyilə dünyada və ölkəmizdə pandemiya dövrünə uyğun olaraq tibb müəssisələrinin, səhiyyə sektorunun inkişaf etdirilməsi ilə bağlı çox böyük tədbir həyata keçirilib. Eyni zamanda, ölkənin əsas sənaye müəssisələri öz fəaliyyətini davam etdirib, ölkə iqtisadiyyatı dayanmayıb. Hazırda Azərbaycanda iqtisadiyyatın başlıca prioritet sahəsi, başlıca hədəfi olan kənd təsərrüfatı da mövsümi qayda-qanunlara uyğun olaraq, öz fəaliyyətini dayanmadan davam etdirir. Dediyim kimi, bu epidemioloji vəziyyətə uyğun  qaydalar çərçivəsində ölkəmizdə iqtisadi inkişaf da davam edir. Cənab Prezident kənd təsərrüfatına xüsusi qayğı və diqqət göstərir, buna bariz nümunə kimi ölkə başçısının taxıl biçinində iştirak etməsi göstərilə bilər. Bütün bunlar Azərbaycan dövlətinin dünyada mövcud olan pandemiya ilə mübarizədə müxtəlif dövlətlərdən fərqli mübarizə tədbirləri həyata keçirməsi ilə bağlıdır. Düzdür, dünyada müxtəlif metodlar var, yanaşmalar, yanaşmalarda siyasət, düşüncələr, deyək ki, icra mexanizmi bir az fərqlidir. Hər bir dövlət bunu özünəməxsus formada həyata keçirir. Dünyada koronavirus hələ pandemiya elan edilməmişdən əvvəl buna Azərbaycan dövləti ilk reaksiya verən ölkə kimi estafeti götürdü və qabaqlayıcı tədbirlər gördü. Ağıllı, planlı şəkildə idarəolunan epidemioloji vəziyyətdən çıxış yolu kimi istifadə edilən qaydalar, qadağalar hamısı plan üzrə həyata keçirilib. Təbii ki, müasir dünyada, həm Amerikada, həm bəzi Avropa və Asiya ölkələrində, eləcə də bizimlə qonşu olan dövlətlərdə pandemya ilə mübarizədə gecikdilər, buna qeyri-ciddi yanaşdılar, vəziyyətin ciddiliyini gördükdən sonra isə daha sərt qaydalar tətbiq etməyə başladılar. Bunun ardınca isə vaxtından əvvəl karantin qaydalarını yumşaltdılar. Bunu da planlı və idarəolunan şəkildə vəziyyətdən çıxış yolu yox, hadisələrin arxasınca hərəkət adlandırmaq olardı. Bunun nəticəsində də virusun ikinci dalğasının yayılması ilə dünya üz-üzə qalıb. Yəni bu məsələdə Azərbaycan o dövlətlərin heç biri ilə müqayisə olunmur. Hansı ölkə qaydaları yumşaldırsa yumşaltsın, öz vətəndaşını təhlükə altında qoyursa qoysun, fövqəladə vəziyyət elan edirsə etsin, amma Azərbaycan məsələyə planlı yanaşma metodu ilə yanaşır. Karantin qaydalarını vaxtından əvvəl yumşaldan ölkələrdən fərqli olaraq, Azərbaycanda epidemioloji vəziyyət nəzarətdədir və epidemioloji vəziyyət Azərbaycan hökuməti tərəfindən tam idarəolunandır. Azərbaycan dövlətinin həm daxili, həm xarici, həm də iqtisadi siyasətində başlıca prinsiplərdən biri humanizm prinsipidir, insan, vətəndaş amilidir. Azərbaycan dövləti məhz bu amillərdən çıxış edir”.

R.Quliyev qeyd etdi ki, mövcud qaydalar Azərbaycan hökuməti tərəfindən tətbiq ediləndə bu, planlı, ağıllı şəkildə, proqram əsasında həyata keçirilir. “Bu qaydalarda bir neçə məsələ prinsipial olaraq nəzərə alınıb. Yəni mövcud karantin qaydalarının tətbiqində insanların, vətəndaşların sağlamlığı birinci prinsipdirsə, ikinci prinsip iqtisadi inkişafdır. Üçüncü prinsip isə hamısından vacib vətəndaşların sosial, psixoloji-mənəvi vəziyyətidir. Yaşlı insanların, müəyyən sosial qrupların psixoloji-mənəvi vəziyyəti də burada tam olaraq nəzərə alınır” - deyə R.Quliyev qeyd etdi.

R.Quliyevin də fikirlərindən aydın oldu ki, başqa ölkələrdən fərqli olaraq, ölkəmizin karantin qaydalarını yumşaltmaması tam əsaslıdır və bunun da əsasında vətəndaşların sağlamlığının qorunması dayanır.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ