Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi “Yenidən başlamaq üçün Türkiyənin rəngləri sizi gözləyir” şüarından istifadə edərək, ölkənin təbii və tarixi zənginliyini tanıdan filmlə turistləri Türkiyəyə istirahətə dəvət edir.
Baki-xeber.com-un xəbərinə görə, Türkiyənin təbii və tarixi zənginliyinin nümayiş etdirildiyi filmdə Qara dəniz yaylalarından Aralıq dənizinin geniş sahillərinə, tarixi açıq hava muzeylərindən kanyon idmançılarına qədər cəzbedici rəngli görüntülər diqqət çəkir.