12/07/2020 01:25
728 x 90

Bakıda koronavirusa yoluxma sayında böyük artım - ən çox yoluxma Binəqədi, Yasamal və Xətaidə...

img

Bakıda koronavirusa yoluxanların sayı artmaqda davam edir. Trend-in məlumatına görə, ötən həftə ölkə üzrə virusa yoluxmanın 49,5 faizi Bakının payına düşürdüsə, bu həftə bu rəqəm 53,4 faizə çatıb.

Bakı şəhəri üzrə ən çox yoluxma halları Binəqədi, Yasamal və Xətai rayonlarında olub. Paytaxt üzrə yoluxanların 12,9 faizi Binəqədi, 12,6 faizi Yasamal, 11,9 faizi isə Xətai rayonlarının sakinləridir. Yoluxma hallarının 11,9 faizi Sabunçu, 10,7 faizi Nəsimi, 9 faizi Suraxanı, 8,6 faizi Nərimanov rayonlarında olub.

Bakı şəhəri üzrə ən az yoluxma halı isə Pirallahı rayonunda qeydə alınıb.

Son xəbərlər