Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanda dövlət virusla mübarizədə nə lazımsa edib - cəmiyyət də dövlət kimi məsuliyyətli olsaydı...

Image


Azərbaycan dövlətinin koronavirusla mübarizə strategiyası tamamilə yeni, təkmil və faydalı bir platforma kimi bütün dünyaya nümunə olub. Mübaliğəsiz deyə bilərik ki, dövlət bu istiqamətdə bütün vacib və gərəyi olan tədbirləri böyük qayğı ilə, məsuliyyətlə həyata keçirib və keçirməkdə də davam edir.

Başdan görülən qabaqlayıcı tədbirlər, virusun yayıldığı dövrdə həyata keçirilən hərtərəfli işlər buna nümunədir. Proses vətəndaşların və dünyanın gözləri qarşısında həyata keçirildiyi və bu barədə kifayət qədər deyildiyi, danışıldığı üçün, detallara varmaq istəmirik. Fakt budur ki, Azərbaycan dövləti koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi bütün tədbirləri vətəndaşlarımızın sağlamlığının qorunması və virusdan çəkəcəyimiz zərərin minimuma endirilməsi naminə edib. Amma təəssüf ki, bir sıra vətəndaşların məsuliyyətsizliyi üzündən koronavirusla mübarizədə hələ də qalib gələ bilməmişik. Amma məsuliyyətimizi daha da artırsaq, səhlənkarlığımızı unutsaq və dövlətin qoyduğu qayda-qanunlara əməl etsək, inanırıq ki, tezliklə virusla mübarizədən qalib çıxan xalqlardan, dövlətlərdən biri və birincisi kimi adımızı bəşər tarixinə yazdıracağıq.    

Prezident İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında etdiyi çıxış zamanı dövlətin koronavirusla mübarizə istiqamətində bütün mümkün tədbirləri həyata keçirdiyini və bundan sonra da keçirəcəyini bir daha bəyan edib. “....Dövlət nə lazımdırsa, onu edir. Bundan artıq nəsə etmək mümkün deyil. Çünki nə lazım idisə, biz onu etmişik və edəcəyik. Bu məqsədlər üçün istənilən vəsaiti xərcləməyə hazırıq, vəsaitimiz də var və heç kimdən də asılı deyilik” - deyə ölkə başçısı nitqində bildirib.

Prezidentin də nitqində bir daha qeyd etdiyi və bizim də gördüyümüz, şahidi olduğumuz kimi, dövlət koronavirusla mübarizə üçün nə lazımdısa edib və edir də. Bu halda, həqiqətən, cəmiyyət də dövlət kimi məsuliyyətli olsaydı, indi hansı nəticələrimiz olardı?

“...öz məsuliyyətini dərk edərək, bu bəlanın azalmasına səbəb olsunlar”

 “Novoye vremya” qəzetinin baş redaktoru, tanınmış siyasi icmalçı Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, əgər vətəndaşlar dövlət kimi məsuliyyətli davransaydı və öz üzərinə düşən sadə vəzifəni icra etsəydilər, virusla bağlı vəziyyət bu dərəcədə kəskin olmazdı, yoluxanların sayı günü-gündən artmazdı. “Virusla bağlı təhlükəli vəziyyət artıq o həddə çatıb ki, cənab Prezident bununla bağlı narahatlığını açıq şəkildə cəmiyyətə, vətəndaşlara çatdırdı. Ölkə başçısı pandemiyanın təhlükəli hal aldığını cəmiyyətə çatdırmaqla, vətəndaşları bir daha məsuliyyətli olmağa çağırdı. Vətəndaşlar cənab Prezidentin çıxışından nəticə çıxarmalı və məsuliyyətlərini artırmalıdırlar. Əgər yadınızdadırsa, sizin qəzetdə bizim bu məsələ ilə bağlı dəfələrlə söhbətimiz olub. Yenə də qeyd edirəm ki, insanlar, vətəndaşlar məsuliyyətli olmasalar və öz üzərlərinə düşən vətəndaş məsuliyyətini dərk etməsələr, hər kəs evində, ailəsində, küçəsində, binasında bu virusla qarşılaşacaq. Bir sıra insanlar bu virusa yoluxana, yaxud yaxınları tutulana qədər virusun olduğuna inanmırdılar. Amma indi inanmağa başlayıblar. Bilirsiniz ki, ölkəmizdə dövlətin gördüyü tədbirlər nəticəsində virusa yoluxanların sayı çox az idi və vətəndaşlar həmin zaman məsuliyyətli davranmalı idilər ki, sonradan virus yayılmasın. Çox təəssüf ki, cəmiyyətin bir xeyli hissəsi pandemiyaya qeyri-ciddi yanaşdı və onların məsuliyyətsizliyi nəticəsində isə mövcud səhnə ilə üzləşdik. Pandemiya ilə bağlı mövcud olan sərt karantin rejiminin qaydaları çox sadə idi. Vətəndaşdan maska taxmaq, sosial məsafə saxlamaq, sanitar-gigiyena qaydalarına əməl etmək tələb olunurdu. Ağrılı hal ondan ibarətdir ki, vətəndaşlarımız buna biganə yanaşdılar, sərt karantin rejimi yumşalan kimi küçələrə, parklara, restoranlara, açılan ticarət mərkəzlərinə, mağazalara, yarmarkalara axışdılar. Onların, lazım oldu-olmadı, etdikləri bu hərəkətlər indiki duruma gətirib çıxardı. Vətəndaşlar zamanında məsuliyyətli davransaydılar, biz indi bu acı mənzərənin şahidi olmazdıq və virusla vidalaşmışdıq. Lakin belə olmadı. Prezidentin də qeyd etdiyi kimi, bu, ilk növbədə, insanların sağlamlığını təhlükə altına atdı, ikinci növbədə, ölkənin iqtisadi, maliyyə vəziyyətini ağır duruma saldı. Dövlət hər şeyi edir. Amma vətəndaş məsuliyyətsizliyinə görə vəziyyət istər sağlamlıq, istərsə də iqtisadi və maliyyə cəhətdən çətinləşərsə, vəziyyət daha da ağırlaşa bilər. Cənab Prezident bunu Gəncədə qeyd edib”.

Bir daha Azərbaycan vətəndaşlarını məsuliyyətli olmağa səsləyən Ş.Ağayev qeyd etdi ki, əhali hər şeydən əvvəl məsuliyyətli olarsa, dövlətin bu istiqamətdə gördüyü işlərin nəticəsi daha da effektiv olar. “Cənab Prezidentin söylədiyi kimi, ölkə vətəndaşları üç şərtə əməl etməlidir. Yəni vətəndaşlar maskadan istifadə etməli, ara məsafəsi saxlamalı və dezinfeksiya işləri görməlidirlər. Bu qaydalara vaxtında əməl etsəydik, məsuliyyətli olsaydıq, koronavirus bəlasından çoxdan xilas olmuşduq. Görürsünüz ki, başqa yerlərdə vəziyyət yaxşılaşdığı halda, bizdə vətəndaş məsuliyyətsizliyi nəticəsində durum getdikcə ağırlaşır. Hesab edirəm ki, heç olmasa, vətəndaşlar, cəmiyyət indən sonra dövlətin üzərinə götürdüyü məsuliyyətin bir hissəsini öz üzərinə götürüb, öz məsuliyyətini dərk edərək, bu bəlanın azalmasına səbəb olsunlar. Əgər vətəndaşlar indi öz məsuliyyətlərini anlayıb, üzərlərinə düşən vəzifəni görsələr, bu virusun səngiməsinə, azalmasına yardımçı olacaqlar” - deyə Ş.Ağayev vurğuladı. 

Ekspertin də mövqeyindən məlum oldu ki, virusun azalması, tamamilə yox olması istiqamətində vətəndaşlar da, cəmiyyət də dövlətin məsuliyyətini bölüşməlidir. Bu amil bizi xalq və dövlət olaraq  görünməz düşmənlə mübarizədə məğlub deyil, qalib edəcək.

İradə SARIYEVA  




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ