Cümə günü, 13 noyabr 2026
     

“Mənim yuxum çin olacaq” - FOTO

Image


Uzun illər doğulduğu torpaqlardan ayrı qalan və belə bir kövrək yaşda “İnanıram ki, o yurda dönəcəyik” deyərək ümidinə söykənib gözlərini dilsiz-ağızsız yollara dikən Allah bəndəsi nə şairdi, nə yazıçı, nə rəssam, nə də ki, bəstəkar. Onun tale yolu dağlardan başlayıb. Gördüyü ilk dəniz Göyçə gölü olub, çünki göyçəlilər kimi, Qaraqoyunlular da Göyçə gölünə dəniz deyirdilər.

Maraqlı müsahibdir. Görüşəndə “Yaş əllini keçdimi insanın dağdan bağa enən vaxtıdır”, - deyib söhbətimizə könül körpüsü saldı. O danışdıqca mənə elə gəldi ki, tariximizlə bağlı bildiklərim bilmədiklərimin yanında bir zərrədir.

Yaddaşı çox güclüdür. Qaraqoyunlu mahalının kəndlərini bircə-bircə saydıqca rənginin dəyişdiyini, səsinin, əllərinin titrədiyini gördüm.

“Cənab polkovnik-leytenant, gənc nəsil bu gün Ermənistan adlanan tarixi torpaqlarımız haqqında məlumatlı olmalıdır. Bizdən sonra gələnlər bilməlidirlər ki, Qaraqaya, Yanıxpəyə, Çaykənd, Haqqıxlı, Polad, Mürteil, Sala, Dəryavad, Əmirxeyir, Gölkənd, Qaratorpaq, Cıvıxlı, Çubuxlu kimi doğma el, oba, yer, yurd adlarının haylarla heç bir əlaqəsi yoxdur. Bu tarixi toponimlər ulu türk babalarımızdan bizə miras qalıb. Bu gün ikili standartların “at oynatdığı” dünyada ağa qara demək olar, amma torpağın yaddaşını silmək mümkün deyil”.

O, tarixçi də deyil. Amma tariximizi çoxlarından yaxşı bilir və bu gün Vətən tarixini yazanlar, zaman gələcək, onun adını dərsliklərə salacaqlar ki, bizlər və bizdən sonra gələnlər Vətənimizin bütün sərvətlərindən daha qiymətli olan belə istedadlı, zəhmətsevər, torpaqcanlı insanlarını tanıyaq. Tanımasaq, tanıtmasaq gec olacaq...

Bu gün - iyun ayının 22-də Tofiq Məhəmmədovun 70 yaşı tamam olur. Bu adda, bu soyadda Azərbaycanda onlarla, yüzlərlə şəxs var. Ancaq neftçi Tofiq deyəndə, barəsində fikir söyləmək istəyənlərin, onu özünün müəllimi hesab edənlərin sayının təkcə ölkəmizdə deyil, ölkəmizdən kənarda da yüzlər, minlər olmasını təsəvvür etdinizmi? Qara ilə üz ağartmaq hər oğula nəsib olmur. Bəlkə də ilk baxışdan nə demək istədiyimi anlamaq çətin gələr. Elə fikrimin açmasını da özüm deyim: Tofiq müəllim neftçidir, “qara qızıl”ımızı yerin altından çıxarıb üzümüzü, günümüzü, güzaranımızı ağ edənlərdəndir. 1994-cü ilin sentyabrında ulu öndər Heydər Əliyevin uzaqgörənliyi, dövlətçilik təcrübəsi və qarabilək, qarapolad üzlü oğulların gecəli-gündüzlü zəhməti, gərgin əməyi sayəsində Azərbaycan nefti dünya bazarına debüt etdi. Həmin tarixdən bütün Qafqazda Azərbaycan nefti sabitliyin təməl daşı, qarantı oldu...

Mətləbdən uzaqlaşmayıb ömrünün yarım əsrə yaxın bir dönəmini neft sənayemizin inkişafına həsr edən, sözün əsl manasında bu tarixi şəxsiyyətlə sizləri yaxından tanış etmək istəyirəm.

Tofiq Həzrətqulu oğlu Məhəmmədov 1950-ci ildə indiki Ermənistanın Qaraqoyunlu mahalının Əmirxeyr kəndində dünyaya göz açıb. Əmirxeyir kənd məktəbi 8 illik olduğundan 10 illiyi Gölkənddə bitirib. 1967-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunun geoloji kəşfiyyat fakültəsinə daxil olub. Uca zirvələrdən, yalçın qayalardan, sərin yaylaqlardan, buz bulaqlardan uzaq düşən dağlar oğlunun şəhərə uyğunlaşması çox zaman almasa da, qardaşı ilə kirayədə qaldığı doqquz kvadratlıq otağa kitabları sığsa da, ürəyi, ruhu sığmayıb. Bu yerdə onun çətinliklərdən necə sıyrıldığını, sıxıntılarını, xatırladıqca kövrəldiyi xatirələrini yazının ruhuna uyğun bir yarpaqlıq şeirlə ifadə etsəm yerinə düşər.

Yolum uzaq düşdü, kəsə olmadı,
İçi qızıl dolu kisəm olmadı.
Kürək söykəməyə kimsəm olmadı,
Sakitcə özümə qısılanda mən...

Atasının, anasının “A bala, oxuyub böyük adam ol ki, ağ günə çıxasan” sözünü yadına salanda doğulduğu Əmirxeyir kəndindən, Qafqazin ürəyi Bakıdan çox-çox uzaqlarda işləyəndə mazutlu əllərinə baxıb sonralar xeyli gülmüşdü. O mazutlu əlləri, amma işıqlı ürəyi, öyrənmək həvəsi onu vəzifə pillələrində ucaltmışdı.

Qruplarındakı 27 tələbədən diplom müdafiəsində 9-u qalmışdı. Diplom rəhbəri, akademik Şəfayət Mehdiyev ona “Mən inanıram ki, dağlar oğlu neçə-neçə dənizləri fəth eləyəcək və yaxşı neftçi olcaq” demişdi. Bax, elə bu sözlər onun ilk dayağı olmuşdu. Əla qiymətlərlə məzun olduğuna görə Tofiq Məhəmmədovu aspirantiuraya dəvət etmişdilər. O isə həqiqəti dilinə gətirmişdi. “Güzəranımı yaxşılaşdırmaq, valideynlərimə, böyük ailəmizə kömək etmək üçün işləməliyəm” deyərək təyinatla qardaş Özbəkistanda əmək fəaliyyətinə Neft-Qaz Axtarışı Birliyində operator kimi başlamışdı. Öz “mən”inə hörmətlə yanaşması, bilik və bacarığı ilə kollektivin dərin rəğbət və hörmətini qazanan Tofiq Məhəmmədov qısa vaxtda sahə rəisi vəzifəsinədək yüksəlmişdi. Özbəkistanda bir çox neft yataqlarının tapılmasında və işlənməsinbə böyük əmək sərf etmişdi və buna görə Özbəkistanın orden və medalları ilə təltif olunmuşdu.

O, 1979-cu ildə Özbəkistanın Neft-Qaz Axtarışı Birliyinin kəşfiyyat ekspedisiyasının rəhbəri vəzifəsinə dəvət alsa da, bundan imtina edərək Azərbaycana qayıdır. Qaz sənayesi nazirliyində işləyir.

Yeraltı qaz anbarları mövzusunda “Qazprom”un pavilyonunda etdiyi çıxış diqqət çəkir. Kim olduğunu, harada işlədiyini soruşurlar. Beləcə, yollarında “yaşıl” işıq yanır...

Polşada işləyib geri qayıtdıqdan sonra yüksək ixtisaslı və təcrübəli kadr olduğunu nəzərə alaraq, onu 1988-ci ildə Vyetnam Sosialist Respublikasına göndərmək barədə qərar qəbul edilir. “Vietsovpetro” neft şirkətində Tofiq müəllim neftçi kimi deyil, həm də SSRİ-nin təmsilçisi kimi fəaliyyət göstərirdi. Onun Bakıdan olması vyetnamlıların ona olan rəğbətini artırmışdı. Çünki Vyetnamın neft-qaz sənayesində çalışanların, yüksək vəzifə tutanların əksəriyyəti Azərbaycanın-ADNA-nın yetirmələri idi. Cənubi Çin dənizində bir sıra neft-qaz yataqlarının istismarındakı fəaliyyətinə görə T.Məhəmmədov 1991-ci ildə Vyetnamın “Dostluq” medalı ilə təltif edilib. 2001-ci ildə ona “Xalqlar Dostluğu”, 2007-ci ildə isə Vyetnam Sosialist Respublikasının “Əmək ordeni” verilib. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi’’ medalına layiq görülüb.

“Bu xəbəri eşidəndə həm sevindim, həm də qürur hissi keçirdim. Bu keçən illər ərzində “qara qızıl”ımız həm mənim, həm də xalqımızın üzünü ağartdı. Ona görə də aldığım mükafatın sevincini yaşamaqla bərabər, mənə göstərilən etimadın məsuliyyətini də hiss edirəm. Hesab edirəm ki, bu uğur həm də uzun müddətdir çalışdığım “SOCAR-AQŞ” kollektivinin uğurudur”.

Böyük oğlu Faiq Məhəmmədov daxili işlər orqanlarında xidmət edir, polis polkovnik-leytenantıdır. Ortancıl oğlu Kənan Azərbaycan Przedentinin Administrasıyasında çalışır. Kiçik oğlu Kamran isə onun yolunu davam etdirir. Tofiq müəllim həm də 8 nəvənin babasıdır. Ocağı həmişə qonaqlı-qaralıdır. Deyir ki, Allah ömür versə, tale biz deyəni desə Bakıda qarşıladığım qonaqlarımı Qaraqoyunluda, doğma kəndim Əmirxeyirdə qarşılmağı da hazıram. İnanıram ki, yurd həsrətliləri dönsə Daşbulağın, Simitli bulağın, Əhmədcan bulağının, Banu bulağının və Ayğır bulağının bizsiz soğulmuş, kor qalmış gözləri yenidən açılacaq və bu gəlişə, bu dönüşə sevinəcəklər.

Və mən yazımın başlığını əbəs yerə “Mənim yuxum çin olacaq” qoymadım. Yurd nisgilli, Vətən həsrətli Tofiq müəllim bu günlərdə gördüyü dupduru yuxusunu qoy özü sizə danışsın: “Evimizdə, Əmirxeyirdə bağımızın içindəyəm. Gördüm ki, uzun, bir sarı kişi var. Dedim ermənisən, dedi hə. Dedim ki, erməni, bu bağı da mən salmışam, bu evi də mən tikmişəm. Dedim bu gecə mən bu evdə qalacam. Corablarımı çıxarıb bağın içi ilə, yaşıl otların üstü ilə gəzdim. Evdə heç nə dəyişməmişdi. Nəyi necə qoymuşduqsa yerində idi. Bir gecəlik yuxuda evimdə qonaq qaldım. Yuxuda səhər oyananda erməniyə dedim ki, qoyma bu əkdiyim ağaclar qurusun. Mən bura gələcəm. Yuxuda çayı keçəndə ayıldım”...

P.S. Su aydınlıqdır, Tofiq müəllim. Bu gün milyonların qəlbində o yurdlara dönmək arzusu və inamı var. O torpaqlar əzəli sahiblərini - bizləri gözləyir.

Sizə dərin hörmət və ehtiramla, 70-dən sonrakı yaxın illərdə Qaraqoyunluda görüşmək ümidi ilə

Dağ İlməzlili Hafiz TƏMİROV
polis polkovnik-leytenantı. 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ