Cümə günü, 13 noyabr 2026
     

Yoluxmaların sayı gündəlik artırsa… - Daha sərt qaydalara keçid, maskasızların cərimələnməsi… necə olar?

Image


Artıq bir müddətdir  Azərbaycanda ictimai nəqliyyatda, dövlət xidməti binalarında, bütün iaşə, alış-veriş mərkəzlərində, qapalı məkanlarda tibbi maskadan istifadə etmək məcburidir. Bunun üçün cərimələr də tətbiq edilib. Maska taxmamağa görə fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 200 manat cərimə ödəyəcəklər. Təkrar aşkarlanma olarsa, fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər isə 400 manat ödəyəcəklər.

Lakin yenə də adları sadalanan ərazilərdə bir çox vətəndaşın öz üzərinə düşən sosial məsuliyyəti dərk etməyərək, maska taxmadığının şahidi oluruq. İnsanların təhlükəsizlik tədbirlərinə riayət etməməsi nəticəsində koronavirusa yoluxanların sayı günü-gündən artır. Qeyd edək ki, Azərbaycanda COVID-19-a yoluxanların sayı son bir ay yarım içərisində doqquz dəfə artıb və on mini keçib. Tək iyunun 21-də ölkədə virusa yoluxma üzrə antirekord qeydə alındı. Belə ki, həmin gün ölkədə 491 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Məlumat üçün bildirək ki, indiyədək ölkədə, ümumilikdə, 12 729 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 799 nəfər müalicə olunaraq sağalıb, 154 nəfər vəfat edib, 5 776 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bəs nə etmək lazımdır ki, vətəndaşlar üzərlərinə düşən məsuliyyəti dərk etsinlər, karantin rejimi qaydalarının onların özlərinin, ətrafdakıların təhlükəsizliyi üçün tətbiq edildiyini düşünərək sosial məsafəni gözləsinlər, tibbi maskadan mütəmadi olaraq istifadə etməyi bacarsınlar?

  • Cəlal İsayev: “İnsanların səhlənkarlığı nəticəsində bu gün koronavirusdan əziyyət çəkənlərin sayı artır”

Azərbaycanın baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, insanların səhlənkarlığı və xaricdə yaşayan azərbaycanlıların bir hissəsinin Vətənə qayıtması koronavirusa yoluxanların sayının artmasına səbəb olub. Hətta ölkədə xüsusi karantin rejimi qaydalarının yumşaldılmasından sonra virusun guya mövcud olmadığına inananlar artmağa başlayıb:  “Çünki hələ də xəstəliyin siyasi oyun olduğunu düşünənlər var. Mən onları dar düşüncəli insanlar sayıram. Belə siyasi oyun olmaz. Axı bütün dünyada virus alovlanıb. Yəni inkişaf etmiş bu qədər ölkənin rəhbərləri səhv edirlər?! Hətta deyirlər ki, guya həkimlər ölən şəxsin qohumlarına virusdan vəfat etdiyini yazmaq üçün pul təklif edirlər. Həkimlərin bu qədər çox pulu var? Vicdan bu qədər itirilib?

Hər gün gözümüzün qarşısında çox sayda insanın virusa yoluxduğunu, əziyyət çəkdiyini və dünyasını dəyişdiyini görürük. Əlimizdən gələni edirik ki, insanlar virusa yoluxmasınlar. Axı nə qədər demək olar ki, sosial məsafəni gözləyin, arada 2 metrlik məsafə saxlayın, zərurət olmadığı təqdirdə qapalı məkanlara getməyin, gigiyena qaydalarına əməl edin, yaxud qoruyucu tibbi maskalardan istifadə edin”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, ictimai nəqliyyatda qoruyucu maskalardan istifadənin vacibliyi dəfələrlə qeyd edilib, ancaq buna əməl edən çox az adam var. Pandemiyanın başlanğıcında virusun sürətlə yayılmasının qarşısı alındı. Amma bu gün daxili yoluxmaların sayında kifayət qədər artım var. Hər kəs infeksiyaya qarşı birgə mübarizə aparmalıdır, öz üzərinə düşəni etməlidir.

  • Rüfət Quliyev: “Vətəndaşlar, birmənalı olaraq, sosial məsafə qaydalarına, tibbi ləvazimatlardan istifadəyə mütləq riayət etməlidirlər”

Millət vəkili Rüfət Quliyev bildirdi ki, dünyada tüğyan edən koronavirus pandemiyası Azərbaycanda da var və bu çağırılmamış qonaq dünyanın əksər nöqtəsini əhatə edib. COVID-19 virusuna qarşı mübarizə məqsədilə ölkə başçısı İlham Əliyev tərəfindən təsirli və davamlı tədbirlər həyata keçirilib: “Bütün bunlara baxmayaraq, Azərbaycan vətəndaşlarının üzərinə çox böyük vəzifələr düşüb. İlkin pandemiya dövrü Azərbaycanda yaşananda hakimiyyət bütün lazım olan tədbirləri həyata keçirib. Karantin qaydaları yumşalmağa başlayandan sonra insanlarda belə bir təəssürat yaranmağa başladı ki, artıq koronavirus keçmişdə qaldı. Bəziləri düşünürlər ki, ümumiyyətlə, belə bir xəstəlik yoxdur. Bu, təəssüfləndirici haldır. Hazırda inkişaf etmiş ölkələrin də durumu iflic vəziyyətdədir. Buna görə Azərbaycan vətəndaşı sosial məsuliyyətini dərk etməlidir.

Söhbət vətəndaşların həyati təhlükəsindən gedir. Bütün bu tədbirlər vətəndaşların sağlam və salamat qalması üçün görülür. Vətəndaşlar maska taxmaqla həm özlərini, həm ailə üzvlərini, həm də qohumlarını qorumuş olurlar. Bir insan özü özünü qorumur, axı o, tək özünə görə deyil, həm də ailə üzvlərinin salamat qalması üçün məsuliyyət daşıyır. Vətəndaşlar, birmənalı olaraq, sosial məsafə qaydalarına, tibbi ləvazimatlardan istifadəyə mütləq riayət etməlidirlər”.

  • Adil Qeybulla: “Yoluxmaların sayında artımın əsas səbəbi insanların davranışıdır”

Professor, tibbi ekspert Adil Qeybulla bildirdi ki, yoluxmaların sayında artımın əsas səbəbi insanların davranışıdır: “30 kvadratmetrlik bir mağazaya 20 adam girir, satıcı maskasız, camaat maskasız, girişdə dezinfeksiyaedici məhlul yox, paltarlara çox adam əl vurur.  Azərbaycanda yoluxanların sayı daha çoxdur və yaxın həftələrdə bu aşkara çıxacaq. İnsanlar öz sağlamlıqlarına biganə yanaşırlar”.

Həmsöhbətimiz hesab edir ki, ictimai nəqliyyatda vətəndaşlara tibbi maskalar pulsuz paylanmalıdır: “Yaxşı olardı ki, ictimai nəqliyyatda, avtobuslarda tibbi maska pulsuz olaraq paylansın. Bir maskanın dəyəri o qədər də böyük deyil. Hesab edirəm ki, təhlükəni azaltmaq üçün, insanları maska taxmağa daha çox cəlb etmək üçün bunu həyata keçirmək mümkündür. Yoxsa, qeyd etdiyim kimi, vəziyyət daha da pisləşəcək”.

Günel CƏLİLOVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ