Cümə günü, 13 noyabr 2026
     

Tanınmış azərbaycanlıların koronavirusa yoluxması virus inamsızlarına növbəti mesajdır…

Image


Koronavirusa yoluxma və ölüm sayı getdikcə artır. Dünyada COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 8 milyonu ötüb, yarım milyona yaxın insan pandemiyanın qurbanı olub. Son günlər Azərbaycanda da yoluxma sayında artım müşahidə edilir. İndiyədək ölkəmizdə 10 mindən çox yoluxma halı aşkar edilib.

Təəssüf ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda virusa yoluxan və dünyasını dəyişənlər arasında tanınmış insanlar da var. Onların arasında millət vəkili, siyasətçi, ziyalı, şair, şou-biznes təmsilçisi də var. Koronavirus elə bir xəstəlikdir ki, sosial məsafə saxlamayan hər bir kəsə yoluxur. Qeyd etdiyimiz kimi, yaşından, vəzifəsindən asılı olmayaraq, təhlükəsizlik qaydalarına riayət etməyən hər kəs koronavirusa yoluxa bilər.

Azərbaycanda koronavirusa yoluxmuş tanınmış şəxslərin siyahısını təqdim edirik:

Nicat Əzimli - Mərkəzi Neftçilər Xəstəxanasının həkimi, Bəhram Bağırzadə - Əməkdar artist, Müstəqim Məmmədov - Tərtər Rayon İcra Hakimiyyətinin başçısı, Sahib Alıyev - millət vəkili, Məmməd Məmmədov - Tovuz Rayon İcra Hakimiyyətinin başçısı,Şəhriyar Del Gerani - şair, Barat Bayramov - həkim, Kamal Abdullayev - məşhur uroloq həkim, Yasin Həzirə - aktyor, Şəfəq Əliyeva - Əməkdar artist, Sərvər Əliyev - Əməkdar artist, Nadir Qasımov - Azərbaycanın tanınmış futbol məşqçisi, Aydan Salahova - məşhur rəssam Tahir Salahovun qızı, rəssam-heykəltəraş, Fərəh Əliyeva - Azərbaycan Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, Bayram Əliyev - Pauerliftinq üzrə üçqat Dünya və üçqat Avropa çempionu, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin mayoru, Şahin Abbasov - ATV-nin Almaniya üzrə müxbiri, Anar Cəfərsoy -  idman jurnalisti, Xaliq Rəşidoğlu - jurnalist, Rövşən Tağıyev - Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri, Mirvari Fətəliyeva - Azərbaycanın Fransadakı diaspor rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin rəhbəri.

Koronavirus səbəbindən vəfat edənlər isə…

Fikrət Namazov - tanınmış həkim-onkoloq, Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti, Mehman Hüseynov - tanınmış travmatoloq-həkim, Cəmşid Abbasov - Gəncə Şəhər 3 nömrəli Təcili Tibbi Yardım Stansiyasının həkimi, Zakir Xəlilov - Azərbaycanda Demokratiya və Rifah (ADR) Hərəkatının Nəsimi rayon təşkilatının İdarə Heyətinin üzvü, həkim, Teymur Mustafayev - Xalq artisti, Fərman Bağırov - Tanınmış fotojurnalist, Qəzənfər Əliyev - Samux rayon icra başçısının müavini.

Onu da bildirək ki, bəzi şəxsləri hələ də koronavirusun varlığına şübhə ilə yanaşırlar. Onların verdikləri sual isə “niyə tanınmışlar bu xəstəliyə yoluxmur” idi. Ancaq, göründüyü kimi, COVID-19 infeksiyasına yoluxanlar arasında tanınmış şəxslər də var.

  • “Nəyə görə bəzilərinin məsuliyyətsizliyi üzündən bu qədər görülən işlər, çəkilən zəhmətlər, əməklər hədər getməlidir?”

Millət vəkili Jalə Əliyeva bildirdi ki, hər gün bu bəlanın, bu təhlükənin aradan qaldırılması istiqamətində növbəti, yeni addımlar atılır:  “İndi bu addımların üzərindən nəyə görə bir andaca xətt çəkilməlidir? Nəyə görə bəzilərinin məsuliyyətsizliyi üzündən bu qədər görülən işlər, çəkilən zəhmətlər, əməklər hədər getməlidir?

Heç nəyə fikir vermədən, karantin tələblərinə əməl etmədən belə bir addıma yol vermək gerçəkdən yolverilməz və qəbuledilməzdir. Qayda-qanun hamı üçündür və eynidir. Kimsə özünü əlahiddə apara, hesab edə bilməz.  Özünüz də son 3-4 gündə açıqlanan və böyük həyəcan doğuran statistikanı görürsünüz. Yenə də artım, yenə də çoxalan ölüm halları. Tanınmışların, məşhurların, tanıdıqlarımızın koronavirusa yoluxması, bu bəladan əziyyət çəkməsi artıq hamımızı ciddi şəkildə düşündürməlidir. Dəyərli ziyalımız, hamımızın sevimlisi Bəhram Bağırzadə artıq neçə gündür ağır vəziyyətdədir, koronavirus bəlasından əziyyət çəkir, onun sağlamlıq durumu birbaşa ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir.

Bunun özü məsuliyyətsizlik, laqeydlik, biganəlik göstərən bəzi vətəndaşlarımza nəsə demirmi? Onlar məsələnin, bəlanın ciddiyyətini anlamırlarmı? Niyə özlərinin, başqalarının həyatını “sevə-sevə” risqə atırlar? Tibbi maskalardan və əlcəklərdən istifadə etmək, sosial məsafəni gözləmək, karantin şərtlərinə və tələblərinə əməl etmək bu qədərmi çətindir?”.

Günel CƏLİLOVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ