Cümə günü, 13 noyabr 2026
     

Operativ Qərargah koronavirusla bağlı ən son məlumatları və bu gecədən başlayacaq sərt karantin rejiminin bütün detallarını açıqladı

Image


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah bu gecədən (21 iyun saat 00:00-dan) xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı KİV nümayəndələri üçün brifinq keçirib.

Trend-in məlumatına görə, brifinqdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva və Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev jurnalistləri maraqlandıran suallara cavab verib.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi 5 iyul saat 06:00-dək tətbiq ediləcək.

  • Həftəsonu qısamüddətli qapanmalarda istənilən nəticə olmadı, əksinə…

Yaqut Qarayeva deyib ki, dünən yeni yoluxma sayı 438 oldu ki, bu da ən yüksək saydır. Onun sözlərinə görə, indiyədək 143 xəstə COVİD-19-dan dünyasını dəyişib: “Təəssüf ki, ölənlərin sayı artır. Bu göstəricilərin nəticəsi olaraq karantin rejiminin müddəti uzadılıb. Təəssüflə qeyd edim ki, həftə sonlarında etdiyimiz qısamüddətli qapanmalar zamanı istədiyimiz nəticəni görə bilmədik, tam əks nəticələr əldə edildi. Mən bütün vətəndaşlara müraciət edib demək istəyirəm ki, sosial aktivliyi azaldaq. Bu gün hər bir insan infeksiya mənbəyi ola bilər. Buna hər kəs yoluxa bilər”.

  • Önümüzdəki aylarda maskasız həyatımız olmayacaq

Y.Qarayeva bildirib ki, maskanı taxmağa hər kəs riayət etməlidir, hər kəs özü başa düşməlidir ki, hansısa dövlət strukturunun, həkimin xatirinə deyil, özünün sağlamlığı üçün maskalardan istifadə edilməlidir.

Onun sözlərinə görə, əgər hər kəs qaydalara əməl edərsə, yoluxma zəncirində qırılma ola bilər: “Önümüzdəki aylarda bizim maskasız həyatımız olmayacaq. Sərt karantin qaydalarında yumşaldılmaya gedən Avropa ölkələri də bu yoldan istifadə edirlər. Bakıda bəlkə də insanlar maskalardan istifadə edirlər. Rayonlarda sanki insanlar virus yoxmuş kimi hərəkət edirlər. Biz buna təəssüflənirik”.

  • İndiki xəstələrin vəziyyəti mart-apreldəki xəstələrdən daha ağırdır

Y.Qarayeva bildirib ki, bu gün COVİD-19 xəstələri mart-apreldəki xəstələrdən fərqlənirlər. Onun sözlərinə görə, artıq virusun mutasiyası baş verir: “İndiki xəstələr daha ağırdır. İndi asimptomatik xəstələri daha az görürük. Bu gün cavan, orta yaşlı insanlarda xəstəliyin daha ağır fəsadlarını, ağciyərlərində ikitərəfli pnevmaniyaları müşahidə edirik”.

Y.Qarayeva bildirib ki, biz yumşalmaya doğru getmək istəyirik, burada heç bir çətin qayda yoxdur. Eyni zamanda fiziki məsafəyə ciddi əməl edilməlidir, əl gigiyenası, qapalı yerdə bir yerə toplaşma, bu insanların özünə ziyandır. Virus sərhəd, sosial təbəqə, yaş tanımır. Bugünkü COVİD xəstələri SARS və digər xəstəliklərdən çox fərqlənir.

  • Kliniki əlamətləri COVİD-19 kimi olan xəstələrin sayı çoxdur

Y.Qarayeva qeyd edib ki, test nəticəsi neqativ çıxan və ya hələ açıqlanmayan, amma kliniki əlamətləri COVİD-19 kimi olan xəstələrimizin də sayı çoxdur.

Onun sözlərinə görə, bəzi hallarda - xəstəlik 7-8 gün irəlilədikdən sonra COVİD-19 virusu yalnız aşağı tənəffüs yollarında olur. Həmin zaman virus artıq burun-udlaq yollarında aşkarlanmır.

  • Koronavirusa yoluxan şəxs yenidən yoluxa bilərmi…

Y.Qarayeva bildirib ki, COVID-19-a yoluxanların yenidən bu xəstəliyə tutulması barədə hələ konkret fikir söyləmək mümkün deyil. Onun sözlərinə görə, adətən, respirator xəstəlikləri keçirən insanlarda bu virusa qarşı çox uzunmüddətli immunitet yaranmır: “Bu barədə çox suallar verilir. Mənim qohumlarım arasında da xəstəliyi ağır keçirənlər var. Mən özüm də onlara qorunmağı tövsiyə edirəm. Pnevmaniya müalicə edildikdən sonra 2 həftə ərzində xəstələr mütləq özlərini qorumalıdırlar”.

Y.Qarayeva qeyd edib ki, artıq xəstəliyi keçirmiş insanlar arasında streoloji testlərin keçirilməsinə başlanılıb: “Biz bununla öyrənirik ki, yoluxub sağalmış insanlarda xəstəliyə qarşı immunitet yaranıb, ya yox”.

  • Ailəiçi yoluxmalarda artım…

TƏBİB-in şöbə müdiri qeyd edib ki, son həftələrdə baş verən yoluxmalar əsasən, ailə içində olur. Onun sözlərinə görə, keçən həftə qısamüddətli qapanma olsa da, yoluxmanın çox olduğu narıncı zonada yaşayan insanlar yoluxmanın az olduğu rayonlara getdilər: “Bizə çox deyilir ki, qapanmalar etdiniz, amma bir nəticə görmədiniz. Bu gün hər kəs başa düşməlidir ki, həmrəylik nümayiş etdirilməlidir. Əgər bu gün mən COVİD-19-a yoluxmuş şəxsi görsəydim, deyərdim ki, onu izolyasiya edək.

Təəssüf ki, bu, mümkün deyil. Keçən həftə “qapanmaya gedək” dedik, amma onu gördük ki, yoluxmanın çox olduğu narıncı zonadakılar yoluxmanın az olduğu rayonlara getdilər. Oradan bizə müraciət etdilər ki, burada da vəziyyət pisləşəcək. Bunu bizə sadə vətəndaşlar deyirdilər”.

  • Xəstə ziyarətinə getmək adətimizi də bir müddət yığışdırmalıyıq

“Bu gün 39-40 temperaturu olan şəxslər virusa yoluxmasını ayıb hesab edərək onu qohum-qonşudan gizlətməyə çalışırlar” – deyən Y.Qarayevanın sözlərinə görə, bunu hətta həkimlərdən də eşidib: “COVİD-19 yeni və çox ağır gedişatlı xəstəlikdir. Burada utanmalı heç nə yoxdur. Bu virusa hər kəs yoluxa bilər. Biz xəstəxanadan evə yola saldığımız şəxsə 21 gün işə çıxmamağı tövsiyə edirik. Xalqımızın xəstə ziyarətinə getmək kimi adəti var. Bir müddət bu adətimizi yığışdırmalıyıq. Hətta rayonlardan da COVID-19-a yoluxduğunu bilib xəstə yanına gələn insanlar olub”.

  • İnsanları ətrafdakı viruslu şəxslərlə bağlı xəbərdar edəcək pulsuz proqram - "E-Təbib"

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşı Bulu İsmayılova isə bildirib ki, ətrafdakıların potensial virus daşıyıcısı olub-olmaması barədə insanları xəbərdar edəcək “E-Təbib” mobil tətbiqindən istifadə bütün mobil operator istifadəçiləri üçün pulsuz olacaq.

Onun sözlərinə görə, “E-Təbib” mobil tətbiqi vasitəsilə insanlar ictimai yerlərdə olarkən ətrafındakıların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar ediləcək: “İnsanlar ictimai yerlərdə olarkən bu barədə məlumatlar iki metr məsafədən müəyyən ediləcək. Amma bu məsafə iki metrdən çox olmamalıdır. Məlumatlar bluetooth texnologiyası əsasında təyin ediləcək. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəsi olanlara (məsələn, sırada, dükanda və s.) bildiriş göndəriləcək və laboratoriya testinə dəvət ediləcək. “E-təbib” mobil tətbiq əlavəsindən istifadə zamanı internet trafiki pulsuz olacaq”.

Qeyd edək ki, tətbiqi asanlıqla telefonunuza yükləmək mümkündür. İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi “Play Market” və ya “AppStore” vasitəsilə “E-Tabib” və ya “E-Təbib” yazaraq smartfonunuza endirin. Tətbiqi işə salın və mobil telefon nömrənizi daxil edin. SMS vasitəsilə göndəriləcək təsdiq kodunu müvafiq xanalara daxil edin. Bluetooth qurğusunu işə salın. “E-Təbib” tətbiqi mobil telefon nömrənizdən başqa heç bir şəxsi məlumatınızı toplamır.

  • Ehtiyac olmadığı halda evdən çıxmayın…

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev isə bildirib ki, "icaze.e-gov.az" fəaliyyəti qadağan edilməmiş qurumların əməkdaşlarına icazə almaq üçün nəzərdə tutulan bir portaldır.

Ü.Mehdiyev bildirib ki, bu icazə sadəcə işə gəlmək və işdən getmək üçündür, SMS (8103) icazə sistemi isə yalnız zəruri olduğu halda yaşayış yerini tərk etmək üçün nəzərdə tutulur.

Tibb müəssisəsinə getmək üçün icazə 2 saatdır və əgər tibb müəssisəsində olma müddəti 2 saatı keçirsə bu halda vətəndaşlar tibbi müəssisəsindən arayış almalı və evə qayıdarkən bunu polis əməkdaşlarına təqdim etməlidir: “Və yaxud da hansısa müəssisədə xidmət almağa gedirsə və bu xidmət vaxtı 2 saatı keçirsə, vətəndaş həmin müəssisədən arayış almalıdır”.

O qeyd edib ki, vətəndaşlar ehtiyac olmadığı halda evdən çıxmamalıdırlar.

  • SMS icazə ilə bağlı xəbərdarlıq…

Ü.Mehdiyev bildirib ki, “bizim vətəndaşlarımızdan kiçik bir xahişimiz var ki, SMS icazə sistemindən uyğun şəkildə istifadə edək və zəruri olmayan halda SMS sistemini yükləməyək”.

Ü.Mehdiyev bildirib ki, əvvəlki sərt karantin rejimində SMS-lərin 60 faizi uyğun olmayan müraciətlər idi və nəticədə zəruri xidmətə ehtiyacı olan vətəndaşlara vaxtında cavab verilmirdi. Onun sözlərinə görə, əvvəlki dövrdə gün ərzində 1 milyondan artıq SMS gəlirdi və hər bir SMS-ə cavab verilməsi üçün 15-20 saniyə vaxt tələb olunurdu.

Ü.Mehdiyev bildirib ki, SMS icazə qaydalarının pozulması karantin rejiminin pozulmasıdır və bununla bağlı qanunvericiliyə uyğun tədbir görüləcək.

O əlavə edib ki, SMS-lə bağlı problem yaranarsa, vətəndaşlar 9108 nömrəsinə zəng edə bilərlər.

  • Xaricdən qayıdan vətəndaşlar da evə gəlmək icazə alacaq?

“Bildiyiniz kimi yaxın zamanlarda bəzi ölkələrlə xüsusi aviareyslərin həyata keçirilməsi nəzərdə tutulur. Nəzərinizə çatdırım ki, sərt karantin dövründə xaricdən gələnlər vətəndaşların SMS icazə almağına ehtiyac yoxdur” - deyən Ü.Mehdiyev bildirib ki, xaricdən gələn vətəndaşların pasportlarına sərhəd xidməti tərəfindən vurulan ştamp icazə hesab olunur.

Daxili uçuşlara gəlincə isə Ü.Mehdiyev bildirib ki, vətəndaşlar biletlərini göstərməklə hava limanına gedə biləcəklər.

  • Dəfn mərasimində iştirak üçün icazə DİN-dən almalıdır

Ü.Mehdiyev bildirib ki, sərt karantin rejimində vəfat etmiş yaxınlarının dəfn mərasimində iştirak etmək istəyən vətəndaşlar icazəni Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etməklə almalıdırlar.

Ü.Mehdiyev qeyd edib ki, SMS icazə sistemində dəfn mərasimində iştirak etmək üçün icazə nəzərdə tutulmur: “Bunun üçün vətəndaşlar Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etməlidirlər”.

  • SMS icazə alınmasında sui-istifadə halları…

Ü.Mehdiyevin sözlərinə görə, zəruri tibbi yardım üçün SMS icazə limitsizdir, ancaq ərzaq, dərman preparatları və gəzinti üçün gündə bir dəfə mümkündür.

Ü.Mehdiyev bildirib ki, gün ərzində zəruri tibbi yardım üçün SMS icazə alan vətəndaşlar ərzaq, dərman preparatları və gəzinti üçün də gündə bir dəfə icazə ala bilərlər: “Ancaq burada sui-istifadə hallarına yol verilməməlidir. Bütün SMS-lərin təhlili aparılacaq və hansı vətəndaş sui-istifadə hallarına yol verəcəksə, bu, müəyyən ediləcək və bununla bağlı məlumatlar hüquq-mühafizə orqanlarına təqdim ediləcək”.

  • Evdə müalicə olunan koronavirus xəstələrinə SMS icazə verilməyəcək

Evdə müalicəsi tövsiyə olunan koronavirus xəstələrinə SMS icazə verilməyəcəyini deyən Ü.Mehdiyev bildirib ki, həmin şəxslərin siyahısı TƏBİB tərəfindən ASAN Xidmətə veriləcək: “Bu siyahı bizdə olacaq. Özünü təcrid etmiş vətəndaşlara SMS-lə çölə çıxmaq icazəsi verilməyəcək”.

  • Rayonlara gedən 5000-ə yaxın avtomobil karantin postlarında saxlandı

Karantin qaydalarına nəzarətin Daxili İşlər Nazirliyinə həvalə olunduğunu deyən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin sözlərinə görə, dünən axşamdan Bakı, Sumqayıt və Abşerondan olan şəxslər rayonlara getməyə cəhd göstəriblər: "5000-ə yaxın avtomobil artıq karantin postlarından keçməyə cəhd edib. Onlar geri qaytarılıb. Sürücülərdən xahiş olunur ki, heç kim buna cəhd etməsin. Heç kim karantin postundan xahiş edib keçə biləcəyini düşünməsin. Daxili İşlər Nazirliyi əməkdaşı qərar qəbul edə bilir, buna görə də heç kim polislə mübahisə etməsin. Suallara cavab üçün Daxili İşlər Nazirliyinin 012 590 80 20 qaynar xətti var. Bura müraciət edə bilərsiniz. Əgər icazə verilməsə, nəyəsə cəhd edib polislə mübahisə etməyin".

  • Rayonlara torpaq yolla getmək istəyənlərə cərimə xəbərdarlığı…

K.Əliyev deyib ki, rayon istiqamətinə torpaq yolla keçmək istəyən şəxslər xüsusi texniki vasitələrlə cərimələnəcək. Onun sözlərinə görə, həmin cihazlar karantin postları istiqamətində olan yollarda quraşdırılacaq, karantin postlarında həmin avtomobillər qeydə alınmasa, torpaq yollarda dərhal qeydə alınıb cərimələnəcəklər. Ona görə də torpaq yollarla karantin postundan yayınmağa cəhd etməsinlər.

Onun sözlərinə görə, karantin postlarından yalnız ölkə ərazisində hərəkətə icazə veriləcək: "Karantin postlarından rayonlara keçmək istəyənlər yalnız ezamiyyə vərəqəsi təqdim etməlidir. Yəni, işə gedib-gəlmək icazəsi olan şəxslər postlardan rayonlara keçə bilməyəcək. Həmin şəxslər yalnız iş yerindən ezamiyyə vərəqəsi almalı, həmin sənədi karantin postuna təqdim etməklə yalnız tək özü postdan rayona buraxılacaq. Digər şəxslər karantin postlarından geri qaytarılacaq".

  • SMS icazəsiz evdən çıxanlar məsuliyyətə cəlb olunacaq

K.Əliyev bildirib ki, sərt karantin günlərində SMS icazə almadan yaşadıqları ərazini tərk edən şəxslər məsuliyyətə cəlb olunacaqlar. Onun sözlərinə görə, vətəndaş evdən çıxarkən icazəsi olmalıdır: "SMS icazəsini karantin postuna çatanda almamalıdır. Əks halda həmin şəxs məsuliyyətə cəlb olunacaq. Karantin postlarında polisə SMS icazəni təqdim edə bilməyən şəxslər qaydaları pozmuş hesab ediləcək".

  • Müalicəyə ehtiyacı olan rayon sakinləri Bakıya necə gələcək…

K.Əliyev qeyd edib ki, rayon ərazisində xüsusi müalicəyə ehtiyacı olan şəxslər xüsusi arayışla Bakıya gələ bilər. Onun sözlərinə görə, həmin şəxslərə tibb müəssisəsinə gəlmək üçün şərait yaradılır: "Son günlər 200 nəfərdən artıq şəxs tibbi arayışla karantin postlarını keçib. Əsasən tibbi arayışla Bakıya gələnlər Siyəzən rayonundandır".

  • Kimlər şəxsi avtomobildən istifadə edə bilər…

K.Əliyev bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə karantin dövründə fəaliyyətinə icazə verilən şəxslər şəxsi avtomobilllərindən istifadə edə biləcəklər.

Onun sözlərinə görə, həmin şəxslərin xüsusi avtomobillərlə yalnız işə gedib-gəlməsinə şərait yaradılacaq: "Avtomobili idarə edən şəxsin fəaliyyətinə icazə verilərsə, həmin avtomobilin hərəkətinə qadağa yoxdur".

  • Avtobusda sərnişinlərin cəmi 30-40 faiz maska taxın, qalanları isə…

“Sərt karantin dövründə Bakı şəhərində sıxlıq ehtimal olunmur” – deyən K.Əliyevin sözlərinə görə, ayrıca ictimai zolaqların olması yaxşı olar: "Amma elə küçələr var ki orada marşrut xəttinə ayrıca zolaqlar yaratmaq mümkün deyil. Elə marşrut xətti var ki, onun keçdiyi bir küçə genişdir, digər küçələr dar. Gələcəkdə avtomobil yollarının bərpasında bu məsələlər də həllini tapacaq. Sadəcə insanlar maskalardan istifadə etməlidir.

Avtobusda cəmi 30-40 faiz maskadan istifadə edir, qalan sərnişinlər yox. Düzdür bu məsələyə polis nəzarət edir. Amma polis avtobuslarda bütün gün gəzə bilməz. Sərnişinlər özləri məsuliyyətli olmalı və maskadan istifadə etməlidir".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ